Kukla teatrının günümüzdəki aktuallığını birbaşa təhsil və tərbiyə ilə əlaqələndirmək vacibdir - AÇIQLAMA

Kukla teatrının günümüzdəki aktuallığını birbaşa təhsil və tərbiyə ilə əlaqələndirmək vacibdir - AÇIQLAMAAzərbaycan milli xalq oyun-tamaşalarının biri də kukla teatrıdır. Hansıki milli mədəniyyətimizin çox qiymətli sərvətlərindən biri sayılır.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrının 150 illiyi ilə əlaqədar Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Kukla Teatrının təşkilatçılığı ilə 13-17 iyun
tarixlərini əhatə edən "Kukla teatrları həftəsi" uğurla başa çatdı.
Xatırladaq ki, Iyunun 17-də Mədəniyyət Nazirliyi, mədəniyyət və incəsənət təmsilçilərinin iştirakı ilə sənət bayramının bağlanış
mərasimi baş tutub.
Elə bu mərasimi əsas tutaraq teatrın mətbuat katibi Həmidə Rüstəmovaya uzun və keşməkeşli yol kecın kukla teatırı günümüzdə
öz aktuallığını qoruya bilirmi, müasir cizgi filmlərinin daha çox izlənildiyi bir zamanda kuklaların sehri qalıbmı? Deyə sorüşduq.
Həmidə xanım öz növbəsində kukla teatrının günümüzdəki aktuallığından danışaraq bunları bildirdi; "Kukla teatrının günümüzdəki aktuallığını birbaşa təhsil və tərbiyə ilə əlaqələndirmək vacibdir. Çünki istər təhsilverənlər, istərsə də valideynlər bilirlər ki, bədii fikrin vizual və canlı ifadə forması olan səhnə nə dərəcədə böyük əhəmiyyətə malikdir.
Kukla teatrın aktuallığı birmənalıdır. Bu məsələdə hər hansı yeni icad və elmi-nəzəri mülahizə belə gücsüzdür.
Niyə? Çünki uşaqlar və onların zövqləri, psixologiya və yanaşma tərzləri nə qədər fərdi təqdim olunmağa çalışılsa da, onları sevmək və o sevgini hiss etdirmək kifayət edir.
Onu da deyim ki, istər animasiya filmləri, istərsə də hər uşağın əlindəki smatrfonlardakı oyun və digər təsvir elementli, əyləncə formaları heç biri teatrı əvəz edə bilmir.
Teatr, kuklalar, kulisindən işıq həllinə hər şey özlüyündə toxunulmaz, sirli, fərqli bir aləmdir.
Tamaşanın cəlbedici olmasından çox biz maarifləndirici, psixoloji, sosial, milli-mənəvi, ən əsası ümumbəşəri funksiyalarını nəzərə alırıq.
Bildiyiniz kimi, kukla tamaşalarının, uşaqlar üçün hazırlanan səhnə işlərinin öz üslub, forması və tələbləri var. Burada rəngdən səs tembrinə, uşaqların heyvanlara, təbiətə, kainata, təhsilə, tərbiyəyə, valideynə, vətənə, dostuna, bir sözlə onu əhatə edən ətrafdakı bütün nəsnələrə münasibətini ayırd etmək olur.
Mənfi personajlar, ümumən uşaqlara neqativ, tənqidə məruz qalacaq xüsusiyyətlər, davranış və vərdişlər elə təlqin olunur ki, onlar birbaşa mühakimədən öncə onun bəraətini, belə demək mümkünsə, özünün ifadəsini izləyirlər.
Belə olduqda pis adam, pis varlıq olmağın təkcə nifrət yox, həm də gülüş obyektinə çevrilməklə xarakterizə edilə biləcəyindən ehtiyatlanır.
Bizim bütün tamaşalarda ən mənfi obraz belə mümkün forma və üsullarda tamaşaçıya sevdirilir. Konkret olaraq mənfi qəhrəmanları ya gülərək, ya da digər personajdan az alqışlayıb, fikirlərini ifadə edirlər.
Teatra maraq hər zaman olub və biz tamaşaçı sarıdan heç bir problem yaşamırıq. Nə kimi işə gəlincə, mütəmadi dəyişən rəngarəng repertuar və sözsüz ki, peşəkar səhnə həlli – rəssam işi, bəstəkar, səhnələşdirmə və kukla idarəetməsi tamaşaçını daim cəlb edir. Ən əsası da kukla tamaşalarının özünəməxsus peşəkarlıq və təqdimat üsulları.
Baxın, bu gün repertuarımızda milli və dünya ədəbiyyatından seçmələrlə 46 tamaşa var.
Düşünürəm ki, bu yolla uşaqların fərqli, dəyişkən və rəngli dünyasına girə bilirik."

