Baş nazir qida məhsulları ilə bağlı qərar imzaladı

Baş nazir qida məhsulları ilə bağlı qərar imzaladıQida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi qaydasına dəyişiklik edilib.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsulları Agentliyin dövlət nəzarəti tədbirləri çərçivəsində qəbul etdiyi qərar və ya qida subyektlərinin öz təşəbbüsü əsasında həmin subyektlər tərəfindən istehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılmalı və Agentlik bu barədə dərhal məlumatlandırılmalıdır.

Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan qida və yem məhsullarının Agentliyin tələbi əsasında geri çağırılmasına və ya yığışdırılmasına yalnız həmin məhsulların təhlükə riski Agentlik tərəfindən sübut olunduqda yol verilir.

- Dövlət nəzarəti tədbirləri zamanı bazarda və digər satış obyektlərində Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğunolmayan və (və ya) təhlükəli qida və yem məhsulları aşkar olunduğu təqdirdə, Agentlik aşağıdakı tədbirləri həyata keçirir:

- yaranmış təhlükənin səbəblərini araşdırır və təhlükə ilə bağlı risk qiymətləndirilməsini həyata keçirir;

- Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının izlənilməsi ilə bağlı Qanuna uyğun olaraq müəyyən edilmiş qaydada sənədlərin və məlumatların təqdim olunmasını qida subyektlərindən tələb edir;

- bu Qayda nəzərə alınmaqla, Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının ilkin istehsalının, istehsalının, emalının və ya onun ayrı-ayrı proseslərinin və (və ya) dövriyyəsinin dayandırılması və istehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılması ilə bağlı qərar qəbul etməklə bu Qayda ilə müəyyən edilən tədbirlərin görülməsini qida subyektlərindən tələb edir;

- Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsulları, o cümlədən bu məhsullara cavabdeh olan qida subyektləri barədə məlumatları erkən xəbərdarlıq sistemləri vasitəsilə və qida məhsulları ilə bağlı Qanuna uyğun olaraq açıq reyestrə daxil etməklə istehlakçıların məlumatlandırılmasını təmin edir;

- Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması barədə qərarın icrasına nəzarət edir;

Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmaması və ya təhlükəlilik əlamətləri aşkar edildikdə məhsullardan nümunələrin götürülməsini və tədqiq (sınaq) üçün "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" qanunda nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmiş laboratoriyaya təqdim olunmasını təmin edir.

Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması haqqında Agentliyin qərarında məhsulların geri çağırılması üçün həmin məhsulların bazarda yerləşdirilməsi həcmindən asılı olaraq 30 (otuz) gündən artıq olmayan konkret müddət göstərilməli və qərar qida subyektləri tərəfindən vaxtında icra edilməlidir.

Geri çağırılma haqqında qərarın surəti onun qəbul edildiyi tarixin növbəti iş günündən gec olmayaraq, qida subyektinə sifarişli poçt göndərişi və subyektin şəxsi kabinetinə Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə göndərilir və yaxud qida subyektinin səlahiyyətli nümayəndəsinə imza etdirilməklə təqdim olunur.

Geri çağırılma haqqında qərarı icra edən qida subyektləri müəyyən olunmuş icra müddəti ərzində qərarın tam icrasının mümkün olmadığına dair əsaslandırılmış ərizə ilə icra müddətinin bitməsinə ən azı 1 (bir) iş günü qalmış Agentliyə müraciət etdikdə, Agentlik tərəfindən məsələyə baxılaraq icra müddətinin bir dəfə olmaqla əlavə 30 (otuz) günədək uzadılması haqqında qərar qəbul edilə bilər.

