Rəşad Məciddən Seyidcahan açıqlaması: "Yüksək qiymətləndirirəm"
"Elza Seyidcahanın Yazıçılar Birliyinə üzv olması Azərbaycan mədəniyyətinə xələl gətirmir" Bunu "525-ci qəzet"in baş redaktoru, Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin sədri Rəşad Məcid Bakupost.az -a açıqlamasında deyib. Rəşad Məcid qeyd edib ki, Elza Seyidcahan fitrətən istedadlı bir insandır. Onun şeirləri bir az gülüşlə və qeyri-adi qarşılanır. Bunu da Elza Seyidcahan qəsdən, bilərəkdən, məhz diqqəti cəlb etmək üçün edir:
"Mən şəxsən Elza Seyidcahanı yüksək qiymətləndirirəm. Onun fərqliliyə can atması və orijinal görünməsinə təbii baxıram. Öz sözünü demiş, ciddi şəxslərin bu məsələyə çox soyuqqanlı münasibəti məni qane etdi. Elza xanım şeirlərində fərqli ifadələrdən istifadə edir. Bəzən o ifadələr insanlara çox təəccüblü gəlir, gülüş doğurur, heyrət və aqressiya yaradır. Demək olmaz ki, Elza Seyidcahan mütaliəsizdir. O, Azərbaycan ədəbiyyatına bələddir. Bir dəfə hətta Nəsiminin elə bir qəzəlindən misal çəkdi ki, ictimaiyyət xeyli dərəcədə heyrətləndi".
R.Məcidin sözlərinə görə, Yazıçılar Birliyinin 2000-dən çox üzvü arasında Elza Seyidcahanın olması heç də təəccüblü deyil:
"Elza Seyidcahan artıq uzun illərdir Yazıçılar Birliyi ilə əməkdaşlıq edir. Yazıçılar Birliyinin Azərbaycanda və digər ölkələrdə keçirilən müxtəlif tədbirlərində çıxışları olub. Elza Seyidcahan təxminən iki-üç il əvvəl Yazılar Birliyinə üzv olmaq arzusunu dilə gətirib. Onun bir kitabı da var. Kitab təqdimatında xeyli nüfuzli insanlar iştirak etmişdi. Məsələn, onun "Əşyalarım" adlı şeirini mən maraqla oxumuşam və dinləmişəm. Bu mənada onun arzusu Yazıçılar Birliyində müzakirə olundu. Bəzi katiblər onun üzv olmağının əleyhinə idilər. Amma ümumi rəy belə oldu və katibliyin qərarı ilə biz Elza Seyidcahanı üzvlüyə qəbul etməyi məqbul saydıq. Elza Seyidcahanın AYB-ə üzv olmasında təhlükəli və qorxulu bir şey yoxdur".
Rəşad Məcid bu məsələyəı sərt reaksiya verən sosial şəbəkə istifadəçilərinə bir az təmkinli olmağı arzulayıb:
"Sosial şəbəkədə belə böyük bir ajiotajın və aqressiyanın olmasını çox təəccüblə qarşıladım. Yazıçılar Birliyinin 2000-dən çox üzvü var. Elza Seyidcahanın Yazıçılar Birliyinin üzvü olmasına niyə bu cür reaksiya verdilər, çox maraqlıdır. Belə baxıram ki, hamı emosional tərzdə münasibət bildirdi. Bu, ümumiyyətlə, sosial şəbəkələrin mahiyyəti barədə düşünməyə vadar edir. İctimaiyyət belə adi, cılız mövzulara yer ayırmaqdansa, daha ciddi məsələlər ətrafında müzakirələr aparmalıdır. Həmçinin, Baba Vəziroğlunun fikirlərini oxudum. Bəzi kəsimlər onun fikrini konteksdən çıxarırlar. Mirzə Ələkbər Sabir ilə Elza xanımı müqayisə etmək əlbəttə, bir az yersizdir. Amma Baba Vəziroğlunun fikrinin mahiyyəti onları müqayisə etmək deyildi. Şübhəsiz ki, Sabir Azərbaycanın böyük klassik şairidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 750 Tarix: 06 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCənubi Koreyada bir gündə 11 diş implantı qoyulan 75 yaşlı qadın öldü
Cənubi Koreyada eyni gündə 11 diş implantı qoyulan pasiyent ona vurulan anesteziya dozasının normanı aşması nəticəsində həyatını itirib. -a istinadən xəbər verir ki, Seulda çoxsaylı diş implantlarının qoyulması prosedurundan sonra dünyasını dəyişən 75 yaşlı qadının ölümü ilə bağlı araşdırma aparılır
15.08.2026 169 Ən çox ət, süd və yumurta istehsal edən rayonlar
Azərbaycanda heyvandarlıq məhsullarının istehsalı üzrə rayonların göstəriciləri açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə -ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, ət (diri çəkidə) istehsalında Siyəzən, süd istehsalında isə Ağcabədi həm 2025-ci ildə
14.08.2026 305 NASA-nın yayımında Krımla bağlı qalmaqallı xəritə
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) 12 avqustda Günəş tutulması ilə bağlı canlı yayımında Krım Rusiya ərazisi kimi göstərilib. BİG.AZ xəbər verir ki, TASS-ın məlumatına görə, bu barədə Krım Respublikası Dövlət Şurasının sədri Vladimir Konstantinov bildirib. Onun sözlərin
15.08.2026 204 Ötən gün Azərbaycanda narkotiklərlə bağlı 37 fakt aşkarlanıb
Ötən gün Azərbaycanda narkotiklərlə əlaqədar 37 fakt aşkarlanıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, avqustun 14-də qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib
15.08.2026 112 Şəhidin qəzada yaralanan qardaşı vəfat etdi
Vətən müharibəsi şəhidi, XTQ mənsubu Qəhrəman Nəsirovun qardaşı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, Q.Nəsirovun qardaşı, Rəsul Nəsirov Bakıda hərbi hospitalda dünyasını dəyişib. Qeyd edək ki, Rəsul da qardaşı kimi hərbçi olub. O, 2 il əvvə
15.08.2026 250 "Amay"da qətlə yetirilən iş adamının FOTOLARI
İyulun 30-da paytaxtın Xətai rayonunda yerləşən "Amay" Ticarət Mərkəzinin dayanacaq hissəsində "Seaside estate" şirkətinin rəhbəri 1991-ci il təvəllüdlü Orxan Yusubov qətlə yetirilib. BİG.AZ -a istinadən xəbər verir ki, mərhumun qardaşı Elcan Yusubov hadisəni törətməkdə təqsirləndirilə
15.08.2026 322 9 marşrutun hərəkəti dəyişdirildi
Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Axşam.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirili
15.08.2026 175 İmişlidə 10 kiloqram narkotik dövriyyədən çıxarılıb
İmişli rayonunda 10 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb. Bu barədə "Report"un Muğan bürosuna DİN mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Qeyd edilib ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsin
15.08.2026 151 Azərbaycan ABŞ-nin fiskal şəffaflıq tələblərinə cavab verir
Azərbaycan artıq ABŞ Dövlət Departamentinin fiskal şəffaflıq tələblərinə cavab verir. xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, bu, ABŞ Dövlət Departamentinin 2026-cı il Fiskal Şəffaflıq Hesabatında qeyd olunub: "Fiskal şəffaflıq etimadı artırır, hesabatlılığ
15.08.2026 142