Bakıda avtobuslarda nağdsız ödəniş üçün yeni mobil tətbiq hazırlanıb

Bakıda avtobuslarda nağdsız ödəniş üçün yeni mobil tətbiq hazırlanıbRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) avtobuslarda nağdsız ödəniş üçün hazırladığı yeni mobil tətbiqini təqdim edib.

"Report" xəbər verir ki, təqdimat mərasimində çıxış edən AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev bildirib ki, mobil tətbiq iyulun 1-dən tam istifadəyə veriləcək.

"Mobil tətbiqlə istifadəçilər asanlıqla səfərlərini planlaşdıra, "BakıKart"ın balansını artıra və gediş haqqını ödəyə bilərlər. Mobil tətbiqdə qeydiyyatdan keçmək üçün mobil nömrə və şifrə kifayətdir. İstifadəçilər marşrutları asanlıqla axtara, təyinat yerinə getmək üçün ən yaxın dayanacaqları tapa və avtobusları real vaxt rejimində izləyə bilərlər. Tətbiq istifadəçilərə bir neçə QR biletləri yaratmağa və QR bilet tarixçələrini görməyə imkan verir. Həmçinin, istifadəçilərə vaxta qənaət etmək imkanı qazandırır və ictimai nəqliyyatdan istifadə prosesini sadələşdirir", - deyə o qeyd edib.

"BakıKart" mobil tətbiqi və www.bakikart.az saytı vasitəsilə təmin edilən platforma üzrə hesablar vahiddir. Bu o deməkdir ki, www.bakikart.az saytı ilə qeydiyyatdan keçmiş istifadəçilər üçün mobil tətbiqdə yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur. İstifadəçilər yalnız qeydiyyatdan keçdiyi mobil nömrə və şifrə daxil etməklə mobil tətbiqdən yararlana bilərlər. "BakıKart" mobil tətbiqinin beta versiyasını həm "App Store", həm də "Google Play Store"da yükləmək mümkündür. Tətbiq hazırda beta versiyada olduğu üçün istifadəçilər xətalarla və yaxud qeyri-dəqiq məlumatlarla qarşılaşa bilərlər. Bununla əlaqədar olaraq beta istifadəçilərdən qarşılaşdıqları xətalar barədə tətbiq vasitəsilə məlumat vermələri xahiş olunur. Texniki məsələlərlə bağlı *4343 qısa nömrəsinə və "141" Çağrı Mərkəzinə müraciət etmək olar", - deyə A.Rzayev əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 830   Tarix: 20 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Metroda illərdir gözlənilən reallaşır: Xətlərin ayrılması nəyi dəyişəcək?- DETALLAR

Bakı metrosunda illərdir gözlənilən dəyişiklik artıq başlayıb. Bu gündən etibarən "28 May"Nizami" stansiyaları arasında qatarların hərəkəti dayandırılıb. "Yaşıl" və "Qırmızı" xətlərin ayrılması məqsədilə həyata keçirilən layihə çərçivəsində yeni tunellərin inşası nəzərd

10:45 146
.

Dəbdəbəli toylardan imtina edək!

Azərbaycanda toy mövsümünün ən çox müzakirə olunan məsələlərindən biri də şadlıq saraylarında boş yer tapmaqdır. Xüsusilə Bakıda bəzi restoranlarda uyğun tarix üçün aylar əvvəldən müraciət etmək lazım gəlir. Hətta toy etmək istəyənlərin məkanı 5-6 ay əvvəldən "bron" etməli olduğu bildirilir

00:15 239
.

Sosial müavinətlərlə bağlı MÜHÜM XƏBƏR

Bu ilin iyul ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 177,5 min nəfər olub. Bu barədə Ölkə.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib. Məlumata görə, onların 39,4 %-ni kişilər, 60,6 %-ni isə qadınlar təşkil edi

00:30 264
.

Kolumbiyada mədəndə partlayış: 6 nəfər həlak olub

Kolumbiyada mədəndə baş verən partlayış nəticəsində altı nəfər həyatını itirib, bir nəfər isə xilas ola bilib. xəbər verir ki, bu barədə Kundinamarca qubernatoru Xorxe Emilio Reyə istinadən "Blu Radio" radiostansiyası məlumat yayıb. Məlumata görə, Kundinamarka əyalətinin Kukunuba bölgəsindək

15.08.2026 197
.

Rusiyalı dənizçi Dubayda lotereyada bir milyon dollar uddu

Rusiyalı dənizçi BƏƏ-nin Dubay şəhərində keçirilən "Dubai Duty Free Millennium Millionaire" lotereyasında bir milyon dollar udub. "Khaleej Times" nəşrinə istinadən xəbər verir ki, o, yuxuda Dubayda lotereyada qalib gəldiyini görüb. Ertəsi gün internetdə məlumat axtaran dənizçi lotereyan

12:30 101
.

Qəzada barmağı qopdu, nə qədər axtarsalar da, tapılmadı

Türkiyənin Ədirnə şəhərində baş verən yol qəzasında sərnişinlərdən birinin barmağı qopub. yerli mediaya istinadən xəbər verir ki, hadisə 1-ci Murat məhəlləsinin Güngör Mazlum küçəsində qeydə alınıb. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Sürücü C.B. xəsarət almayıb, avtomobild

13:00 80
.

ABŞ-də "Roblox" həyəcanı: Uşaqlara qarşı cinayət iddiaları ARAŞDIRILIR

ABŞ-də "Roblox" oyun platformasında uşaqlara qarşı mümkün cinsi xarakterli cinayətlərlə bağlı araşdırmaya başlanıldığı açıqlanıb. -ya istinadən xəbər verir ki, bu barədə Missuri ştatından respublikaçı senator Coş Houli və İllinoys ştatından demokrat senator Dik Durbin məlumat veriblər. Senatorla

11:15 128
.

Məktəblərdə dərslərin başlama vaxtı dəyişir? - "08:00-dan daha gec…"

Azərbaycanda məktəblərdə dərslərin başlama saatının 08:00-dan daha gec vaxta keçirilməsi məsələsi gündəmə gətirilib. Belə ki, bununla bağlı yazı dərc edərək, xüsusilə yeniyetmələrin yuxu rejimi, dərsə diqqəti və təhsil nəticələri baxımından dərslərin daha gec başlamasının mümkün üstünlüklərini müzakirəy

00:32 311
.

NASA amerikalı astronavtların Aya enişinə hazırlaşır

ABŞ-nin Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Milli İdarəsi (NASA) "Artemis" (Artemida) Ay proqramını sürətləndirib. "Report"un məlumatına görə, bu barədə NASAaY rəhbəri Cared Ayzekman bildirib. "Biz "Artemis" proqramını sürətləndiririk. Əslində, "Artemis 3"

10:15 123
.

TOP MP3