Bakıda dəhşət: Kişi avtomobildə dostunu doğradı - QISQANCLIQ CİNAYƏTİ

Bakıda dəhşət: Kişi avtomobildə dostunu doğradı - QISQANCLIQ CİNAYƏTİBakı Ağır Cinayətlər Məhkəməsində mayın 19-da Şüvəlan qəsəbəsində yerləşən "Halva" restoranının qarşısında "Ford" markalı avtomobildə dostunu bıçaqlayan 1989-cu il təvəllüdlü Emil Rəsulovun məhkəməsi başa çatıb.

"News24.az" xəbər verir ki, Nicat adlı dostunu avtomobilin sükanı arxasında 9 dəfə bıçaqlayan şəxs Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə məlum olub ki, Emil və Nicat yaxın dost olublar. 2019-cu ildə Emil Nicatla birgə avtomobilini təmir sexinə aparıb. Həmin vaxt Nicat işinin olduğunu deyərək uzaqlaşıb. Bir neçə dəqiqə sonra isə Emilin həyat yoldaşı zəng edərək Nicatın onlara gəldiyini, qapını döydüyünü bildirib. Qadının qapını açmadığını görən Nicat həmin vaxt dostunun evindən uzaqlaşıb. Bundan sonra Emil dərhal Nicatgilin evinə gedib və nə üçün ailəsini narahat etdiyini soruşub. Həmin vaxt Nicatla Emil arasındakı mübahisə aradan qaldırılıb və onlar bir-birləri ilə əlaqəni kəsiblər.

Lakin Emil həmin hadisəni unutmayıb və qısqanclıq zəminində ailədə mübahisələr yaradıb. O, həyat yoldaşından təkrar-təkrar Nicatın onların evinin qapısını niyə döyməsini soruşub və həyat yoldaşının heç bir günahının olmadığına əmin olub.

Hadisədən 3 il sonra, yəni 2022-ci ilin may ayında Emil Nicata zəng edərək onunla görüşmək istədiyini bildirib. Nicat Emilin dediyi yerə gəlib və ona məxsus "Ford" markalı avtomobilin ön oturacağına əyləşib. Emil 3 il əvvəlki hadisəni xatırladaraq Nicata "Sən mənim ailəmə sataşmaq istəmisən" deyib və bıçaqla Nicata 9 dəfə zərbə endirib. Ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılıb və həyatı xilas edilib.
Hadisə vaxtı Emilin maşınında başqa şəxs də olsa da, o, sonradan cinayət məsuliyyətindən azad edilib.

Məhkəmədə zərərçəkmiş şəxs kimi ifadə verən Nicat Quliyev 2019-cu ildəki hadisə vaxtı Emilin evinə adapter götürmək üçün getdiyini və dostunun onu yanlış anladığını deyib. Emil isə Nicatın həmin vaxt onun evdə olmadığını bildiyi halda vaxt qapısını döyməsini irad tutub.

Məhkəmədə Nicat Emildən şikayətçi olmadığını, onunla barışdığını bildirib.

Məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb. Emil Rəsulov 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1332   Tarix: 11 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

ANA ÖLÜMLƏRİNİN ARTMASININ SƏBƏBLƏRİ AÇIQLANDI

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. Statistikaya görə, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bir il ərzində göstəric

13:58 274
.

Avropada yeni etiraz dalğası: Z nəsli siyasi sistemə meydan oxuyur

Avropanın bir sıra ölkələrində etiraz aksiyaları geniş vüsət alıb. Bu prosesdə aparıcı qüvvə isə əsasən gənclər, daha dəqiq desək, "Z" nəslinin nümayəndələridir. Fransa, Almaniya, İtaliya, Belçika, Albaniya və digər ölkələrdə küçələrə çıxan gənclərin tələbləri fərqli olsa da, onları birləşdirə

14:46 263
.

İsraildən uçan təyyarə Sofiya hava limanında təcili eniş edib

İsraildən Bolqarıstana uçan təyyarə elektron poçt vasitəsilə bomba təhlükəsi barədə məlumat daxil olduqdan sonra Sofiya hava limanında təcili eniş edib. Bu barədə Bolqarıstanın "Nova" telekanalı məlumat yayıb. Bolqarıstan Daxili İşlər Nazirliyinin baş katibinin səlahiyyətlərini icra edən Lyubomi

21:45 3
.

MM Prezidentlə xanımına təbrik məktubu ünvanladı

Milli Məclis 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən plenar iclasında təklif edib. Deputatlar Sahib

11:47 238
.

Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Siphandon Oybuabuddini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbə

12:06 247
.

Bu ölkədə analoq telefon dövrü bitir - Xəbərdarlıq edildi

Böyük Britaniyada köhnə mis kabel infrastrukturuna əsaslanan ənənəvi analoq telefon xətlərinin istifadəsi başa çatır. "Qafqazinfo"nun məlumatına görə, "BT Group" çətiri altında fəaliyyət göstərən şəbəkə operatoru "Openreach" xəbərdarlıq edib ki, 31 yanvar 2027-ci ildə analo

23:30 1
.

Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər

Türkiyənin şərqində, Ağrı dağı yaxınlığında yerləşən Durupınar geoloji formasiyasında aparılan araşdırmalar zamanı yerin təxminən 9 metr dərinliyində kömürləşmiş və yanmamış taxta parçaları aşkarlanıb. Tədqiqatçılar bu qalıqların Bibliyada adı çəkilən Nuhun gəmisinə aid ola biləcəyini ehtimal edirlər

22:15 1
.

Trampdan İranla bağlı yeni açıqlama: Daha iki obyekt hədəfə alına bilər

ABŞ Prezidenti Donald Tramp Florida ştatındakı Mar-a-Laqo iqamətgahında jurnalistlərə açıqlamasında İranın Kolanq-Qaz-La dağının altındakı şübhəli nüvə obyektinə zərbə endirilməsinin mümkünlüyündən danışıb. xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Tramp bildirib ki, ABŞ İslam Respublikasını

10:45 260
.

İlham Əliyev həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Panama Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Panama Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən ö

12:55 260
.