Peşəkarlıq və Vətənə sadiqlik
20-ci yüzillik Azərbaycan üçün çox keşməkeşli olmuşdur. Belə ki, məhz bu əsrdə Azərbaycan xalqına qarşı dəfələrlə soyqırımlar olmuş, lakin bütün çətinliklərə mərdliklə qalib gələn xalqımız iki dəfə müstəqillik qazanmışdır. 105 il öncə qazanılmış müstəqilliyimiz cəmi 23 ay yaşadı. Lakin uzun illər Sovet imperiyası tərkibində yaşayan Azərbaycan nəhayət ötən əsrin sonuncu onilliyində öz müstəqiliyini yenidən qazandı. Xalqımıza qanı bahasına başa gələn bu müstəqilliyin asanlıqla da itirilmək təhlükəsi vardı. Bu dövrdə hakimiyyətə gələnlərin kamil dövlət adamları olmadıqlarını görən xarici və daxili düşmən qüvvələri Azərbaycanı bir neçə yerə parçalanma həddinə gətirmişdilər.
Həmin çətin anlarda Ümummilli liderimiz Heydər Əliyev öz məsləhətləri ilə xalqı yaxınlaşmaqda olan daha böyük fəlakətlərdən qurtarmaq üçün o vaxtkı iqtidara yol göstərməyə çalışırdı. Bu məsləhətlərə məhəl qoymayan, səriştəsiz siyasəti ilə ölkəni parçalanmaq, vətəndaş müharibəsi həddinə gətirmiş dövlət rəhbərləri son anda kömək üçün Heydər Əliyevə müraciət etdi. Eyni zamanda artıq ziyalılar və xalq Ümummilli lider Heydər Əliyevin ölkəyə qyıdışını təkidli şəkildə tələb edirdilər.
Nəhayət, 1993-cü il iyunun 9-da xalqın xilaskar oğlu Bakıya qayıtdı. Azərbaycan xalqı öz xilaskarını sevinclə qarşıladı. 1993-cü il 15 iyun Ümummilli lider Heydər Əliyevin qayıdışı günü xalqın soykökünə qayıdışı və milli özünüdərkin başlanğıcı idi, bu gün xalqda gələcəyə inam yaratdı, məhrumiyyətlərə, dövrün bəlalarına qarşı onda bir güc, əzm yaratdı.
İyunun 24-də Milli Məclis prezident səlahiyyətlərini də Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi. Ümumxalq dəstəyi ilə Prezident seçilmiş Heydər Əliyev andiçmə mərasimindəki nitqində dövlət müstəqilliyini möhkəmləndirmək, ərazi bütövlüyünü və tam suverenliyi təmin etmək, əhalinin rifahını yaxşılaşdırmaq vəzifələrini həyata keçirəcəyini bəyan etdi. Həmin vəzifələri həyata keçirmək işi dövlət intizamının, qanunçuluğun, hüquq - mühafizə orqanlarının, ordunun möhkəmləndirilməsindən başlandı.
Ümummilli liderimiz Heydər Əliyevin görmüş olduğu misilsiz işlərin nəticəsidir ki, məhz həmin dövrdə hərc-mərcliyin, saysız-hesabsız siyasi, ictimai, iqtisadi sosial problemlərin didib-dağıtdığı Azərbaycanda bu gün asayiş, əmin-amanlıq hökm sürür.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu müasir dövrün tələblərinə uyğun formada uğurla həyata keçirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə artıq Azərbaycan regionun hər cəhətdən inkişaf etmiş dövlətinə, dünyada isə söz sahinə çevrilmişdir.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 786 Tarix: 20 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyədə güclü zəlzələ: Böyük şəhərlər silkələndi
Türkiyənin Aralıq dənizi sahillərində 5.1 maqnitudalı zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanlar yerli vaxtla saat 19:49-da (Bakı vaxtı ilə saat 20:49-da) baş verib. Zəlzələnin İstanbul da daxil olmaqla
02.11.2026 459 ANA ÖLÜMLƏRİNİN ARTMASININ SƏBƏBLƏRİ AÇIQLANDI
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. Statistikaya görə, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bir il ərzində göstəric
13:58 3 Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
10:11 233 MM Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Milli Məclis 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən plenar iclasında təklif edib. Deputatlar Sahib
11:47 159 Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri
02.11.2026 465 Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
13:58 39 Şuşanın azad olunması Qarabağda separatizmin sonu oldu
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən əsas hədəf olaraq Şuşanın azad olunmasını müəyyən etmişdi. Buna görə də Azərbaycan Ordusunun bütün əməliyyatları məhz Şuşanı ələ keçirmək üçün zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-da Türkiyənin "A Haber"
02.11.2026 362 Azərbaycanda yüksək vəzifəli şəxs istefa verdi
Səhiyyə nazirinin müşaviri Elgün Nurulla oğlu Səmədov vəzifəsindən ayrılıb. Bu barədə -a məlumat daxil olub. Məlumata əsasən, o, ərizə yazaraq öz istəyi ilə işdən çıxıb. Xatırladaq ki, 3 sentyabr 2025-ci ildə sabiq səhiyyə naziri Teymur Musayevin imzaladığı müvafiq əmrlə Elgün Səmədov Azərbaycan Respublikas
02.11.2026 388 Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": bunu dayandırmağın yolu
Android telefonları Wi-Fi şəbəkəsinə qoşulu olduqda belə mobil internet paketindən istifadə edə bilər. Bunun səbəbi telefonun bəzi gizli parametrlərinin mobil şəbəkə ilə əlaqəni aktiv saxlamasıdır. xarici mediaya istinadla xəbər verir ki, bütün ay ərzində evdə Wi-Fi-yə qoşulu olmasına baxmayaraq, təxminə
02.11.2026 359