"Oqtay, sonuncu dəfə gülümsə, sənsiz darıxırıq" - Dilarə Əliyeva

"Oqtay, sonuncu dəfə gülümsə, sənsiz darıxırıq" - Dilarə ƏliyevaBu gün mərhum Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin ad günüdür.

Axşam.az xəbər verir ki, bu münasibətlə "Müasir televiziya ocağı" sənədli filmi təqdim olunub. Ekran işində ATV telekanalının rəhbəri Azər Xəlilov, Xəzər media mərkəzinin baş direktoru Murad Dadaşov, Xalq artistləri Afaq Bəşirqızı, Zülfiyyə Xanbabayeva, Mehriban Zəki, kinorejissor Vaqif Mustafayev, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və digərləri O.Əliyevlə bağlı xatirələrini bölüşüblər.

Onun həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva sənədli filmdə bu fikirləri səsləndirib:

"Oqtay, bu gün sənin ad günündür. Hər ad günü öncəsi səndən soruşardım ki, nə alım sənə? Deyirdin ki, yox, bu olmadı, istədiyimi ala bilirəm, sürpriz olanda maraqlı olur. Həmişə çalışırdım ki, səni təəccübləndirim. Sənin də xoşuna gəlirdi. Deyirdin, bax, bu başqa məsələ, dərsindən 5. Sən də dərsindən beş idin. Bu gün 55 yaşın tamam olur. Ağlıma belə gəlməzdi ki, iki 5 yan-yana gələndə sən özün yanımızda olmayacaqsan. Hər yenilik birinci sənin ağlına gəlirdi. Dəyişikliyi çox sevirdin. Bəs, dünyanı dəyişmək haradan ağlına gəldi, Oqtay? Sənsizlik çox bilinir.

Hamının halına yanırdın, onlar başına yığışırdı. Sanki heç vaxt sönməyən ocaq idin. Tüstüsü olmayan ocaq. Ailənə yaxınlarına, əzizlərinə həmişə möhkəm olmağı tapşırırdın. Doğrudanmı bizi tərk etməyə hazırlaşırdın? Novruz bayramında yadından çıxıb fişəngi partlada bilməmişdin, narahat idin. Səhəri gün dedin, tez gedib partladaq. Yolda sənə dedim ki, yuxuda fişəngi partlatmaq istədim, amma orada da edə bilmədim. Güldün, dedin ki, mənsiz etmək istəyirdin? Bağışla Oqtay, fişəngi sənsiz partladacağam. Hazırlaş, bu dəfə nizamımımız belə olacaq. Mən yuxarı, sən isə aşağı baxacaqsan. Sonuncu dəfə gülümsə, Oqtay! Sənsiz çox darıxırıq".

Ekran işində Oqtay Əliyevin arxiv görüntüləri də yer alıb.

Qeyd edək ki, O.Əliyev martın 22-də avtomobil qəzasında dünyasını dəyişib. Qəza zamanı maşında Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də olub. D.Əliyeva xəsarət almayıb, M.Zəki isə müalicədən sonra evə buraxılıb.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2073   Tarix: 19 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Gülay Zeynallı paylaşımı ilə HAMINI MAT QOYDU - FOTOLAR

Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni instaqram hesabında yeni görüntülərini izləyiciləri ilə bölüşüb. Gülay görünüşü və yeni tərzi ilə diqqət çəkib. Fotolarda onun anası və qızı da yer alıb. Paylaşıma xoş sözlər yazıblar. Həmin fotoları təqdim edirik

01.11.2026 642
.

"Qızımı belə böyütməməli idim"

Əməkdar artist Sənubər İsgəndərli qızı ilə münasibətindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "2+1" adlı yutub layihəsində danışıb. O, yeganə övladını həddindən artıq qoruduğunu və bunun düzgün olmadığını düşündüyünü bildirib:. "İndi başa düşürəm ki, onu çox qorumuşam

25.10.2026 672
.

4 ildən sonra bu seriala çəkiləcək

Türkiyəli aktrisa Leyla Ferayın yeni layihəsi bəlli olub. Axşam.az xəbər verir ki, aktrisa "Muhtemel aşk" serialında çəkiləcək. O, layihədə "Kader" obrazını canlandıracaq. Qeyd edək ki, layihənin baş rolları Ekin Koç və Ayça Ayşin Turana həvalə olunub. Leyla sonuncu dəfə 4 il əvvə

18.10.2026 831
.

Tacir Şahmalıoğlu Fədayə Laçının yolunu gözləyib: "Gəlmədisə, sağ olsun"

Müğənni Fədayə Laçın duet ortağı Tacir Şahmalıoğlunun səhhəti ilə maraqlanmayıb. Qaynarinfo xəbər verir ki, Tacir Şahmalıoğlu müsahibələrinin birində bu barədə danışıb. Müğənni Fədayə Laçının onu ziyarət edəcəyini gözlədiyini də gizlətməyib:. "Fədayə Laçın gəlmədi, amma ondan umdum. İstədim ki

27.10.2026 770
.

79 yaşlı müğənni gənc qalma sirrini açıqladı

Türkiyəli müğənni Erol Evgin gənc və enerjili qalmasının sirrindən danışıb. Axşam.az xəbər verir ki, 79 yaşlı sənətçi qatıldığı televiziya proqramında sağlam həyat tərzi və gündəlik vərdişləri ilə bağlı açıqlamalar verib. Evgin bildirib ki, hər gün 8-9 saat yatır, qlütensiz və laktozasız qidalanır. Müğənn

01.11.2026 311
.

Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər

Müğənni Mənzurə Musayeva yarım saatlıq toy çıxışının qiyməti ilə bağlı müzakirələrə səbəb olub. Qaynarinfo xəbər verir ki, müğənni bu günlərdə qatıldığı televiziya proqramlarından birində müzakirə mövzusuna çevrilib. Veriliş zamanı orta məktəbdə müəllim işləyən tamaşaçı canlı yayıma qoşularaq övladlarını

29.10.2026 598
.

Halit Ergenç və Məryəm Üzərli Misirdə

Məşhur aktyorlar Halit Ergenç və Məryəm Üzərli Misirdə keçirilən "El Gouna Film Festivalı"na birgə qatılıblar. Axşam.az xəbər verir ki, aktyorlar "İmrozda bahar" filminin dünya premyerasında iştirak ediblər. Ekran işi festivalın 9-cu buraxılışı çərçivəsində təqdim olunub. Qeyd edə

21.10.2026 687
.

Ana olduqdan 9 ay sonra öldü

Müğənni Castin Biberin keçmiş sevgilisi, model Sahara Ray narkotik maddənin həddindən artıq dozada qəbul edilməsindən ölüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 34 yaşlı Sahara Ray oktyabrın 16-sı böyük dozada narkotik maddə qəbu

20.10.2026 1011
.

Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia

Mərhum aktrisa Çimnaz Sultanovanın vəfatı ilə bağlı səsləndirilən fikirlər yenidən müzakirələrə səbəb olub. BİG.AZ -a istinadla xəbər verir ki, psixoloq Samirə Bağırova aktrisanın estetik müdaxilələrə tez-tez müraciət etdiyini iddia edərək onun səhhəti ilə bağlı diqqətçəkən açıqlama verib. Samirə Bağırov

02.11.2026 607
.