Elm və Təhsil Nazirliyində intiharların qarşısının alınması ilə bağlı məsələ müzakirə olunub
Elm və Təhsil Nazirliyində intihar, eləcə də intihara cəhd hadisələrinin baş verməsinin minimuma endirilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə dair qurumlararası İşçi Qrupunun iclası keçirilib.
"Report" xəbər verir ki, iclas görülmüş tədbirlər və gələcək fəaliyyətlərin müzakirəsinə həsr olunub.
Giriş nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, müasir cəmiyyətin problemlərindən biri də intiharlardır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, dünya üzrə 20 faiz intiharlar xüsusilə yeniyetmə və gənc yaşda olan şəxslərdə müşahidə edilir.
Bildirilib ki, intihar hadisələrinin baş verməsi minimuma endirilməklə qabaqlayıcı və digər zəruri tədbirlərin görülməsi məqsədilə Baş Prokurorluqda müvafiq dövlət qurumları və təşkilat nümayəndələrinin iştirakı ilə konfrans keçirilib.
Tədbirin yekununda adıçəkilən sahə üzrə dövlət orqanları, təhsil müəssisələri, qeyri-hökumət təşkilatları və digər müvafiq qurumların səy və imkanlarının birləşdirilməsinin zəruriliyi nəzərə alınaraq gələcəkdə birgə fəaliyyətlərin təmin edilməsi məqsədilə dövlət qurumları və təşkilat nümayəndələrindən ibarət tərkibdə İşçi Qrupu yaradılıb.
Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq Fəaliyyət Planına uyğun görülmüş işlər barədə də məlumat verən Firudin Qurbanov bildirib ki, ümumi təhsil müəssisələrində psixoloqların iştirakı ilə şagirdlərlə mütəmadi maarifləndirici görüşlər keçirilib.
Bununla yanaşı, bir sıra problemlərlə üzləşən şagird, tələbə və valideynlərlə praktik söhbətlərin aparılması, şagirdlərin məktəbdə, ailədaxili və ailədənkənar davranışlarını nəzarətdə saxlamaqla onların ictimai faydalı əməyə, mədəni-kütləvi tədbirlərə, zərərli vərdişlərin yaddan çıxarılmasına kömək edən iş və məşğuliyyətlərə cəlb edilməsi istiqamətində məqsədyönlü işlər aparılıb.
Keçirilmiş tədbir və görüşlərdə valideynlər, psixoloqlar, həkimlər və müvafiq icra hakimiyyəti orqanlarının məlumat, həmçinin tövsiyələri dinlənilib, fikir mübadiləsi aparılıb.
Firudin Qurbanov "Məktəblinin dostu" layihəsinin psixoloqları tərəfindən aparılan tədqiqat işlərini də iclas iştirakçılarının diqqətinə çatdırıb.
Elm və Təhsil Nazirliyinin Ümumi Təhsilin Təşkili və İdarəolunması Şöbəsinin müdir müavini Orxan Abbasov ötən tədris ilində təhsil müəssisələrində görülən işlərlə bağlı hesabatla çıxış edib. Orxan Abbasov bildirib ki, məktəblərdə baş verən xüsusi hallarla bağlı nazirliyə operativ şəkildə məlumat verilir.
Daha sonra Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin prokuroru Nail Əliyev, "Polisə Dəstək İctimai Birliyi" Qeyri-hökumət Təşkilatının sədri Şəmsəddin Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Samir Yoldaşov məruzələrlə çıxış ediblər.
Çıxışlardan sonra fikir mübadiləsi aparılıb və təkliflər səsləndirilib.
Müzakirələr zamanı islamda intihara baxış, məişət zorakılığı, dövlət məmurlarının vəzifələri, hüquqi problemlərin həlli istiqamətində atılan addımlar və digər mövzulara dair təkliflərin müvafiq dövlət strukturlarına göndərilməsi qərara alınıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 644 Tarix: 25 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyədə onkoloji xəstələrə saxta dərman satan şəbəkə ifşa edildi
Türkiyədə istifadə müddəti bitmiş onkoloji dərmanların qablaşdırmasını dəyişdirərək onları ölkə daxilində və xaricdə satışa çıxaran şəbəkəyə qarşı eyni vaxtda 11 bölgədə genişmiqyaslı əməliyyat keçirilib. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürle
02.11.2026 193 "Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
02.11.2026 196 100 min qəzetdən tikilən ev bir əsrdən çoxdur ayaqdadır
ABŞ-da mühəndis tərəfindən təxminən 100 il əvvəl tikilmiş qeyri-adi ev bu gün də qorunub saxlanılır. Tikintidə təxminən 100 min köhnə qəzetdən istifadə olunan bina həm memarlığı, həm də kağızdan hazırlanmış interyer əşyaları ilə diqqət çəkir. Qaynarinfo xəbər verir ki, bu barədə "Gry-online"
02.11.2026 159 Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin, milli iradəsinin və dövlət suverenliyinin təntənəsi
Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil, bütöv bir xalqın taleyini, milli yaddaşını, mübarizə əzmini və gələcəyə baxışını özündə birləşdirir. 8 Noyabr - Zəfər Günü və 15 İyun - Şuşa Şəhəri Günü də məhz belə tarixi hadisələrin rəmzinə çevrilib
02.11.2026 237 Rusiyanın TDT-də iştirakı hansı riskləri yarada bilər?
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən sammitində Rusiyaya təşkilatda müşahidəçi statusunun verilməsini təklif edib. Qazaxıstan lideri təşkilatın nüfuzunun artırılması məqsədilə Rusiyanın bu istiqamətdəki niyyətinə müsbət yanaşmağın, Moskvay
02.11.2026 228 Şuşa Azərbaycan əsgərinin vətən sevgisidir
Şuşa təkcə təbiətin yaratdığı gözəlliyin ünvanı deyil, həm də müqəddəs hisslərimizin, ən ülvi arzularımızın, Azərbaycan əsgərinin qəhrəmanlığının, vətən sevgisinin ünvanıdır. 30 ilə yaxın idi ki, sinəmizdə Şuşa boyda bir dərd böyüdürdük.2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Şuşanın işğalda
02.11.2026 260 Sabah Hövsan-Türkan yolunun bu hissəsi bağlı olacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində 3 noyabr saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məluma
02.11.2026 242 Türkiyədə güclü zəlzələ: Böyük şəhərlər silkələndi
Türkiyənin Aralıq dənizi sahillərində 5.1 maqnitudalı zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanlar yerli vaxtla saat 19:49-da (Bakı vaxtı ilə saat 20:49-da) baş verib. Zəlzələnin İstanbul da daxil olmaqla
02.11.2026 180 Zəfər Günü və Şuşa - Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ, milli iradənin və tarixi ədalətin təntənəsi
Azərbaycanın müasir tarixində Zəfər Günü və Şuşanın azad olunması təkcə hərbi qələbə kimi deyil, dövlətçilik tariximizin, milli özünüdərkin və geosiyasi mövqeyimizin dəyişməsinə səbəb olan fundamental hadisələr kimi qiymətləndirilməlidir. Bu tarixi hadisələr Azərbaycan xalqının onilliklər ərzində daşıdığ
02.11.2026 263