Azərbaycan Prezidenti OPEC-in baş katibini qəbul edib - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qaysı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Haysam Əl-Qays ilk növbədə Səudiyyə Ərəbistanı Krallığının Energetika naziri, Şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Şahzadə Əbdül Əziz bin Salman Əl-Səuda çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycanla OPEC+ ölkələri arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edilib. Baş katib vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan OPEC+ formatı yaranan ilk gündən bu əməkdaşlığa böyük töhfə verir və o, buna görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Eyni zamanda, bu gün qlobal neft bazarında OPEC+ formatında fəaliyyətin roluna toxunulub, indiyədək bu bazarda sabitliyin əldə edilməsinin məhz bu formatda həyata keçirilən fəaliyyət nəticəsində mümkün olduğu xüsusi qeyd edilib.
Söhbət zamanı bu gün "fossil" yanacaqlar sahəsində mövcud olan məsələlər müzakirə edilib, gələcəkdə bu sahəyə investisiyaların ayrılmasının vacibliyi bildirilib. Dünya iqtisadiyyatının artması nəticəsində ümumilikdə enerjiyə çoxalan tələbat nəzərə alınaraq, bu sahəyə son zamanlarda investisiyaların azaldılmasının müəyyən narahatlıq doğurduğu qeyd olunub.
Görüşdə dünyada yaşıl enerji sahəsində əldə edilən irəlliləyişlərlə bərabər, ənənəvi yanacağın oynadığı vacib rol vurğulanıb. Ənənəvi enerji sahəsində ətraf mühitə zərərin azaldılması baxımından yeni texnologiyaların tətbiqinin xüsusi əhəmiyyət daşıdığı bildirilib.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
10:04
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qaysı qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 785 Tarix: 19 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ-İran savaşı yenidən başlaya bilər
Pakistanın vasitəçiliyi ilə aparılan ABŞ-İran danışıqlarının artıq heç bir işə yaramadığı üzə çıxıb. xəbər verir ki, dünəndən etibarən Hörmüz körfəzi ətrafında vəziyyət gərginləşib. Gün ərzində ABŞ boğazda İrana məxsus hərbi gəmi və qayıqların vurulması üçün icazə verib. CENTCOM açıqlayıb ki, gəmiləri
05.05.2026 313 Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasi strategiyanın, bütün sahələr üzrə aparılan davamlı islahatların və atılan cəsarətli addımların nəticəsidir ki, artıq Azərbaycan nəinki yerləşdiyi coğrafi məkanın, hətta bütövlükdə Avrasiyanın real güc mərkəzlərindən biridi
10:37 205 İrəvandan mesaj: "Rusiyaya qarşı tədbir görmürük"
Ermənistan Rusiyaya qarşı heç bir tədbir görmür. xəbər verir ki, bu barədə "Minval Politika" Telegram kanalına istinadən Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib. "Ermənistan Rusiyaya qarşı heç bir addım atmır. Ermənistan öz təhlükəsizliyini təmin edir və müstəqil siyasə
13:25 123 ABŞ və Avropa arasında iqtisadi qarşıdurma dərinləşir - POLİTOLOQDAN AÇIQLAMA
Son məlumatlara görə, ABŞ ilə Avropa İttifaqı arasında ticarət gərginliyi yenidən artma mərhələsinə keçib. Tərəflər arasında tarif siyasəti, sənaye məhsullarına tətbiq olunan rüsumlar və qarşılıqlı iqtisadi məhdudiyyətlər ətrafında fikir ayrılıqları dərinləşir. Məsələ ilə bağlı yayılan xəbərlərdə bildirili
14:24 101 Heqset dünyanı Hörmüz üçün hərəkətə keçməyə çağırıb: ABŞ-ın boğazdakı missiyası müvəqqətidir
ABŞ-ın iki ticarət gəmisi hərbi gəmilərlə birlikdə Hörmüz boğazını keçib. APA xəbər verir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında deyib. O, "Azadlıq Layihəsi" çərçivəsində keçirilən bu əməliyyatdan sonra ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yüzlərlə gəmi, gəmiçili
05.05.2026 297 Qlobal aviasiyada böhran dərinləşir: uçuşlar azalır, biletlər bahalaşır
"Financial Times" yazır ki, İranda baş verən münaqişə fonunda artan yanacaq qiymətləri qlobal aviasiya sektoruna ciddi təsir göstərib. Məlumata görə, təyyarə yanacağının qiymətində ikiqat artım qeydə alınıb ki, bu da birbaşa olaraq aviabiletlərin bahalaşmasına səbəb olub. Nəticədə həm sərnişi
12:57 141 Yeni sevgilisi olduğunu açıqladı
Müğənni Aynur Dadaşova sevgi etirafı edib. Axşam.az xəbər verir ki, sənətçi "Afaqla 10lar" verilişində yeni eşq yaşadığını açıqlayıb. O, həmkarı Niyam Salaminin "Aynur xanımın bu yaşda ürəyində hansı sevgi var? Hansı sevgidir ki, yadına düşəndə onu xəyala daldırır" sualına belə cava
05.05.2026 572 Eldar Əzizov rəisi işdən çıxardı
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyindəki Yaşıllaşdırma Təsərrüfatı Birliyində kadr dəyişikliyi olub. BİG.AZ "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Əmr imzalayıb. Əmrə əsasən, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Su quyularını
10:59 227 ABŞ-İran razılaşması ümidləri neft qiymətlərini aşağı saldı
Prezident Donald Trampın İranla diplomatik danışıqlarda "böyük irəliləyiş" əldə etdiyini qeyd etməsindən sonra neft qiymətləri düşür və fond bazarları bu gün ABŞ-İran razılaşması üçün yenilənmiş ümidlər fonunda yüksəlir. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, qlobal neft etalonu olan Bren
14:30 89