Qızını 37 manata görə döyüb, hamilə arvadını öldürən şəxsin cəzası AÇIQLANDI
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla adam öldürməkdə və döyməkdə təqsirləndirilən Vüqar Nemətova hökm oxunub.
"Qafqazinfo"nun məlumatına görə, 1994-cü il təvəllüdlü V.Nemətova Cinayət Məcəlləsinin 66.3-cü maddəsi ilə 19 il həbs cəzası verilib.
Hadisə ötən il oktyabrında, axşam saatlarında ailənin yaşadığı ünvanda qeydə alınıb. Araşdırmalar zamanı məlum olub ki, həmin gün təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olarkən 2015-ci il təvəllüdlü qızını dəmir boru ilə döyüb. Həyat yoldaşı Səidə Nemətova qızını döyməməsi üçün V. Nemətovu sakitləşdirməyə çalışarkən Vüqar dəmir parçası ilə qadını döyərək öldürüb.
Müəyyən edilib ki, Vüqar işdən evə gələn zaman evlərinin yaxınlığında yerləşən marketlərdən birində kassir işləyən qadın əməkdaş ona azyaşlı qızının iki gün əvvəl mağazadan çörək alan zaman 37 manatlıq oğurluq etdiyini deyib. O, kamera görüntülərinə baxdıqdan sonra evə gəlib.
Bu haqda qızından soruşanda uşaq olanları etiraf edərək, "Ata, mən şokolad, qələm, dəftər, karandaş" götürmüşəm", - deyib. Bundan sonra Vüqar yaxınlıqda yaşayan xalası oğlugilə gedərək ondan borc istəyib. Lakin müsbət cavab ala bilməyərək yenidən mağazaya qayıdıb. Orada noyabrda maaş alacağını və qızının borcunu qaytaracağını desə də, təklifi qəbul edilməyib. Bundan sonra ata yenidən evə gedərək qanlı hadisəni törədib.
Məhkəmədə təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadə verməkdən imtina edib.
Qeyd edək ki, 11 ildir ailəli olan Səidə Nemətova 26 həftəlik hamilə imiş.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1416 Tarix: 20 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖtən gün Azərbaycanda narkotiklərlə bağlı 37 fakt aşkarlanıb
Ötən gün Azərbaycanda narkotiklərlə əlaqədar 37 fakt aşkarlanıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, avqustun 14-də qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib
15.08.2026 210 Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb
Bu ilin yanvar-iyul aylarında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmi-bərələri ilə ümumilikdə 623 min 682 ton TIR və avtotexnika daşınıb. "Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58 min 458 ton və ya 10 % çoxdur
15.08.2026 172 Livan mediası: İsrailin aviazərbəsi nəticəsində ölkənin cənubunda altı nəfər həlak olub
İsrail Müdafiə Ordusunun Livanın cənubuna endirdiyi zərbələr nəticəsində altı nəfər həlak olub. "Report" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə Livanın xəbər portalları məlumat yayıb. Zərbə "Hizbullah" qruplaşmasının infrastruktur obyektlərin
15.08.2026 190 Ötən gün vətəndaşlardan qanunsuz saxlanılan 7 silah götürülüb
Dünən vətəndaşlar tərəfindən qanunsuz saxlanılan bir avtomat silahı, altı tüfəng, iki patron darağı və 56 ədəd müxtəlif çaplı patron aşkar edilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Qeyd edilib ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməs
15.08.2026 203 Pensiyalar neçə faiz artacaq? - Minimum RƏQƏM BƏLLİ OLDU
Rəsmi hesabata görə, yanvar-iyun aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin ilk yarısı ilə müqayisədə 7 faiz artıb. Bu rəqəm həm də pensiyada mümkün artımın anonsudur. Ölkədə pensiyalar hər il yanvarın 1-də orta aylıq maaşın illik artım tempinə uyğun indeksləşdirilir
00:11 218 XƏBƏRDARLIQ! Ayrı-ayrı yerlərdə leysan xarakterli YAĞIŞ YAĞACAQ - PROQNOZ
Yaxın iki gün ərzində - avqustun 15-i və 16-da Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun 29-32 dərəcə isti olacağı gözlənilir. Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyini
15.08.2026 212 Dəbdəbəli toylardan imtina edək!
Azərbaycanda toy mövsümünün ən çox müzakirə olunan məsələlərindən biri də şadlıq saraylarında boş yer tapmaqdır. Xüsusilə Bakıda bəzi restoranlarda uyğun tarix üçün aylar əvvəldən müraciət etmək lazım gəlir. Hətta toy etmək istəyənlərin məkanı 5-6 ay əvvəldən "bron" etməli olduğu bildirilir
00:15 225 Bakıda iş rejimi ONLAYN OLA BİLƏR - Avqustun 15-dən...
Bakıda Yaşıl və Qırmızı metro xətlərinin ayrılması ilə bağlı aparılan işlər şəhərin mərkəzi hissəsində fəaliyyət göstərən şirkət və ofislərin iş rejiminə də təsir göstərə bilər. Referans Media xəbər verir ki, Bakı Metropoliteninin Yaşıl və Qırmızı xətlərinin ayrılması layihəsi çərçivəsində müəyyən müddə
00:38 289 Rusiya ordusu Ukraynada yaşayış məntəqəsini nəzarətə götürüb
Ötən sutka ərzində Rusiya Silahlı Qüvvələri Zaporojye vilayətinin Rıbalskoye yaşayış məntəqəsi üzərində tam nəzarəti ələ keçirib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilib
11:00 84