Həkim Fuad Nəzərovun sünnət zamanı cinsi orqanını zədələdiyi uşağın atası danışdı

Həkim Fuad Nəzərovun sünnət zamanı cinsi orqanını zədələdiyi uşağın atası danışdıHəkim Fuad Nəzərov 8 yaşlı Mirməhəmməd Seyidlini sünnət əməliyyatı edərkən cinsiyyət oqanını zədələyib.

O, uşağı başqa həkimlərə yönləndirsə də, problemi həll etmək mümkün olmayıb.

Bu barədə Sonxeber.az-a danışan ata Çingiz Seyidli bildirib ki, Fuad həkim dərini artıq kəsib və kanalını yandırıb. Mirməhəmməd hər dəfə sidiyə gedəndə əziyyət çəkib. Fuad həkim öz səhvini düzəltmək üçün onu başqa həkimlərə yönləndirib. Rafael Soltanov həkim olaraq əlindən gələni edib. Sidiyə getmə zamanı qanaxmanın qarşısı alınsa da, Fuad həkimin səhvini düzətmək mümkün olmayıb. Fuad Nəzərov uşağın cinsiyyət orqanını yandırdığına görə Rafael həkimin uşağın dodağından kəsib cinsi orqana tikdiyi dəri tam tutmayıb:

"Keçən il sentyabrın 20-də övladım Mirməhəmmədi sünnət etdirmək üçün M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasına apardım. Orada Fuad Nəzərov adlı cərrah var idi. O dedi ki, 2 saylı Şəhər Klinik Xəstəxanasında antisanitar şərait olduğuna görə uşağı özəl MedAura klinikasında əməliyyat edək. Dövlət xəstəxanasında əməliyyat 200-250 manat olsa da, antisanitar vəziyyət var, özəldə bir az baha olsa da, təmizdir. MedAura klinikasında 750 manat ödəniş etdim. Uşağa narkoz verdilər, əməliyyata saldılar. 2 saata yaxın əməliyyatda qaldı. Səhərisi evə gəldik. Həkim kremlər yazmışdı ki, bunları çəksəz, yara keçəcək. 3 gün sonra gördüm ki, uşaq qan içindədir. Sidiyə gedəndə uşaqdan qan gəlirdi. Fuad həkimə bu barədə məlumat verdim. O qeyd etdi ki, narahat olmayım keçib gedəcək. Sarğı qoyduğu yerə baxanda gördüm ki, uşağın cinsi orqanını düzgün kəsməyib, tamamilə zədələyib. Dərini artıq kəsib və kanalını yandırıb. Uşaq sidiyə normal şəkildə yox, aşağıdan gedir. Dəfələrlə Fuad həkimin yanında oldum. Bildirdi ki, narahat olma həll yolunu tapacam. Məni Leyla Şıxlinskaya adına Klinikada Gündüz Ağayev adlı həkimə yönləndirdi. Gündüz həkim uşağı müayinə etdi və dedi ki , toxumaların bərkiməsi üçün 8 ay gözləmək lazımdır. 8 ay sonra yenə Gündüz Ağayevin yanına getdim. Uşağa baxıb dedi ki, mən bunu əməliyyat edə bilmərəm. Bildirdim ki, axı mənə demişdiz 8 ay sonra əməliyyat edəcəm. Gündüz həkim dedi ki, M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanda Rafael Soltanov adlı həkim var. Səni tapşıracam ki, o əməliyyat etsin. Ora getdim, uşaqdan analiz götürdülər və dedilər ki, aparatlar işləmir. Yenə qayıtdım Fuad və Gündüz həkimin yanına. Fuad həkimlə mübahisə etdim. Onlar yenə Rafaeı həkimlə əlaqə saxladılar. Rafael həkim məni məcburən qəbul etdi. İyulun 14-ü əməliyyata götürdülər. Uşaq 4 saat 40 dəqiqə əməliyyatda qaldı. Alt dodağından ət götürüb cinsiyyət orqanına tikdilər. 5 gün xəstəxanada qaldı. 6-cı gün dedilər ki, Qurban bayramı ilə əlaqədar həkim burada olmayacaq, uşağı çıxara bilərsən. Mirməhəmmədə silikon kateter qoyulmuşdu. Uşaq yenə sidiyə gedəndə qan gəlirdi. Yenə Rafael həkimə məlumat verdim. Həkim müayinəyə çağırdı. Güvən klinikasına apardım və Rafael həkim dedi ki, düzələcək, hələ təzə əməliyyat olub. Evə gələndən bir gün sonra kateter yerə düşdü. Gördüm uşaq yenə qan içindədir. Həqiqətən də kateter düşəndən sonra qanaxma dayandı. Amma gördüm ki, tikişlər yenə də tutmayıb. Rafael həkim əvvəlcədən bildirmişdi ki, usağın cinsi orqanı yandırıldığına görə qoyduğu dərinin bir tərəfi tuta bilər, digər tərəfi tutmaya bilər. Uşaq yenə həmin vəziyyətdədir. Dəri tutmayıb və zədəli vəziyyətdədir. Sidiyə gedəndə isə yayılır. Rafael həkim bildirdi kiç 3 ay gözləməyə məcburdur . Çünki Mirməhəmmədə yenə narkoz verə bilməz.
Mənim şikayətim Fuad Nəzərovdandır. Çünki ilk əməliyyatı o edib. Rafael soltanov bir həkim olaraq əlindən gələni etdi".

