Almaniyalı alim: "Ermənilər Xocalı soyqırımına görə tarix qarşısında cavab verməli olacaqlar"

Almaniyalı alim: "Ermənilər Xocalı soyqırımına görə tarix qarşısında cavab verməli olacaqlar""Bütün dünya ictimaiyyəti Xocalıda baş verən hadisələri ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı kimi tanımalıdır. Fikrimcə, Xocalı soyqırımı dünyanın heç bir faciəsi ilə müqayisə oluna bilməz. Çünki bu hadisə erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib. Əminəm ki, dünya bunu nə vaxtsa başa düşəcək və öz ədalətli qərarını verəcək".

"Report"un xəbərinə görə, bu fikirləri Almaniyanın tanınmış elm xadimi, Maqdeburq şəhər Bazar İqtisadiyyatı İnstitutunun rəhbəri Rolf Kunş müəllifi olduğu "Xocalı faciəsi" kitabının II hissəsində yazıb.

Müəllif bildirib ki, ermənilər insanlığa sığmayan bu cinayətkar hərəkətlərinə görə əvvəl-axır tarix qarşısında cavab verməli olacaqlar.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Alman Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Heydər Əliyev adına Dünya Boks Komitəsinin (WBCA) sədri Yaşar Niftəliyev Millinitsin təşkilatçılığı ilə 2022-ci ildə Berlində nəşr olunan kitabda XX əsrin sonlarında erməni silahlı birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc və silahsız sakinlərinin başına gətirilən soyqırımı hadisəsinin dəhşətlərindən bəhs edilib. Eyni zamanda kitabda ermənilərin mənşəyinə, Cənubi Qafqazda məskunlaşmasına, XVIII əsrin əvvəllərindən azərbaycanlıların başlarına gətirdikləri bəlalara və digər məsələlərə aydınlıq gətirilib.

"Tarixi faktlar və həqiqətlər", "Quba Kütləvi Məzarlığı", "Xocalı soyqırımı" bölümlərinə "Ermənilər kimdir?", "31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür", "Ermənilərin XX əsrdə Azərbaycan əhalisinə qarşı törətdikləri qətliam və qırğınlar barədə", "Ermənilər haqqında söylənilən müxtəlif rəylər, fikirlər", "Xocalı haqqında məlumat", "Nə üçün məhz Xocalı strateji hədəf seçilmişdi?", "Xocalı soyqırımında iştirak etmiş şəxslərin siyahısı", "Xocalı şəkillərin dili ilə", "Tarix unutmayacaqdır" sərlövhəli məqalələr daxil edilib.

Kitabda ermənilərin 1905-1906, 1915-1920, 1991-1994-cü illərdə Azərbaycanın müxtəlif bölgələrində və Qərbi Azərbaycanda sülhsevər və qonaqpərvər azərbaycanlılara qarşı xüsusi amansızlıqla törətdiyi qırğınlar, qətliamlar, soyqırımlar, deportasiyalar və terror aktlarını əks etdirən məlumatlar və fotomateriallar, o cümlədən ermənilərin bu dəhşətli cinayətlərlə bağlı yazdıqları fikirlər və çəkdikləri fotoşəkillər də yer alıb: "Vaxtilə ermənilər bu fotoları qürrələnmək üçün cəkib paylaşıblar. "Amma düşünməyiblər ki, bu barədə yazdıqları və paylaşdıqları şəkillər həm də özlərini ifşa edib, onların kim olduqlarını dünyaya tanıdacaq".

Alim etiraf edib ki, gənclik illərində mətbuatda erməni yalanları ilə bağlı yazılara əhəmiyyət verməyib. Lakin zaman keçdikcə müxtəlif millətlərdən olan məşhur şəxslərin ermənilər barədə fikirlərini oxuduqdan sonra bunun qərəz olmadığını başa düşüb. Xocalı faciəsi barədə KİV-lərdən məlumat alması isə ermənilərin kimliyini araşdırması və 2012-ci ildə "Xocalı faciəsi" kitabının ərsəyə gəlməsi ilə nəticələnib. Lakin bu hadisənin üzərindən 9 il keçdikdən sonra ermənilər barədə daha çox məlumat əldə etdiyi üçün kitabın ikinci hissəsini yazmağı qərara alıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 735   Tarix: 24 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

02.11.2026 522
.

ZƏFƏR GÜNÜ: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ, ŞUŞANIN AZADLIĞI VƏ YENİ DÖVLƏTÇİLİK MƏRHƏLƏSİ

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycanın yalnız ərazi bütövlüyünü bərpa etmədi, həm də ölkənin siyasi, hərbi və geosiyasi reallıqlarını dəyişdirdi. Şuşanın azadlığı isə bu Zəfərin milli-mənəvi mahiyyətini və tarixi əhəmiyyətini müəyyənləşdirən əsas hadisəyə çevrildi. Azərbayca

02.11.2026 273
.

"Arsenal" 14 ildən sonra ilk dəfə "Enfild"də qələbə qazandı

İngiltərə çempionu "Arsenal" 14 ildən sonra ilk dəfə Premyer Liqa oyununda "Enfild" stadionunda "Liverpul"u məğlub edib. -ın xəbərinə görə, İngiltərə Premyer Liqasının doqquzuncu turunda "Arsenal" alman hücumçu Kay Havertsin qolu sayəsində "Liverpul"

02.11.2026 309
.

Sabah Hövsan-Türkan yolunun bu hissəsi bağlı olacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində 3 noyabr saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məluma

02.11.2026 358
.

Türkiyədə onkoloji xəstələrə saxta dərman satan şəbəkə ifşa edildi

Türkiyədə istifadə müddəti bitmiş onkoloji dərmanların qablaşdırmasını dəyişdirərək onları ölkə daxilində və xaricdə satışa çıxaran şəbəkəyə qarşı eyni vaxtda 11 bölgədə genişmiqyaslı əməliyyat keçirilib. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürle

02.11.2026 315
.

Ürək və beyin üçün ən faydalı çərəz

Qoz ürək, beyin və bağırsaq sağlamlığını dəstəkləyən faydalı qida məhsullarından biri hesab olunur. Üç diyetoloqun fikrincə, onun əsas üstünlüklərindən biri digər ağac çərəzləri ilə müqayisədə daha çox omeqa-3 yağ turşusu ehtiva etməsidir. xəbər verir ki, bu barədə "Real Simple" nəşri məluma

02.11.2026 309
.

Azərbaycanın gözü - Şuşa

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cüil tarixli Sərəncamına əsasən ölkədə hər il 8 noyabr Şuşa şəhəri günü olaraq qeyd olunur. Rəşadətli Azərbaycan Ordusunun Şuşa şəhərinin işğaldan azad etməsindən altı il ötür. Şuşa şəhəri 1992-ci il 8 may tarixində ermənilər tərəfində

02.11.2026 261
.

Avropada etimad böhranı: Siyasi sistem ciddi sınaq qarşısında

"Bu gün Avropada baş verən proseslər göstərir ki, qitə ciddi siyasi və sosial sınaq qarşısındadır. Polşada hakimiyyət qolları arasında kəskin qarşıdurma, Fransada kütləvi etirazlar, Almaniyada artan sosial narazılıqlar təsadüfi hadisələr deyil. Bunlar bütövlükdə Avropanın mövcud idarəçilik modelind

02.11.2026 277
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

02.11.2026 294
.