ÜST-dən yeni xəstəlik xəbərdarlığı - Azərbaycana yenə təhlükə var?

ÜST-dən yeni xəstəlik xəbərdarlığı - Azərbaycana yenə təhlükə var?Mərdan Əliyev: "Təbii yoluxucu xəstəlikdir, Azərbaycana da gələ bilər.."
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023 və 2024-cü illərdə tropik xəstəlikləri olan xəstələrin sayının artmasından dolayı hazırlıq üçün fəaliyyətə başlayıb. "Reuters"in məlumatına görə, ÜST rəhbəri Tedros Adanom Qebreyesus bu xüsusda bildirib ki, Dang qızdırması, Zika virusu infeksiyası və çikunquniyaya yoluxma hallarının artması gözlənilir. Bütün bu xəstəliklər insanlara ağcaqanad dişləməsi ilə keçir.

"Son onilliklərdə bütün dünyada, xüsusən də keçən il 2,8 milyon belə yoluxma və 1280 ölüm halının qeydə alındığı Amerikada Dang epidemiyasına yoluxma halları kəskin şəkildə artıb", - deyə ÜST başçısı bildirib.

Bəs bu nə xəstəliklərdir belə? Azərbaycan üçün də təhlükə varmı?

İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı "Yeni Müsavat"a dedi ki, dünyada yüzlərlə virus var: "Bu virusların bəziləri çox təhlükəlidir, bəziləri çox ciddi sayılmır. Bunların bir çoxu endemik xarakter daşıyır. Xüsusən endemik virusların içində çox təhlükəli viruslar var. Bu adıçəkilən viruslar da təhlükəli viruslar sayılır, bunlar da endemik viruslardır. Bunlar hemoradik qızdırmalar qrupuna daxil olan, bu xəstəliyi törədən viruslardır. Əsasən ekvatora yaxın ölkələrdə, Afrikada, Amerikada, Cənub hissələrdə daha çoxdur. Bu viruslar əsasən ağcaqanad vasitəsilə yoluxur, ağcaqanadların ağız suyunda olur, insanı dişləyərkən dərisinə, oradan qanına daxil olur. Beləliklə də xəstəlik törədir. Xəstəlik güclü qızdırma, bütün bədəndə ağrı, qansızmalar, dəri səpkiləri olur. Bunların bəziləri daha öldürücüdür, bəziləri daha az. Bunların içərisində Dang qızdırması daha yüngül olan bir tipdir, amma ölüm halları da müşahidə edilə bilir".

Ekspert bu virusun bizim ölkəyə gəlmə ehtimalından da danışıb: "Bu günə qədər ölkəmizdə bu viruslar müşahidə edilməyib. Amma nəzəri cəhətdən təbii yoluxucu xəstəlikdir, gələ bilər. Bu xəstəliklərin coğrafi miqyası az ölkədə müşahidə edilirdi. İndi daha çox ölkədə müşahidə edilir. Bunun səbəbi təbii ki, insanların artması, miqrasiyanın çoxalması, gediş-gəlişin çox olması və dünyanın bir-birinə inteqrasiya etməsi yoluxucu xəstəliklərin artmasına səbəb olur. Get-gedə yoluxucu xəstəliklər mövzusunu daha aktual edir". (musavat.com)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 878   Tarix: 24 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

02.11.2026 522
.

ZƏFƏR GÜNÜ: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ, ŞUŞANIN AZADLIĞI VƏ YENİ DÖVLƏTÇİLİK MƏRHƏLƏSİ

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycanın yalnız ərazi bütövlüyünü bərpa etmədi, həm də ölkənin siyasi, hərbi və geosiyasi reallıqlarını dəyişdirdi. Şuşanın azadlığı isə bu Zəfərin milli-mənəvi mahiyyətini və tarixi əhəmiyyətini müəyyənləşdirən əsas hadisəyə çevrildi. Azərbayca

02.11.2026 273
.

"Arsenal" 14 ildən sonra ilk dəfə "Enfild"də qələbə qazandı

İngiltərə çempionu "Arsenal" 14 ildən sonra ilk dəfə Premyer Liqa oyununda "Enfild" stadionunda "Liverpul"u məğlub edib. -ın xəbərinə görə, İngiltərə Premyer Liqasının doqquzuncu turunda "Arsenal" alman hücumçu Kay Havertsin qolu sayəsində "Liverpul"

02.11.2026 309
.

Sabah Hövsan-Türkan yolunun bu hissəsi bağlı olacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində 3 noyabr saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məluma

02.11.2026 358
.

Türkiyədə onkoloji xəstələrə saxta dərman satan şəbəkə ifşa edildi

Türkiyədə istifadə müddəti bitmiş onkoloji dərmanların qablaşdırmasını dəyişdirərək onları ölkə daxilində və xaricdə satışa çıxaran şəbəkəyə qarşı eyni vaxtda 11 bölgədə genişmiqyaslı əməliyyat keçirilib. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürle

02.11.2026 315
.

Ürək və beyin üçün ən faydalı çərəz

Qoz ürək, beyin və bağırsaq sağlamlığını dəstəkləyən faydalı qida məhsullarından biri hesab olunur. Üç diyetoloqun fikrincə, onun əsas üstünlüklərindən biri digər ağac çərəzləri ilə müqayisədə daha çox omeqa-3 yağ turşusu ehtiva etməsidir. xəbər verir ki, bu barədə "Real Simple" nəşri məluma

02.11.2026 309
.

Azərbaycanın gözü - Şuşa

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cüil tarixli Sərəncamına əsasən ölkədə hər il 8 noyabr Şuşa şəhəri günü olaraq qeyd olunur. Rəşadətli Azərbaycan Ordusunun Şuşa şəhərinin işğaldan azad etməsindən altı il ötür. Şuşa şəhəri 1992-ci il 8 may tarixində ermənilər tərəfində

02.11.2026 261
.

Avropada etimad böhranı: Siyasi sistem ciddi sınaq qarşısında

"Bu gün Avropada baş verən proseslər göstərir ki, qitə ciddi siyasi və sosial sınaq qarşısındadır. Polşada hakimiyyət qolları arasında kəskin qarşıdurma, Fransada kütləvi etirazlar, Almaniyada artan sosial narazılıqlar təsadüfi hadisələr deyil. Bunlar bütövlükdə Avropanın mövcud idarəçilik modelind

02.11.2026 277
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

02.11.2026 294
.