Qarşı tərəfin mövqeyini öyrənmək üçün Fuad Nəzərovla əlaqə saxladıq. O bildirdi ki, atanın iddiaları əsassızdır. Uşaqda psixoloji və uroloji problemlər olub. Hazırkı problem sünnət əməliyyatı ilə əlaqəli deyil.
Həkim Fuad Nəzərovun sünnət zamanı cinsi orqanını zədələdiyi uşağın atası danışdı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2886   Tarix: 02 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Tasnim": İran Hörmüz boğazında istənilən ssenariyə hazırdır

İran Hörmüz boğazında istənilən ssenariyə hazırdır. Bunu "Tasnim"ə iranlı anonim hərbi mənbə deyib. Mənbə bildirib ki, İran ordusu 40 günlük müharibədə olduğu kimi, ABŞ qüvvələrinin Hörmüz boğazından keçidinə imkan verməyəcək və bu boğazda hərəkət yalnız İranın icazəsi ilə mümkün olacaq. "Hərb

04.05.2026 246
.

Meloninin Azərbaycana səfəri başa çatdı

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana işgüzar səfəri mayın 4-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İtaliyanın Nazirlər Şurasını

04.05.2026 335
.

Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir

May ayının 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısı keçirilib. Avropa İttifaqına daxil olan, eləcə də Kanadanın dövlət və hökumət başçılarının iştirak etdiyi bu toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videobağlantı formatınd

10:23 117
.

16 yaşına çatmayan qızı nişanlamaq istədilər - Atası həbs edildi

Şəkidə 16 yaşına çatmayan qızın valideyni tərəfindən nişanlanmaya cəlb edildiyi faktı müəyyən edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Mərdanoğlu paylaşım edib. O bildirib ki, məsələ il

04.05.2026 364
.

Rusiya atəşkəs elan edib

Rusiya İkinci Dünya müharibəsində Qələbənin qeyd olunması şərəfinə döyüş bölgəsində atəşkəs elan edir. "Qafqazinfo" xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. "Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinin qərarına əsasən, 2026-cı il mayın 8-9-d

04.05.2026 340
.

WUF13-ə görə bu yollarda avtobus zolaqları olacaq - Siyahı

WUF13 çərçivəsində paytaxtın bir sıra küçə və prospektlərində avtobuslar üçün müvəqqəti hərəkət zolaqları təşkil ediləcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Həmin ərazilər aşağıdakılardır: . - Heydər Əliyev prospekti - Aeropor

04.05.2026 226
.

Prezidentin adından Meloninin şərəfinə şam yeməyi verildi - Fotolar

Prezident İlham Əliyevin adından İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin şərəfinə işçi şam yeməyi verilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

04.05.2026 377
.

Minillik sirrin üstü açıldı: Vikinqlərə aid tapıntı

Norveçdə arxeoloqlar ölkə tarixində Vikinq dövrünə aid ən böyük sikkə xəzinəsini - 300-ə yaxın gümüş sikkə aşkar ediblər. Tapıntı Esterdalen bölgəsindəki Rena yaxınlığında, bir tarlada tapılıb və ərazidə qazıntı işləri hələ də davam edir. Ölkə.Az "KHM"ə istinadən xəbər verir ki, sikkələri

04.05.2026 272
.

Qızıl almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,59% azalaraq 4 617,1 ABŞ dollarına bərabər olub. COMEX-d

04.05.2026 316
.

TOP MP3