Səfərbərlik Xidmətində korrupsiya faktları: Arzu Rəhimov həbs olunacaq?

Səfərbərlik Xidmətində korrupsiya faktları: Arzu Rəhimov həbs olunacaq?Bu ilin aprel ayında general-polkovnik Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edildi.

O, bu postda nə az, nə çox, düz 11il çalışdı. Arzu Rəhimovun yerinə elə həmin gün Mürsəl İbrahimov təyin olundu.

Qeyd edək ki, yeni rəis uzun müddət daxili işlər və təhlükəsizlik orqanlarında çalışıb.

Bəs, Arzu Rəhimovun Xidmətə rəhbərlik etdiyi dövr nə ilə yadda qaldı?

Tərəddüd etmədən demək olar ki, 11 il ərzində bu qurumun fəaliyyətində əvvəlki dövrlə müqayisədə hansısa müsbət dəyişikliklər nəzərə çarpmadı. Hətta sələfi Əliağa Hüseynovdan fərqli olaraq, Arzu Rəhimovun cəmiyyətə, mediaya daha qapalı adam olduğu üzə çıxdı. O, bu qapalılığını 11 il ərzində Xidmətin fəaliyyətinə də uğurla tətbiq edə bildi. Mediaya tamamilə qapalı olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, onun strukturlarında nələr baş verdiyindən çox zaman cəmiyyətin xəbəri olmadı. Amma buna baxmayaraq, mətbuatda tez-tez Arzu Rəhimovun fəaliyyəti tənqid olunur, Xidmətdə ciddi rüşvət və korrupsiya faktlarının olduğuna dair materiallar dərc olunurdu.

Artıq Arzu Rəhimovun vəzifəsindən uzaqlaşdırılmasından sonra onun dövründə Səfərbərlik Xidmətində baş verən qanunsuzluqlar gün işığına çıxmağa başlayıb.

Belə ki, bu günlərdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın, Xaçmaz və Cəlilabad şöbələrində əməliyyat keçirib.

Nəticədə Xaçmaz rayon şöbəsinin rəisi, polkovnik-leytenant Ağayev Rahim Əlifağa oğlu, Laçın hərbi komissarlığının müfəttişi Rəşad Rəşidli və Cəlilabad rayon hərbi komissarlığının müfəttişi Ramil Həsənov qanunsuz əməlləri ifşa olunduğuna görə həbs ediliblər. Sonuncu iki nəfərin barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ramil Həsənov və Rəşad Rəşidliyə qarşı Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsilə ittiham irəli sürülüb.

Onların işlədikləri tabe qurumların çağırış və hərbi-həkim komissiyalarının vəzifəli şəxslərinin qərarlarına təsir imkanlarından istifadə edərək, vətəndaşların hərbi xidmətə yararsız hesab edilməsinə nail olmaqla müxtəlif məbləğlərdə pul almalarına əsaslı şübhələr müəyyən edilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi Rahim Ağayevə gəlincə, onun çağırışçının sağlamlıq vəziyyətilə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan tələb etdiyi 8 min manat məbləğində pul vəsaitinin 5 min manatını rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda həbs olunan şəxslərin fəaliyyəti ilə bağlı araşdrımalar davam edir. Cinayətə aidiyyəti olan digər şəxlərin də saxlanılacağı istisna olunmur.

Bakupost.az -ın əldə etdiyi son məlumatlara görə isə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Xidmətin yerli və mərkəzi strukturlarında növbəti əməliyyatlar keçirəcəyi gözlənilir.

Bildirilir ki, ötən illər ərzində rayon şöbələrində rüşvət müqabilində saxta səndələr tərtib etməklə xeyli insan hərbi xidmətdən yayındırılıb. Həmçinin Xidmətə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsində də ciddi nöqsanlara yol verilib. Daha doğrusu, bu vəsaitlərin xeyli hissəsi Xidmətin keçmiş rəhbərliyi tərəfindən mənimsənilib.

Beləliklə, növbəti əməliyyatların daha səs-küylü olacağı, Xidmətin keçmiş rəisi Arzu Rəhimovun də fəaliyyətinin araşdırılacağı və hətta həbs olunacağı bildirilir./Qlobal.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3048   Tarix: 11 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Cövdətin qızı 1 yaşında - Fotolar

Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb

10:35 304
.

ZƏFƏR GÜNÜ - MİLLİ İRADƏNİN, TARİXİ ƏDALƏTİN VƏ AZƏRBAYCANÇILIQ RUHUNUN TƏNTƏNƏSİ

Azərbaycan xalqının çoxəsrlik tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, gələcək nəsillərin milli yaddaşına, dövlətçilik düşüncəsinə və tarixi kimliyinə də mühüm təsir göstərir. 8 Noyabr - Zəfər Günü və 15 İyun - Şuşa Şəhəri Günü xalqımızın taleyində bel

12:15 219
.

Dünyanın ən böyük kitabxanasında nə gizlənir? - 184 milyonluq xəzinə

Kitabxanalar haqqında danışarkən adətən ağlımıza minlərlə kitabın düzüldüyü rəflər gəlir. Lakin dünyanın ən böyük kitabxanası təsəvvür etdiyimizdən qat-qat fərqlidir. Burada milyonlarla kitabdan başqa, tarixin müxtəlif dövrlərinə aid nadir sənədlər və qiymətli arxiv materialları qorunur. Onların bəzilər

18:15 1
.

Zəfər Günü və Şuşa - Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ, milli iradənin və tarixi ədalətin təntənəsi

Azərbaycanın müasir tarixində Zəfər Günü və Şuşanın azad olunması təkcə hərbi qələbə kimi deyil, dövlətçilik tariximizin, milli özünüdərkin və geosiyasi mövqeyimizin dəyişməsinə səbəb olan fundamental hadisələr kimi qiymətləndirilməlidir. Bu tarixi hadisələr Azərbaycan xalqının onilliklər ərzində daşıdığ

14:56 192
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

12:34 274
.

Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama

"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin

01.11.2026 422
.

Şuşanın azad olunması Qarabağda separatizmin sonu oldu

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən əsas hədəf olaraq Şuşanın azad olunmasını müəyyən etmişdi. Buna görə də Azərbaycan Ordusunun bütün əməliyyatları məhz Şuşanı ələ keçirmək üçün zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-da Türkiyənin "A Haber"

14:58 188
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

15:33 223
.

Tramp: İranın şübhəli nüvə obyektinə zərbə endirilə bilər

ABŞ Prezidenti Donald Tramp Florida ştatındakı Mar-a-Laqo iqamətgahında jurnalistlərə açıqlamasında İranın Kolanq Qaz-La dağının altındakı şübhəli nüvə obyektinə zərbə endirilməsinin mümkün olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Amerika liderinin sözlərinə görə, AB

10:55 197
.