Qida subyektləri Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının istehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılması ilə bağlı Agentliyin qərarı və ya öz təşəbbüsü əsasında aşağıdakı tədbirləri həyata keçirirlər:
- qida subyektlərini qida və yem məhsulları ilə təchiz edən subyektləri, həmçinin onların qida və yem məhsulları ilə təchiz etdiyi subyektləri dərhal müəyyənləşdirir və həmin subyektlər barədə məlumatları və Qanuna uyğun olaraq müəyyən edilmiş məhsulların izlənilməsi ilə bağlı digər məlumatları və sənədləri dərhal Agentliyə təqdim edir;

- qida və yem məhsulları paylanılmış bütün qida subyektlərini dövriyyənin dayandırılması ilə bağlı bildiriş göndərməklə məlumatlandırır, qida və yem məhsullarının dövriyyəsi ilə məşğul olan qida subyektləri isə həmin məhsulların dövriyyəsinin dayandırılmasını təmin edir.

- bütün geri çağırılmış qida və yem məhsullarının qeydiyyatını aparır.

- qida və yem məhsullarının geri çağırılması ilə bağlı görüləcək və görülmüş tədbirlər barədə aşağıdakı müddətlərdə Agentliyə yazılı məlumat verir:

- qida və yem məhsulları Agentliyin qəbul etdiyi qərar əsasında geri çağırıldıqda görüləcək tədbirlər barədə Agentliyin qərarını əldə etdikdən sonra ən geci 3 iş günü ərzində, görülmüş tədbirlər barədə isə bu Qaydaya uyğun olaraq müəyyən edilmiş müddət bitdikdən dərhal sonra;

- qida və yem məhsulları qida subyektinin öz təşəbbüsü əsasında geri çağırıldıqda görüləcək tədbirlər barədə dərhal, görülmüş tədbirlər barədə isə ən geci 30 (otuz) gün müddətində;
- qida və yem məhsullarının Qanuna və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun daşınmasını və saxlanılmasını təmin edir;

- təhlükəli qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı və ya onun ayrı-ayrı proseslərini dayandırır, təhlükənin yaranması səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması ilə bağlı Agentliklə razılaşdırmaqla normativ hüquqi aktların tələblərinə uyğun digər tədbirləri həyata keçirir;

- Agentliyin qəbul etdiyi qərarlar əsasında məhsulların təkrar dövriyyəyə buraxılması, utilizasiyası və ya məhv edilməsi ilə bağlı işləri təşkil edir;

- Agentlik tərəfindən geri çağırılma ilə bağlı qərarın icra vəziyyətinin yoxlanılması məqsədilə müvafiq məlumatların əldə edilməsi barədə qida subyektlərinə müraciətlər edilir və geri çağırılmış məhsulların olduğu yerlərə baxış keçirilir.

Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması haqqında qərar qida subyektləri tərəfindən verilmiş müddətdə icra edilmədikdə həmin məhsulların istehlakçılardan, bazardan və digər satış obyektlərindən yığışdırılması ilə bağlı qərar qəbul edilir və həyata keçirilir.

Məhsulun yığışdırılması haqqında qərara uyğun olaraq yığışdırılması nəzərdə tutulan qida və yem məhsulları, onların miqdarı və çəkisi göstərilməklə 2 (iki) nüsxədə tərtib edilən Akt əsasında götürülür. Məhsulun utilizasiyası, məhv edilməsi və ya qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinə uyğunlaşdırılması haqqında qərar verilənədək yığışdırılmış məhsullar miqdarı və çəkisi göstərilməklə, uçota alınaraq (rəsmiləşdirilərək) Agentliyin vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə təhvil-təslim aktı əsasında saxlanmaya verilir.

İstehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılmış və ya yığışdırılmış qida və yem məhsulları Agentlik tərəfindən həmin məhsullar haqqında qərar verilənədək, qida subyektləri tərəfindən məhsullar onların müvafiq saxlanılma şəraitinə uyğun və digər qida və yem məhsullarına təhlükə yaratmayan və istehlakçıların həmin məhsullarla təmasına imkan verməyən yerlərdə saxlanılmalıdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1210   Tarix: 19 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Metroda illərdir gözlənilən reallaşır: Xətlərin ayrılması nəyi dəyişəcək?- DETALLAR

Bakı metrosunda illərdir gözlənilən dəyişiklik artıq başlayıb. Bu gündən etibarən "28 May"Nizami" stansiyaları arasında qatarların hərəkəti dayandırılıb. "Yaşıl" və "Qırmızı" xətlərin ayrılması məqsədilə həyata keçirilən layihə çərçivəsində yeni tunellərin inşası nəzərd

10:45 146
.

