Nərminin atası "Müharibə veteranı" adını necə alıb?

Nərminin atası "Müharibə veteranı" adını necə alıb?Xəbər verdiyimiz kimi, 3 il əvvəl Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham olunan İlkin Süleymanova 18 il həbs cəzası verilib.

Bu gün - hökmün oxunduğu ərəfədə sosial şəbəkələrdə N.Quliyevanın atası Şərif Quliyevin hərbi xidmətdən yayınmasına baxmayaraq, "Müharibə veteranı" adı və vəsiqəsi alması ilə bağlı iddialar yayılıb. Paylaşılan sənəddə Ş.Quliyevin hərbi hissəni özbaşına tərk etməsi göstərilsə də, sonradan onun veteran statusu aldığı bildirilib.

Məsələ ilə bağlı Ş.Quliyevlə əlaqə saxladıq. O, "Qafqazinfo"ya açıqlamasında deyilənləri təkzib edib: "Bu gün İlkinə hökm oxunub, yayılan məlumatlar isə qarşı tərəfin işləridir. İnanmayanlar araşdıra bilərlər. Mən 1992-ci il avqust ayının 29-dan 1995-ci il fevralın 8-nə qədər Qazax rayonu "N" saylı hərbi hissədə hərbi xidmətdə olmuşam. Bütün sərhədboyu ərazilərdə xidmət keçmişəm. Bütün sənədlərim də özümdədir. Veteran adını da yeni almamışam".

O, məhkəmənin bugünkü qərarının ədalətli olduğunu deyib: "Bu qədər sübutlar, faktlar var, məhkəmə nə o yan-bu yan edə bilər. Məhkəmə bütün sübutları ortaya qoydu. İlkinin Nərmini necə saxlaması ilə bağlı özünün etirafı var. Hamısını ortaya qoyacağam, daha doğrusu, dövlət özü göstərəcək. O zaman hər şey məlum olacaq".

İddia ilə əlaqədar Müdafiə Nazirliyinin də mövqeyini öyrənməyə çalışdıq. MN-dən "Qafqazinfo"ya bildirildi ki, iddianı dəqiqləşdirmək üçün vətəndaşın şəxsi məlumatlarının təqdim edilməsi vacibdir.

Qeyd edək ki, cinayət hadisəsi 2020-ci ildə baş verib. 1973-cü il təvəllüdlü İlkin Süleymanov həmkəndlisi-10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə, cəsədini yandırmaqda ittiham olunur. İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrlik etdiyi iclasda i.Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmün elan edilməsindən sonra İlkin Süleymanovun ailəsi buna etiraz edib və məhkəmə zalında gərginlik yaşanıb.

Nərminin atası "Müharibə veteranı" adını necə alıb?


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1883   Tarix: 05 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Son iki ildə inhisarçılıq dahada güclənib" - vəkil Əkrəm Həsənovla MÜSAHİBƏ

Son iki ildə inhisarçılıq dahada güclənib. Səbəb odur ki, nədənsə Rəqabət Məcəlləsi çox gec qəbul olundu. Deməli kimlərsə maraqlı idiki bu məcəllə gec qəbul olunsun". Bu sözləri BİG.AZ-a müsahibəsində vəkil Əkrəm Həsənov bildirib. Müsahibənin tam versiyasını aşağıdan izləyə bilərsiniz:. Müəllif

16:11 369
.

İqlim böhranı: insan fəaliyyəti əsas səbəblərdən biri kimi göstərilir

"Təəssüflər olsun ki, artıq ciddi şəkildə iqlim dəyişikliyinin şahidiyik. Bu proses bir tərəfdən Yer kürəsinin istilik balansının pozulması, digər tərəfdən isə müxtəlif amillərin təsiri ilə iqlim sistemində dəyişikliklər kimi özünü göstərir". Bunu BİG.AZ-a açıqlamasında tibb elmləri doktoru

15:45 201
.

ABŞ və Avropa arasında iqtisadi qarşıdurma dərinləşir - POLİTOLOQDAN AÇIQLAMA

Son məlumatlara görə, ABŞ ilə Avropa İttifaqı arasında ticarət gərginliyi yenidən artma mərhələsinə keçib. Tərəflər arasında tarif siyasəti, sənaye məhsullarına tətbiq olunan rüsumlar və qarşılıqlı iqtisadi məhdudiyyətlər ətrafında fikir ayrılıqları dərinləşir. Məsələ ilə bağlı yayılan xəbərlərdə bildirili

14:24 189
.

Alen Simonyan Bakıya gəlmək istəyir

Ermənistan parlamentinin sədri Alen Simonyan mayın 6-da jurnalistlərlə söhbətində Bakıya getməyə hazırdır. xəbər verir ki, o, dəvət edilərsə, uyğun zamanda Azərbaycana səfər etməyə hazır olduğunu və qzərbaycanlı həmkarı Sahibə Qafarovadan da oxşar yanaşma gözlədiyini qeyd edib. "Həmkarımı İrəvan

21:45 1
.

Zelenski İlham Əliyevə zəng etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin "X" hesabında paylaşım edilib. "Telefon danışığı zamanı ölkələrimiz arasında münasibətlərin inkişafındakı müsbət dinamika məmnunluqla qeyd olunub

21:23 0
.

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var

Rusiyanın Omsk bölgəsində meşə yanğınlarının monitorinqini aparan "Aeroprokt-22" yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb. İlkin məlumata görə, "Aviabaza" MMC tərəfindən idarə olunan "Aeroprakt-22" təyyarəsi hava tapşırıqları

21:00 75
.

İranda güclü zəlzələ olub

İranın Kirmanşah əyalətində 5 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb. Məlumata görə, zəlzələ Kirmanşah əyalətinin Qərbi Gilan rayonunda baş verib. Tehran Universiteti Seysmologiya Mərkəzi zəlzələnin 9 kilometr dərinlikdə və 5 bal gücündə olduğun

22:00 1
.

22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb kömək istədi

Bakı şəhər Nizami rayon sakini 2004-cü il təvəllüdlü Nərmin Daşqın qızı Şirəliyeva cinsi istismara və yaxınları tərəfindən təhdidlərə məruz qaldığını iddia edir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı o, sosial şəbəkədə paylaşım edib. Gənc qız bildirib ki, bir müddət əvvəl 33 yaşlı əmis

17:47 309
.

"iPhone 18"in buraxılış tarixi təxirə salındı - SƏBƏB

"Apple"ın qarşıdan gələn "iPhone 18" seriyası ilə bağlı yeni xəbərlər standart modeli gözləyənləri məyus edə bilər. xəbər verir ki, əldə edilən son məlumatlara görə, "Apple" daha əlverişli e-seriyalar arasındakı aparat boşluğunu aradan qaldırmaq üçün standart "iPhon

21:15 13
.

TOP MP3