Yeni fırıldaqçılıq metodu: "Kim bu əşyanı alsa, pulu aşıb-daşacaq"
Son vaxtlar sosial şəbəkədə yeni fırıldaqçılar peyda olub. Onlar pul qazanmaq istəyən sadəlövh adamların etibarından istifadə edərək onlara şirnikləndirici vədlərlə aldadır, onlara müxtəlif aksesuarları dəyərindən 10-15 dəfə baha qiymətə satırlar.
Guya onların təqdim etdikləri pulqablarında, muncuqlarda, bəzək daşlarında qeyri-adi hikmət var. Hər kim bu pulqabını üstündə gəzdirsə, onun pulu aşıb-daşacaq. Beləcə, asan yolla varlanmaq istəyən adamları fırıldaqçılar aldadaraq mallarını dəyərindən qat-qat baha qiymətə satırlar.
Məsələn, fırıldaqçı şəbəkə 10-15 manatlıq adi pul kisəsini 300-400, bəzi hallarda isə 700 manata satırlar. Beləcə, onlar külli miqdarda pul qazanırlar. Qəribədir ki, bu fırıldaqçı şəbəkəyə heç bir müdaxilə hələ ki yoxdur. Ona görə də fırıldaqçıların qurbanlarının sayı günbəgün artır.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan bildirdi ki, bu cür işlər hamısı günahdır:
"İnanclı adam o pul kisəsinə, muncuğa inanırsa, çox böyük günah eləmiş olur. Bu Allaha şərik qoşmaq deməkdir. Allahdan ümidini üzməkdir. Çünki, hər bir insan öz əməyinin və əməlinin qarşılığında mükafatını alır. Heç bir faydalı əməklə məşğul olmayan insan nə qədər də pul kisəsi alsa da onun cibi pulla dolmayacaq. Bunlar hamısı xurafatdır, mövhumatdır. XXI əsrdə buna inanmaq sadəcə ağılsızlıqdır. Pulqabı pulqabıdır də, nə fərqi var? Pulqabı almaqla varlanmaq mümkün olsa idi, onda elə hər kəs özünə gündə bir pulqabı tikərdi".
Tural İrfan onu da əlavə edib ki, bu cəhalətin və fırıldaqçılığın qarşısını almaq üçün hökmən maarifləndirmə işi aparılmalıdır:
"Araşdırmaq lazımdır ki, bu cür materiallar hansı ölkədən və nə məqsədlə gətirilir. Bu cür hadisələr cahilliyin göstəricisidir. Bir zamanlar bir məktub yazırdılar və onu 7 adama göndərirdilər. Və tövsiyə edirdilər ki, məktub alan hər bir şəxs onu daha 7 nəfərə göndərməlidir.
Guya bununla həmin adam böyük uğurlara sahib çıxacaq.
Amma indiki fırıldaqçılığın sırf kommersiya maraqları var. Belə cahil variantlar əsasən İrandan ixrac olunur. Hətta bir zamanlar İrandan Azərbaycana məhərrəmlikdə sinə vurmaq üçün zəncirlər göndərirdilər. Guya bu zəncirlə özünü döyən adam o biri dünyada cənnəti satın alır. Halbuki, satılan hər zəncir nə qədərsə pul demək idi".


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 812 Tarix: 18 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFransada şagirdlərin aksiyaları səngimir
Fransada iki həftəlik tətildən qayıdan orta məktəb şagirdləri ötən həftələrə nisbətən daha kiçikmiqyaslı etiraz aksiyalarına yenidən başlayıblar. "Qafqazinfo" "Al-Jazeera" telekanalına istinadən xəbər verir ki, Fransanın Təhsil Nazirliyinin açıqlamasına əsasən, bu gün ölkə üzrə 4
02.11.2026 358 Çay paketlərinin təhlükələri: ARAŞDIRMANIN nəticələri
Paket çaylar gündəlik həyatda ən çox istifadə edilən içkilərdən biri olsa da, alimlər onların sağlamlıq üçün potensial təhlükələri barədə xəbərdarlıq ediblər. Yeni araşdırma göstərib ki, bəzi çay paketləri isti su ilə təmas zamanı içkiyə minlərlə mikroplastik hissəcik buraxa bilər. xarici mediaya istinadl
02.11.2026 360 "Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
02.11.2026 464 Türkiyədə güclü zəlzələ: Böyük şəhərlər silkələndi
Türkiyənin Aralıq dənizi sahillərində 5.1 maqnitudalı zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanlar yerli vaxtla saat 19:49-da (Bakı vaxtı ilə saat 20:49-da) baş verib. Zəlzələnin İstanbul da daxil olmaqla
02.11.2026 489 Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
12:24 208 Avropa çempionu toyundan sonra öldü
Atletika üzrə Avropa çempionu və Olimpiya Oyunlarının iştirakçısı iştirakçısı Siara Macian vəfat edib. Ailəsi onun ölümünü rəsmi "Instagram" səhifəsində elan edib. -ın xarici mediaya istinadən məlumatına görə, o, noyabrın 1-də, yerli vaxtla səhər saat 6:30-da xəstəliklə mübarizə apardıqda
02.11.2026 464 Hakerlər Avropa supermarketlərinin soyuducularını sıradan çıxarıb
Haker hücumu nəticəsində bir neçə Avropa ölkəsində supermarketlərin soyuducu və dondurucu sistemləri sıradan çıxıb, nəticədə ərzaq məhsulları əriməyə başlayıb. xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Hadisələr Belçika, Lüksemburq, İsveç, İrlandiya və Estoniyada onlarla supermarketd
11:25 225 ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
12:41 216 İlham Əliyev həmkarını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Panama Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Panama Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən ö
12:55 196