Dəbdəbəli toylardan imtina edək!

Azərbaycanda toy mövsümünün ən çox müzakirə olunan məsələlərindən biri də şadlıq saraylarında boş yer tapmaqdır. Xüsusilə Bakıda bəzi restoranlarda uyğun tarix üçün aylar əvvəldən müraciət etmək lazım gəlir. Hətta toy etmək istəyənlərin məkanı 5-6 ay əvvəldən "bron" etməli olduğu bildirilir

00:15 239
.

Sosial müavinətlərlə bağlı MÜHÜM XƏBƏR

Bu ilin iyul ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 177,5 min nəfər olub. Bu barədə Ölkə.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib. Məlumata görə, onların 39,4 %-ni kişilər, 60,6 %-ni isə qadınlar təşkil edi

00:30 264
.

Kolumbiyada mədəndə partlayış: 6 nəfər həlak olub

Kolumbiyada mədəndə baş verən partlayış nəticəsində altı nəfər həyatını itirib, bir nəfər isə xilas ola bilib. xəbər verir ki, bu barədə Kundinamarca qubernatoru Xorxe Emilio Reyə istinadən "Blu Radio" radiostansiyası məlumat yayıb. Məlumata görə, Kundinamarka əyalətinin Kukunuba bölgəsindək

15.08.2026 197
.

Rusiyalı dənizçi Dubayda lotereyada bir milyon dollar uddu

Rusiyalı dənizçi BƏƏ-nin Dubay şəhərində keçirilən "Dubai Duty Free Millennium Millionaire" lotereyasında bir milyon dollar udub. "Khaleej Times" nəşrinə istinadən xəbər verir ki, o, yuxuda Dubayda lotereyada qalib gəldiyini görüb. Ertəsi gün internetdə məlumat axtaran dənizçi lotereyan

12:30 101
.

Qəzada barmağı qopdu, nə qədər axtarsalar da, tapılmadı

Türkiyənin Ədirnə şəhərində baş verən yol qəzasında sərnişinlərdən birinin barmağı qopub. yerli mediaya istinadən xəbər verir ki, hadisə 1-ci Murat məhəlləsinin Güngör Mazlum küçəsində qeydə alınıb. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Sürücü C.B. xəsarət almayıb, avtomobild

13:00 80
.

ABŞ-də "Roblox" həyəcanı: Uşaqlara qarşı cinayət iddiaları ARAŞDIRILIR

ABŞ-də "Roblox" oyun platformasında uşaqlara qarşı mümkün cinsi xarakterli cinayətlərlə bağlı araşdırmaya başlanıldığı açıqlanıb. -ya istinadən xəbər verir ki, bu barədə Missuri ştatından respublikaçı senator Coş Houli və İllinoys ştatından demokrat senator Dik Durbin məlumat veriblər. Senatorla

11:15 128
.

Məktəblərdə dərslərin başlama vaxtı dəyişir? - "08:00-dan daha gec…"

Azərbaycanda məktəblərdə dərslərin başlama saatının 08:00-dan daha gec vaxta keçirilməsi məsələsi gündəmə gətirilib. Belə ki, bununla bağlı yazı dərc edərək, xüsusilə yeniyetmələrin yuxu rejimi, dərsə diqqəti və təhsil nəticələri baxımından dərslərin daha gec başlamasının mümkün üstünlüklərini müzakirəy

00:32 311
.

NASA amerikalı astronavtların Aya enişinə hazırlaşır

ABŞ-nin Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Milli İdarəsi (NASA) "Artemis" (Artemida) Ay proqramını sürətləndirib. "Report"un məlumatına görə, bu barədə NASAaY rəhbəri Cared Ayzekman bildirib. "Biz "Artemis" proqramını sürətləndiririk. Əslində, "Artemis 3"

10:15 123
.

TOP MP3