Ülkər Rəhmanqızı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 633   Tarix: 19 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hakerlər Avropa supermarketlərinin soyuducularını sıradan çıxarıb

Haker hücumu nəticəsində bir neçə Avropa ölkəsində supermarketlərin soyuducu və dondurucu sistemləri sıradan çıxıb, nəticədə ərzaq məhsulları əriməyə başlayıb. xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Hadisələr Belçika, Lüksemburq, İsveç, İrlandiya və Estoniyada onlarla supermarketd

11:25 203
.

Uşağınıza "yox" deməyi öyrədin - Vacib tövsiyələr

Bir çox uşaq dostlarının və ya sinif yoldaşlarının istəklərinə qarşı çıxmaqda çətinlik çəkir. Onlar istəmədikləri halda belə, başqalarını incitməmək üçün razılaşmağa üstünlük verirlər. -ın xarici mediaya istinadən xəbərinə görə, psixoloqlar bildirirlər ki, uşağın günahkarlıq hissi keçirmədən "yox"

02.11.2026 370
.

Fransada şagirdlərin aksiyaları səngimir

Fransada iki həftəlik tətildən qayıdan orta məktəb şagirdləri ötən həftələrə nisbətən daha kiçikmiqyaslı etiraz aksiyalarına yenidən başlayıblar. "Qafqazinfo" "Al-Jazeera" telekanalına istinadən xəbər verir ki, Fransanın Təhsil Nazirliyinin açıqlamasına əsasən, bu gün ölkə üzrə 4

02.11.2026 357
.

Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Siphandon Oybuabuddini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbə

12:06 175
.

100 min qəzetdən tikilən ev bir əsrdən çoxdur ayaqdadır

ABŞ-da mühəndis tərəfindən təxminən 100 il əvvəl tikilmiş qeyri-adi ev bu gün də qorunub saxlanılır. Tikintidə təxminən 100 min köhnə qəzetdən istifadə olunan bina həm memarlığı, həm də kağızdan hazırlanmış interyer əşyaları ilə diqqət çəkir. Qaynarinfo xəbər verir ki, bu barədə "Gry-online"

02.11.2026 463
.

Hərbi xidmətdən boyun qaçıran 5 nəfərə - Cinayət işi açılıb

Son zamanlar hərbi vəzifələrinin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi çərçivəsində məsuliyyət tədbirləri sərtləşdirilib. "Qafqazinfo" Hərbi Prokurorluğa istinadən xəbər verir ki, bu sahədə görülmüş tədbirlər korrupsiya risklərinin azaldılmasına, tibbi şəhadətləndirm

02.11.2026 374
.

Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq

Qarşıdan gələn Zəfər Günü ilə əlaqədar "WhatsApp" platformasında saxta kampaniyalar yayılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, platforma üzərindən istifadəçilərə Azərbaycan Respublikas

14:51 83
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

13:12 141
.

Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi

Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri xidmətini başa vurmadan həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 18 yaşlı Ə.X. əsgərlikdən əvvəl 14 yaşlı qızla cinsi əlaqədə olmaqda və seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinib. Bu hadisə Azərbaycanın rayonlarından birind

02.11.2026 551
.