"Titan" faciəsində ölənlərin cəsədlərinin tapılma şansı var?

"Titan" faciəsində ölənlərin cəsədlərinin tapılma şansı var?Xəbər verdiyimiz kimi, Atlantik okeanın dərinliklərində olan "Titanik"in qalıqlarını görməyə aparan "Titan" sualtı gəmisində 5 ekipaj üzvü həlak olub.

Axşam.az xəbər verir ki, onların ölümü rəsmi təsdiqlənəndən sonra cəsədlərinin tapılıb-tapılmayacağı ilə bağlı suallar maraq oyadıb.

Florida Beynəlxalq Universitetinin tibb eksperti Eylin Marti həlak olnaların cəsədlərinin tapılmasını çətin hesab etdiyini bildirib. Sauthempton Universitetinin professoru Blair Thornton "Titan"da təzyiqindən baş verən partlayışının gücünü Eyfel qülləsinin onun üzərinə düşməsi kimi müqayisə edib.

"CNN"nə açıqlama verən Eylin hadisənin millisaniyə ərzində baş verdiyini deyib:

"Hadisə çox guman ki, içəridəki insanlar problem olduğunu başa düşmədən olub. Bu səbəbdən sualtı gəmidəki sərnişinləri ağrısız ölüblər".

London İmperial Kollecinin professoru Roderik Smit bildirib ki, batiskafın karbon lifinin parçaları tapılarsa, sualtı nəqliyyat vasitəsi ilə baş verənlərin səbəblərini anlamaq daha asan olar:

"Karbon lifi daxili struktur qüsurlarının təsiri altında parçalanır. Karbon lifi və titan arasındakı artikulyasiyalar çox diqqətli araşdırma tələb edir. Partlayış o qədər güclü baş vermiş ola bilər ki, hadisələrin ardıcıllığını müəyyən etməkdə çətinlik yaradar".

ABŞ Sahil Mühafizəsi rəhbərliyindən cəsədlərin tapılıb-tapılmayacağı ilə bağlı sualı isə belə cavablayıblar:

"Dənizin dibi kəşfiyyat üçün son dərəcə əlverişsizdir. Tapılan fraqmentlər sualtı qayığın partladığını göstərir. Biz ərazidə axtarışları davam etdirəcəyik, lakin cəsədlərin tapılmasının mümkün olması ilə bağlı suala cavabımız yoxdur".

"Sub-Merge" özəl sualtı şirkətinin həmtəsisçisi Ofer Ketter "New York Post" isə partlayışla bağlı bu fikirləri səsləndirib:

"Sərnişinlərin oturduğu kamera təzyiqə tab gətirə bilməyib, partlayıb və toza çevrilib. Bu, onun hazırlandığı materialdan qaynaqlanır. Batiskafın yalnız titandan və ya digər etibarlı materiallardan hazırlanmış hissələri toxunulmaz qalıb. Biz isə artıq onların hamısını tapmışıq".

"OceanGate Expeditions"in həmtəsisçisi Guillermo Sonlein şirkətin hadisə fonunda təhlükəsizliklə bağlı qaydalara nə dərəcədə riayət etməsi ilə bağlı suallara aydınlıq gətirib:

"Dərin dəniz nəqliyyatı vasitələri üçün təhlükəsizlik qaydaları o qədər də çox deyil və onların əksəriyyəti köhnəlib. Növbəti bir neçə gün, həftələr, bəlkə də aylar ərzində toplanacaq məlumatlar əsasında ekspertlər qərar verəcək. Orada nə baş verdiyini dəqiq bilməyimiz uzun müddət çəkəcək".

Qeyd edək ki, "Titanik"i görməyə gedənlər britaniyalı milyarder və kəşfiyyatçı Hamiş Hardinq, "OceanGate Expeditions" şirkətinin direktoru Stokton Raş, fransız akvanavtı Pol-Anri Narjolais, pakistanlı iş adamı 48 yaşlı Şahzadə Davur və 19 yaşlı oğlu idi. Ötən gün bütün heyətin öldüyü təsdiqlənib. Hadisənin baş verməsinə səbəb suyun təzyiqindən sualtı qayıqda içəriyə doğru partlayışın baş verməsi olub. Ekipajın "Titanik"dən 487 metr aralıqda öldüyü bildirilib.

