Bu ixtisaslarda keçid balları enəcək- AÇIQLAMA

Bu ixtisaslarda keçid balları enəcək- AÇIQLAMAHər il olduğu kimi bu il də abituriyentləri düşündürən məqamlardan biri də universitetlərə keçid ballarının necə tənzimlənəcəyi məsələsidir. Bəs görəsən bu il keçid ballarında keçən illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə fərq olacaqmı? Balların enməsi, yaxud artması halları müşahidə ediləcəkmi?

Biz də BiG.AZ olaraq suallarımız ətrafında təhsil eksperti Kamran Əsədovla əlaqə saxlayaraq fikirlərini öyrəndik:

Bu ixtisaslarda keçid balları enəcək- AÇIQLAMA"Bu il ali təhsil müəssisələrinin qəbul-plan yerləri kəskin dərəcədə artacaq. Ali təhsil müəssisələrinin bakalavr pilləsinə 60 min plan yerləri gözləyirik. Onun 27 mindən çoxu dövlət sifarişli ixtisaslardır. Bu il biz xüsusən 1-ci ixtisas qrupunda ballar enəcək. Onu da qeyd edək ki, artıq bir neçə ali təhsil müəssisəsində yeni ixtisaslar var.

Bakı Dövlət Universitetində də 1-ci ixtisas qrupu üzrə "Meliorasiya mühəndisliyi", Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 5-ci ixtisas qrupu üzrə 3 yeni ixtisas var. Həmçinin Bakı Dövlət Universitetində bir neçə qrup üzrə yeni ixtisaslar da yer alıb.

Abituriyentlərin xüsusilə 1-ci ixtisas qrupunda "Geologiya", "Geofizika" "Mədən mühəndisliyi", "Torpaqşünaslıq", "Aqrokimya" kimi ixtisaslardan aşağı balla qəbul olmağ ehtimallarını da gözləyirik. 1- ci ixtisas qrupunda həmçinin "Maşın mühəndisliyi", "Materiallar mühəndisliyi" kimi ixtisaslara daha az, 200 bal ətrafında qəbul olması gözlənilir. Bu ixtisas qrupunda olan abituriyentlər bölgələrimizdə olan universitetlərin "Kimya mühəndisliyi", "Ekologiya mühəndisliyi" ixtisaslarına 200 bal ətrafında qəbul olacağını birmənalı şəkildə demək mümkündür. Hətta, Azərbaycan Dövlət neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq Universitetində daha aşağı, hətta 300 balla " Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi", "Elektrik və elektronika mühəndisliyi", "Materillar mühəndisliyi ixtisaslarına aşağı balla qəbul gözləyirik".

Ekspert 1-ci ixtisas qrupunda balların enməsinin səbəbini belə izah etdi:

"1-ci ixtisas qrupunda bu il informatika fənnindən imtahan verəcək abituriyentlər təbii ki, informatikadan yüksək hazırlaşmayıblar. Bu da onların nəticələrinin aşağı düşməsinə gətirib çıxaracaq. Ümumiyyətlə bu il İKT ixtisaslarına bal enmələri müşahidə olunacaq. 2-ci ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər isə "Menecment", Marketinq", "Biznesin idarə edilməsi" ixtisaslarına ödənişli əsaslarla daha az balla qəbul ola biləcəklər. Amma bu il bu qrupun abituriyentləri diqqətli olmalıdırlar. Çünki, abituriyentlərin sayı müəyyən qədər dəyişib.

3-cü ixtisas qrupunda "Regionşünaslıq", həmçinin subbakalavrlar bölgələrdə yerləşən ali təhsil müəssisələrinə, qəbul ola biləcəklər. Artıq 3-cü qrupda müəyyən qədər bal artması gözləsək də, "Regionşünaslıq", "Sosial iş", eyni zamanda özəl ali təhsil müəssisələrinin tərcümə ixtisaslarında balların o qədər də yüksək olmayacağını demək olar". Həmçinin bölgələrdə olan universitetlərdə " İqtisadiyyat", "Marketinq", "Menecment" ixtisaslarında balların enməsi gözləntilərimiz sırasındadır".

