Saçları qalınlaşdırır və tökülməsinin qarşısını alır

Saçları qalınlaşdırır və tökülməsinin qarşısını alırQalın və güclü saç telləri üçün bu üsulları sınayın.

Hər kəs sağlam, güclü, canlı və parlaq saçlara sahib olmaq istəyir.
Ancaq saçlarınız quruluşuna görə çox həssasdır və bir çox faktor saç sağlamlığınıza zərər verə bilər.
Genetik faktorlar, stress, düzgün qidalanmamaq, düzgün olmayan qulluq məhsulları istifadə etmək, boya kimi həddindən artıq kimyəvi proseslərə məruz qalmaq saçınızın sağlamlığını pozur.
Saçınızın sağlamlığı pisləşdikdə, saç kökləriniz zəifləyir və saçlarınız nazikləşir.
Zamanla zəifləmiş saç kökləri tökülməyə başlayır. Bu səbəblə saçların sağlamlığını qorumaq və saçları gücləndirmək böyük əhəmiyyət kəsb edir.

Saçlarınızı gücləndirmək üçün evinizdə olan materiallardan istifadə edə bilərsiniz.
BiG.AZ ev şəraitində hazırlayacağınız təbii maska növlərini təqdim edir.

YUMURTA MASKASI
Yumurta saçın böyüməsi və gücü üçün vacib olan zülalla zəngindir.
Bir və ya iki yumurtanı döyün və qarışığı saç dərinizə masaj edin və təxminən 30 dəqiqə saxlayın. Bu maskanı müntəzəm olaraq həftədə bir dəfə istifadə edin.

SOĞAN ŞİRƏSİ
Soğan saçların uzanmasına kömək edir və saç tellərini qalınlaşdırır. Çünki soğan suyunun tərkibində çoxlu kükürd var. Soğanı rəndələyin və soğanın suyunu süzün. Suyu saç köklərinə masaj edin. Saçın köklərində 30 dəqiqə saxlayın. Bundan sonra saçınızı yaxşıca yuyun. Saçınıza həftədə 1-2 dəfə soğan suyu çəkə bilərsiniz.

ALOE VERA
Aloe vera dərini sakitləşdirici xüsusiyyətlərə malikdir. Bu, sağlam baş dərisinə sahib olmağınıza kömək edə bilər. Aloe vera yarpağından geli çıxarın və birbaşa baş dərinizə masaj edin. Saçınızı ilıq su ilə yuyun. Aloe vera gelini saç köklərində 30 dəqiqə saxlayın. Bu üsulu həftədə 2-3 dəfə tətbiq edə bilərsiniz.

KOKOS YAĞI
Hindistancevizi yağı nəmləndirici xüsusiyyətləri ilə tanınır. Saç köklərini mütəmadi olaraq kokos yağı ilə masaj edə bilərsiniz. Saç köklərinə müntəzəm olaraq hindistan cevizi yağı sürtsəniz, qan dövranını yaxşılaşdıra bilərsiniz. Hindistancevizi yağını qızdırın və baş dərinizə dairəvi hərəkətlərlə masaj edin. Bir gecədə saçın köklərində saxlayın və səhər saçınızdan çıxarın.

YAŞIL ÇAY
Yaşıl çayın saç sağlamlığına bir çox faydalı təsiri var. Yaşıl çay həm saç, həm də dəri sağlamlığı üçün vacibdir. Yaşıl çay dəmləyin. Soyumasını gözləyin və saçınızı şampunladıqdan sonra son durulamada saçınıza yaşıl çay tökün. Yaşıl çayı həftədə 1-2 dəfə saçınıza çəkə bilərsiniz.

Daimi pəhriz, idman və müntəzəm saç baxımı ilə sağlam saçlara sahib ola bilərsiniz. Saçların sağlamlığını qorumaq üçün sağlam həyat tərzi sürmək vacibdir. Daha qalın saçlara sahib olmaq üçün bu təbii üsulları sınaya bilərsiniz.

Ülkər Rəhmanqızı


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2057   Tarix: 07 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.