2021-ci ildən bəri "OceanGate Expeditions" ümumilikdə 60-a yaxın turist və 20 tədqiqatçını "Titanik"in batdığı əraziyə aparıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 821   Tarix: 25 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyədə onkoloji xəstələrə saxta dərman satan şəbəkə ifşa edildi

Türkiyədə istifadə müddəti bitmiş onkoloji dərmanların qablaşdırmasını dəyişdirərək onları ölkə daxilində və xaricdə satışa çıxaran şəbəkəyə qarşı eyni vaxtda 11 bölgədə genişmiqyaslı əməliyyat keçirilib. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürle

02.11.2026 193
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

02.11.2026 196
.

100 min qəzetdən tikilən ev bir əsrdən çoxdur ayaqdadır

ABŞ-da mühəndis tərəfindən təxminən 100 il əvvəl tikilmiş qeyri-adi ev bu gün də qorunub saxlanılır. Tikintidə təxminən 100 min köhnə qəzetdən istifadə olunan bina həm memarlığı, həm də kağızdan hazırlanmış interyer əşyaları ilə diqqət çəkir. Qaynarinfo xəbər verir ki, bu barədə "Gry-online"

02.11.2026 159
.

Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin, milli iradəsinin və dövlət suverenliyinin təntənəsi

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil, bütöv bir xalqın taleyini, milli yaddaşını, mübarizə əzmini və gələcəyə baxışını özündə birləşdirir. 8 Noyabr - Zəfər Günü və 15 İyun - Şuşa Şəhəri Günü də məhz belə tarixi hadisələrin rəmzinə çevrilib

02.11.2026 237
.

Rusiyanın TDT-də iştirakı hansı riskləri yarada bilər?

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən sammitində Rusiyaya təşkilatda müşahidəçi statusunun verilməsini təklif edib. Qazaxıstan lideri təşkilatın nüfuzunun artırılması məqsədilə Rusiyanın bu istiqamətdəki niyyətinə müsbət yanaşmağın, Moskvay

02.11.2026 228
.

Şuşa Azərbaycan əsgərinin vətən sevgisidir

Şuşa təkcə təbiətin yaratdığı gözəlliyin ünvanı deyil, həm də müqəddəs hisslərimizin, ən ülvi arzularımızın, Azərbaycan əsgərinin qəhrəmanlığının, vətən sevgisinin ünvanıdır. 30 ilə yaxın idi ki, sinəmizdə Şuşa boyda bir dərd böyüdürdük.2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Şuşanın işğalda

02.11.2026 260
.

Sabah Hövsan-Türkan yolunun bu hissəsi bağlı olacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində 3 noyabr saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məluma

02.11.2026 242
.

Türkiyədə güclü zəlzələ: Böyük şəhərlər silkələndi

Türkiyənin Aralıq dənizi sahillərində 5.1 maqnitudalı zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanlar yerli vaxtla saat 19:49-da (Bakı vaxtı ilə saat 20:49-da) baş verib. Zəlzələnin İstanbul da daxil olmaqla

02.11.2026 180
.

Zəfər Günü və Şuşa - Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ, milli iradənin və tarixi ədalətin təntənəsi

Azərbaycanın müasir tarixində Zəfər Günü və Şuşanın azad olunması təkcə hərbi qələbə kimi deyil, dövlətçilik tariximizin, milli özünüdərkin və geosiyasi mövqeyimizin dəyişməsinə səbəb olan fundamental hadisələr kimi qiymətləndirilməlidir. Bu tarixi hadisələr Azərbaycan xalqının onilliklər ərzində daşıdığ

02.11.2026 263
.