Azərbaycanda iki yeni institut yaradılacaq

Azərbaycanda iki yeni institut yaradılacaqAzərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası zamanı AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bazasında daxili imkanlar hesabına əlavə maliyyə vəsaiti tələb olunmadan Arxeologiya və Antropologiya İnstitutunun yaradılması haqqında müzakirələr aparılıb.

AMEA-dan verilən məlumata görə, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, yeraltı maddi mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan arxeologiya elmi ilə xalqların adət-ənənələrinin, maddi və mənəvi mədəniyyət nümunələrinin tədqiqi ilə məşğul olan etnoqrafiya elminin vahid elmi-təşkilati strukturda fəaliyyət göstərməsi bir çox hallarda özünü doğrultmur. Xalqların adət-ənənələrinin, mədəniyyət nümunələrinin tarix, etnoqrafiya və mədəniyyətşünaslığın nəzəri-metodoloji baxışlar sistemi əsasında araşdırılmasına daha çox ehtiyac olduğunu deyən AMEA prezidenti Rəyasət Heyətinin 26 may 2023-cü il tarixli qərarı ilə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun etnoqrafik profilli şöbələrinin AMEA-nın Tarix İnstitutunun strukturuna verildiyini bildirib. Qeyd edib ki, bundan sonra institutda yalnız arxeologiya və antropologiya elmləri sahəsində fundamental və innovativ elmi tədqiqatlar həyata keçirilməkdədir.

Akademik İsa Həbibbəyli struktur dəyişikliyinin ölkəmizdə aparılan arxeoloji tədqiqatlara diqqətin daha da artırılmasına və onu yeni inkişaf mərhələsinə qaldırmasına təkan verəcəyini söyləyib. AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bazasında mövcud ştat vahidi və daxili maliyyə imkanları hesabına AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun yaradılması haqqında AMEA-nın ümumi yığıncağı qarşısında vəsatət qaldırılıb.

Rəyasət Heyətinin müzakirəsinə çıxarılan növbəti məsələ AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun bazasında Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun yaradılması haqqında olub.

Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli vurğulayıb ki, AMEA-nın Tarix İnstitutunda həyata keçirilən tədqiqatların etnoqrafik və etnoloji araşdırmalarla əlaqəli inkişafının təmin edilməsi, xalqımızın maddi və mənəvi mədəniyyət abidələrinin, adət-ənənələrinin tarixi aspektdən kompleks tədqiqinin reallaşdırılması məqsədilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun etnoqrafiya elmi istiqamətini əhatə edən şöbələri Tarix İnstitutunun strukturuna keçirilib, bununla əlaqədar olaraq institutda yeni elmi istiqamət yaradılıb:

"Bu yeni elmi istiqamət etnoqrafiyanın ümumi elmi problematikasına uyğun olaraq, Azərbaycan xalqının və dünyа хаlqlаrının məişət və mədəniyyəti, аdət-ənənələri, еtnik birliklərin yаrаnmаsı və inkişаfı, оnlаrın yаyılmаsı və qаrşılıqlı mədəni əlаqələri kimi məsələləri əhatə edir. Etnoslararası və etnomədəni proseslərin bir çox müasir aktual və mürəkkəb olan problemlərin öyrənilməsi, bu sahədə müsbət nəticə verə biləcək yeni konsepsiyaların hazırlanması və tətbiqi üçün digər ictimai elmlərlə yanaşı, etnoqrafiya və etnologiya böyük əhəmiyyətə malikdir".

Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun bazasında mövcud ştat vahidləri əsasında və daxili maliyyə imkanları hesabına AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun yaradılması haqqında AMEA-nın ümumi yığıncağı qarşısında vəsatət qaldırılıb.
İclasda həmçinin AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Qarabağ arxeoloji ekspedisiyasının yaradılması haqqında məsələ də müzakirə olunub. AMEA prezidenti diqqətə çatdırıb ki, hazırda Azərbaycanda dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı ilə bağlıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin mühüm bir hissəsini Qarabağın və Şərqi Zəngəzurun qədim və zəngin mədəniyyətinin öyrənilməsi təşkil edir. Bu məqsədlə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Qarabağ və Şərqi Zəngəzur ekspedisiyası fəaliyyət göstərir. Ekspedisiya hazırda işğaldan azad olmuş ərazilərdə, Qarabağ və Şərqi Zəngəzurda arxeoloji qazıntıların və tədqiqatların həyata keçirilməsi, maddi mədəniyyət abidələrinin müəyyənləşdirilməsi, eyni zamanda, erməni vandalizminin izlərinin aşkarlanması sahəsində uğurla fəaliyyət göstərir. Həyata keçirilən arxeoloji qazıntıların və tədqiqatların ardıcıl və sistemli şəkildə təşkil edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.

