"Qızı Təranənin məhkəməsinə gəlməkdən imtina edir"

"Qızı Təranənin məhkəməsinə gəlməkdən imtina edir"Bu gün prodüser Təranə Səmədovanın növbəti məhkəməsi olacaq.

Axşam.az xəbər verir ki, bu haqda Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib. O qeyd edib ki, qızı Suel məhkəməyə getməkdən imtina edib:

"Qanuni nümayəndə kimi iştirak etməliyəm. Böyük qızı ümumiyyətlə məhkəməyə gəlməkdən imtina edir, balaca isə çox kiçikdir. Dünən özü ilə danışanda balacanın körpələr evinə gedəcəyini bildirdim".

K.Ağazadə əlavə edib ki, Suelin anası ilə münasibətləri yaxşı deyil:

"Böyük qızın anası ilə münasibətinin düzələcəyini düşünmürəm. Çox təəssüf... Amma kaş ki, son şans verilə və cəzasını evdə çəkə. Balaca qızının ona çox ehtiyacı var".

Qeyd edək ki, 2022-ci ilin dekabrında Təranə Səmədovanın əri Rasim Həsənov hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılıb.

İstintaqın gedişatı zamanı prodüserin də cinayət işi üzrə əməlləri ortaya çıxıb və istintaqa cəlb olunub. Onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Təranə Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1284   Tarix: 06 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Çin Hindistandan təkrejimli optik lif idxalına antidempinq rüsumlarını daha beş il uzadıb

Çin avqustun 14-dən etibarən Hindistandan təkrejimli optik lif (təxminən 9 mikrometrlik çox incə nüvəyə malik optik lif növü - red.) idxalına daha beş il müddətinə antidempinq rüsumları tətbiq edir. "Report" xəbər verir ki, bu barədə "CCTV+" telekanalı Çin Ticarət Nazirliyinə istinadə

16.08.2026 168
.

Trampdan ŞOK AÇIQLAMA: "Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm"

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını yaxın vaxtlarda ABŞ ərazisi elan etmək niyyətində olduğunu bildirib. xəbər verir ki, o, bu barədə Nyu-York ştatında çıxışı zamanı danışıb. Tramp bildirib ki, bu qərar ABŞ İranı tamamilə məğlub etdikdən sonra veriləcək. "İranı tamamilə məğlub etdikdən sonra

16.08.2026 188
.

Günəş vannası qəbul edən gənc qadının dərisi qaraldı: Ölümcül xəstəliyin əlaməti imiş

29 yaşlı britaniyalı Porru Qay dərisinin qeyri-adi şəkildə qaraldığını görüb. Sonradan məlum olub ki, bu, ciddi xəstəliyin əlaməti imiş. xəbər verir ki, gənc qadının başına gələn hadisə barədə "Daily Mirror" nəşri yazıb. Məlumata görə, Porru Qay ailəsi ilə birlikdə İspaniyada istirahətdə olarkə

16.08.2026 181
.

Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır

Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi və idxalı əvəzetmə siyasətinin dəstəklənməsi məqsədilə buğda, ət, süd, balıq və bitki yağları kimi strateji məhsullar üzrə istehsal potensialının artırılması, məhsuldarlığın yüksəldilməsi, intensiv istehsal üsullarının tətbiqi və dövlət dəstəyi mexanizmlərini

16.08.2026 170
.

16 yaşlı qız hamilə qaldı, anası cərimələndi

Ukraynanın Lvov vilayətində məhkəmə 16 yaşlı qızının yetkinlik yaşına çatmayan oğlandan hamilə qalmasına görə ananı valideynlik vəzifələrini lazımi şəkildə yerinə yetirməməkdə təqsirli bilib. yerli mediaya istinadən xəbər verir ki, polis qızın anası barədə inzibati protokol tərtib edib. Məhkəmə qənaət

16.08.2026 210
.

Qəribabadı: Hörmüz boğazını "X" paylaşımları və ya təyyarə gəmiləri ilə ələ keçirmək olmaz

İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını Amerikanın ərazisi elan edəcəyi iddiasına cavab verib. "Report" xəbər verir ki, XİN rəsmisi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. "Hörmüz Boğazı "X"də paylaşımlar

16.08.2026 165
.

Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılaraq ölkəsinə qaytarılıb

Türkiyədə müxtəlif ağır cinayətlər törətməkdə təqsirləndirilən və axtarışda olan şəxs Bakıda Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. "Report" xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Qeyd olunub ki, İstanbul polisi və Azərbaycan polis

16.08.2026 155
.

ABŞ-də maraqlı hadisə: Öləcəyi deyilən yaşlı kişi gözlənilmədən sağaldı və evə buraxıldı

ABŞ-də ölümcül xəstəliyi olduğu və ömrünün sonuna yaxınlaşdığı deyilən Mayk Selmon gözlənilmədən sağaldığı üçün müalicə aldığı müəssisədən evə buraxılıb. "CBS News" nəşrinə istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı, jurnalist Kim Klark məlumat verib. Məlumata görə, Mayk Selmo

16.08.2026 178
.

Dörd yaşlı uşağın quduzluğa yoluxması həyəcan yaratdı: Həkimdən ciddi XƏBƏRDARLIQ - VİDEO

Türkiyənin Diyarbəkir şəhərində 4 yaşlı qız küçə pişiyi tərəfindən dişləndikdən dörd ay sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisədən dərhal sonra xəstəxanaya aparılan azyaşlı müayinə edildikdən sonra evə buraxılsa da, aylar sonra vəziyyəti kəskin pisləşib. Uşaqda quduzluq virusu təsdiqləni

16.08.2026 147
.

TOP MP3