Ekspert Kamran Əsədov bu il 4-cü ixtisas qrupunda bölgələrdə olan və həmçinin özəl universitetlərdə balların enəcəyini bildirdi:

"Hər il müşahidə edirik ki, 4-cü ixtisas qrupunda "Ekologiya" ixtisasına 150 balla belə qəbul olmaq mümkün olur. Bu il də bölgələrdə olan və özəl universitetlər üçün balların enməsini deyə bilərik. Hətta paytaxt Bakıda olan ali təhsil müəssisələrində 4-cü ixtisas qrupu üzrə aşağı balla "Psixologiya"," Biologiya", "Ekologiya" ixtisaslarına qəbul olduğunu müşahidə etmişik".

Aynur HÖKMÜRƏVAN


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3704   Tarix: 13 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"TikTok"da xəmir yoğurarkən öldü

Bakıda qadın "TikTok"da canlı yayım zamanı dünyasını dəyişib. "Qafqazinfo" -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində baş verib. Belə ki, 53 yaşlı S.T. "TikTok"da canlı yayımda xəmir yoğurub. Bu zaman o, yaşadığı evdə qəfil ürəktutmadan vəfat edib. Faktl

21:30 1
.

Böyük Qayıdış: tarixi ədalətin bərpası, milli dirçəliş və Azərbaycanın yeni inkişaf strategiyası

Azərbaycanın müasir dövlətçilik tarixində Böyük Qayıdış prosesi öz miqyasına, siyasi mahiyyətinə və tarixi əhəmiyyətinə görə xüsusi yer tutur. Bu prosesə yalnız işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə köçürülməsi kimi yanaşmaq düzgün olmazdı. Böyük Qayıdış, ilk növbədə

17:13 144
.

Prezident bu Agentliyin əsasnamə və strukturunu - Təsdiqlədi

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Agentliyin Aparatının işçilərinin say həddi 66 ştat vahidi, regional bölmələrinin işçilərinin sa

16:39 179
.

Oğurladığı pulu dovşanlar yedi

Rusiyanın Lipetsk vilayətində qeyri-adi oğurluq hadisəsi baş verib. yerli mediaya istinadən xəbər verir ki, hadisə oktyabrın sonlarında Lev-Tolstoy rayonunda baş verib. 49 yaşlı qadın 86 yaşlı tanışına ev işlərində kömək edirmiş. Hər iki qadın həyətdə işləyərkən evdə telefon zəng çalıb. Yaşlı qadın tanışında

19:30 1
.

Hakerlər Avropa supermarketlərinin soyuducularını sıradan çıxarıb

Haker hücumu nəticəsində bir neçə Avropa ölkəsində supermarketlərin soyuducu və dondurucu sistemləri sıradan çıxıb, nəticədə ərzaq məhsulları əriməyə başlayıb. xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Hadisələr Belçika, Lüksemburq, İsveç, İrlandiya və Estoniyada onlarla supermarketd

11:25 246
.

Xiyarı qabığı ilə yeyin - SƏBƏBİ

Qidalanma mütəxəssisləri xiyarın qida dəyərini ətraflı araşdıraraq onun insan orqanizmi üçün faydalarını açıqlayıblar. Onlar təzə xiyarın gündəlik qida rasionuna daxil edilməsinin vacibliyini vurğulayıblar. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər təzə xiyarın müntəzəm istehlakının sağlamlığ

19:45 1
.

ANA ÖLÜMLƏRİNİN ARTMASININ SƏBƏBLƏRİ AÇIQLANDI

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. Statistikaya görə, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bir il ərzində göstəric

13:58 245
.

Mənzil almaq istəyənlərin seçimi dəyişir: Birotaqlı evlər niyə populyardır?

Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Bu prosesə tələb və təklif arasındakı balansdan tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir sıra amillər təsir göstərir. Əsas məqamlarda

15:02 230
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu - Foto

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

17:27 147
.