İclasda Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda daimi fəaliyyət göstərən Qarabağ ekspedisiyası haqqında qərar qəbul olunub.

Həmçinin AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Xəzər arxeologiyası şöbəsinin yaradılması haqqında çıxış edən akademik İsa Həbibbəyli Azərbaycanda sualtı arxeoloji tədqiqatların sonuncu dəfə 1968-86-cı illərdə həyata keçirildiyini, 20 ilə yaxın müddət ərzində Xəzər sahillərində və adalarda 4 000-dən artıq maddi-mədəniyyət qalığının aşkarlandığını deyib. Bildirib ki, bu gün Xəzər dənizində suyun səviyyəsinin enməsi ilə əlaqədar dənizdə və sahilboyu ərazilərdə sualtı arxeoloji istiqamətdə tədqiqatların aparılması üçün yenidən əlverişli şərait yaranıb. AMEA rəhbəri ölkə başçısının Xəzər hövzəsi ilə əlaqədar çağırışlarını və mövcud reallığı nəzərə alaraq, Xəzər dənizində və sahilboyu ərazilərdə arxeoloji qazıntı işlərinin aparılmasının Azərbaycanın tarixinin və qədim mədəniyyətinin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu nəzərə çatdırıb.

Rəyasət Heyəti tərəfindən AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda daxili imkanlar əsasında Xəzərin Arxeologiyası şöbəsinin yaradılması qərara alınıb.

Eyni zamanda, iclasda AMEA-nın Qafqazşünaslıq İnstitutunun strukturunun və əməkdaşlarının say həddinin təsdiq edilməsi, AMEA-nın Şərqşünaslıq İnstitutunun əyani doktorantı Cavid İsmayılzadənin qiyabi doktoranturaya keçirilməsi, AMEA-nın müxbir üzvü Vaqif Novruzovun 80 illik yubileyinin qeyd edilməsi, eləcə də AR Nazirlər Kabinetinin 30 sentyabr 2022-ci il tarixli Qərarının icrasından irəli gələn bir sıra məsələlər haqqında qərarlar qəbul olunub. O cümlədən AR Nazirlər Kabinetinin 2 avqust 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları"na dəyişikliklər edilməsinə dair təkliflər diqqətə çatdırılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 910   Tarix: 20 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Türkiyədə güclü zəlzələ: Böyük şəhərlər silkələndi

Türkiyənin Aralıq dənizi sahillərində 5.1 maqnitudalı zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanlar yerli vaxtla saat 19:49-da (Bakı vaxtı ilə saat 20:49-da) baş verib. Zəlzələnin İstanbul da daxil olmaqla

02.11.2026 459
.

ANA ÖLÜMLƏRİNİN ARTMASININ SƏBƏBLƏRİ AÇIQLANDI

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. Statistikaya görə, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bir il ərzində göstəric

13:58 3
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

10:11 233
.

MM Prezidentlə xanımına təbrik məktubu ünvanladı

Milli Məclis 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən plenar iclasında təklif edib. Deputatlar Sahib

11:47 159
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

02.11.2026 465
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

13:58 39
.

Şuşanın azad olunması Qarabağda separatizmin sonu oldu

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən əsas hədəf olaraq Şuşanın azad olunmasını müəyyən etmişdi. Buna görə də Azərbaycan Ordusunun bütün əməliyyatları məhz Şuşanı ələ keçirmək üçün zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-da Türkiyənin "A Haber"

02.11.2026 362
.

Azərbaycanda yüksək vəzifəli şəxs istefa verdi

Səhiyyə nazirinin müşaviri Elgün Nurulla oğlu Səmədov vəzifəsindən ayrılıb. Bu barədə -a məlumat daxil olub. Məlumata əsasən, o, ərizə yazaraq öz istəyi ilə işdən çıxıb. Xatırladaq ki, 3 sentyabr 2025-ci ildə sabiq səhiyyə naziri Teymur Musayevin imzaladığı müvafiq əmrlə Elgün Səmədov Azərbaycan Respublikas

02.11.2026 388
.

Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": bunu dayandırmağın yolu

Android telefonları Wi-Fi şəbəkəsinə qoşulu olduqda belə mobil internet paketindən istifadə edə bilər. Bunun səbəbi telefonun bəzi gizli parametrlərinin mobil şəbəkə ilə əlaqəni aktiv saxlamasıdır. xarici mediaya istinadla xəbər verir ki, bütün ay ərzində evdə Wi-Fi-yə qoşulu olmasına baxmayaraq, təxminə

02.11.2026 359
.