Niyamın restoranındakı hesab müştərini təəccübləndirdi - Foto
Müğənni Niyam Salaminin işlətdiyi, Novxanıda yerləşən "My Beach" istirahət mərkəzində alınan yüksək hesabın fotosu sosial şəbəkədə paylaşılaraq, müzakirələrə səbəb olub.
Axşam.az xəbər verir ki, məkanda ümumi hesabın 25 faizinin xidməthaqqı kimi tutulması tənqid edilib. Qəbzdə ödənilən hesabın ¼ hissəsi xidməthaqqı kimi tutulması əks olunub.
Belə ki, müştərinin sifarişi 191 manat məbləğində olub. Bu məbləğin üzərinə 47,75 manat xidməthaqqı əlavə edilib və ümumilikdə müştəridən 238,75 AZN hesab alınıb. Müştəri gələn hesabdan təəccüblənib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, əgər müştəriyə əvvəlcədən xidməthaqqı ilə bağlı məlumat verilməyibsə, restoranın bu tələbi qanunsuzdur:
"Biz dövlət orqanları qarşısında bununla bağlı dəfələrlə məsələ qaldırmışıq. Lakin dövlət orqanları deyir ki, bu, biznes qurumlarının öz ərazisidir və özləri necə istəyər, elə də edər. Çekə saldıqları üçün vergi verirlər, deyirlər ki, orada qanun pozuntusu yoxdur. İstehlakçı hüquqlarını qoruyan bizim təşkilat isə deyir ki, vergi vermək azdır. Bu istehlakçı hüquqlarının pozulmasıdır. İstehlakçı maraqlarına zidd hərəkətdir".
E. Hüseynovun sözlərinə görə, əvvəlcədən istehlakçıya bu barədə məlumat verilməlidir ki, o, istəmədiyi təqdirdə seçim edə bilsin.
Sözügedən restoranın administratoru Elvin Məmmədli bildirib ki, həmin qəbzdə qeyd olunan məbləğ həm də şou-proqramla bağlıdır:
"Bizdə həm menyuda, həmçinin instaqram və TikTok hesablarımızda xidmət faizi qeyd olunub. Əyləşən kimi də müştəriyə bu barədə məlumat verilir. Həm xidməthaqqı, həm də şou-proqram ödənişi bu 25 faizə daxildir. Bura gələnlərin də əksəriyyəti təkrar müştərilərdir, yəni neçə illərdir bundan məlumatlıdırlar".
Məbləğin çox olması ilə bağlı suala gəlincə isə administrator bildirdi ki, bu məbləğ müğənnilərə olan ödənişi ancaq qarşılayır:
"Bizdə olan şou-proqram heç yerdə yoxdur. Bizim müğənnilərə, şou-proqrama verdiyimiz pullar onu ancaq ödəyir. Hər gün də şou-proqramımız olur".

BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video
Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ
17.09.2021 1059 "Kalp yarası"nda yeni aktyor - Foto
Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək
17.09.2021 3104 Emre Kaya pərəstişkarını məhkəməyə verdi
Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha
17.09.2021 637 Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR
Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey
18.09.2021 4262 Fahriye Karan üçün 15 dayə dəyişdi
Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"
16.09.2021 2609 Zamiqin oğlunun ad günündən - FOTO
Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı
18.09.2021 5961 Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI
Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:
17.09.2021 6686 AzTV-nin Ceyranı ad günü etdi - Fotolar
AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy
18.09.2021 9970 Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu
Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb
17.09.2021 7467