"Qaraca qız" filmini göz yaşları içində izləyirəm, Tutunun taleyinə yanıram..."
"Mən aktrisa deyiləm. Aktrisa olsaydım gündəmdə qalmaq üçün efirə çıxardım, müsahibə verərdim. Uzun illər Mədəniyyət və İncəsənət universitetində pedaqoji fəaliyyətə məşğul olmuşam. Efirə çıxmağı ümumiyyətlə xoşlamıram. Kimdəsə nəsə məqsəd olur ki, efirə çıxır. Bir filmdə çəkilmişəm, bununla da hər şey bitib. Həmişə zəng edirlər, dəvət edirlər. Vallah istəmirəm. Mənə deyirlər ki, siz niyə qapalısınız? Deyirəm ki, qapalı deyiləm, normal həyat yaşayıram. Gedirəm də, gəlirəm də, şəhərə də çıxıram".
BiG.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında "Qaraca qız" filmində Tutu obrazını oynayan Sevil Zeynalova deyib. O sonradan filmlərdə çəkilməməsinin səbəblərindən də danışıb.
"Filmi göz yaşlarım içində izləyirəm. Elə baxıram ki, sanki o mən deyiləm. Tutunun taleyinə yanıram. Tutunun taleyi acı, ürəyi isə böyükdür. Bu filmdən sonra çox dəvətlərim oldu. Atam dedi ki, "bir dəfə çəkildin, bəsdir". O məni bu sahədən uzaqlaşdırdı" deyə o bildirib.
Aktrisa Pəricahan rolunun ifaçısı Şəfiqə Məmmədovanın ona filmdə şillə vurmasına da aydınlıq gətirib.
"Şəfiqə Məmmədovadan tələb etdilər ki, mənə şillə vursun. O dedi ki, Sevilə əlimi vura bilmərəm. Filmdəki o hissəni montaj etdilər. Şəfiqə xanım kamera qarşısına yaxınlaşır, əlini mənə uzadır. Dodağım üçün qrimdən istifadə etdilər. O məni qətiyyən vurmayıb, belə bir şey olmayıb" deyə o bildirib.
Müsahibimiz müasir dövrdə uşaq filmlərinin çəkilməməsindən də danışıb.
"Uşaq filmlərinin çəkilməməsi məni çox üzür. Əlbəttə ki, buna çox təəssüflənirəm. Uşaq filmləri vacibdir, mütləq çəkilməlidir. Bizim vaxtımızda çox idi. Sırf uşaq filmləri olmasa da, uşaqlara da orada rollar verilirdi. Məsələn, "Ögey ana", "Şərikli çörək" və s. filmlər uşaq filmi deyil, amma görürsünüzmü orada nə qədər uşaq qəhrəmanları var? "Asif, Vasif, Ağasif", "Şir evdən getdi" filmləri sırf uşaqlar üçün çəkilib. Böyük filmlərində belə uşaqları qabartmaq olar. Bu da rejissordan, ssenaridən asılıdır. Rejissorun əlində ssenari olmalıdır ki, onu çəkə bilsin. Görünür ki, ssenarilər ləng olub, yazanlar yoxdur" deyə Sevil Zeynalova deyib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖzcan Dəniz hakim qarşısına çıxdı
Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət
16.09.2021 1271 AzTV-nin Ceyranı ad günü etdi - Fotolar
AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy
18.09.2021 9970 Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI
Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:
17.09.2021 6686 Xəyanət iddialarını yalanladı
Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"
17.09.2021 2431 "Kalp yarası"nda yeni aktyor - Foto
Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək
17.09.2021 3104 "20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO
Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin
16.09.2021 5054 41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO
Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb
16.09.2021 6043 Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"
Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml
18.09.2021 4164 Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"
Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir
17.09.2021 1704