Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir

Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdirMay ayının 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısı keçirilib. Avropa İttifaqına daxil olan, eləcə də Kanadanın dövlət və hökumət başçılarının iştirak etdiyi bu toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videobağlantı formatında çıxış edib.
Prezident İlham Əliyev bu toplantısındakı çıxışında sülhün regionda iqtisadi inteqrasiya və tranzit imkanlarının genişlənməsi üçün əsas amil olduğu bəyan edib. Dövlət başçısı Azərbaycan-Ermənistan arasında sülhün bərqərar olunduğunu, ABŞ prezidentinin iştirakı ilə Ağ Evdə imzalanan Birgə Bəyannaməni xatırladaraq, artıq iki ölkənin doqquz aydır sülh içərisində yaşadığını vurğulayıb.
Cənab Prezident bildirib ki, "Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Tramp, artıq qeyd edildiyi kimi, həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub".
Bildirilib ki, hələ 1990-cı illərin əvvəlindən Ermənistana Azərbaycandan tranzit məhdudiyyətləri tətbiq edilmişdi. Vaşinqton görüşlərindən sonra tranzit məhdudiyyətləri birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Əlavə olaraq Azərbaycan tərəfindən əlavə addımlar atılıb. Ölkəmiz ilk dəfə olaraq öz neft məhsullarını - benzin və dizeli Ermənistana təchiz etməyə başladı. Bununla da, iki ölkə arasında ticarət münasibətləri başladı. Bu vaxta qədər Azərbaycandan 12 min ton neft məhsulları Ermənistana ixrac edilib.
Dövlət başçısının çıxışının əsas xəttini sülhün artıq reallığa çevrildiyi barədə mesaj təşkil edib. Prezident bildirib ki, Azərbaycan və Ermənistan artıq sülh şəraitində yaşayır və bu şəraitdə qarşılıqlı münasibətləri formalaşdırır. Bu yanaşma sülhün yalnız siyasi bəyanat olmadığını, konkret addımlar və praktiki nəticələrlə müşayiət olunduğunu göstərir.
Ölkə başçısı çıxışında bir sıra Avropa institutlarının mövqeyinə də toxunub. Xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasınin fəaliyyətində müşahidə olunan qərəzli yanaşma və ikili standartlar tənqid edilib. Qeyd olunub ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ərazi bütövlüyünü bərpa edib və BMT Təhlükəsizlik Şurasının uzun illər icra olunmayan qətnamələrini həyata keçirib. Lakin buna baxmayaraq, bəzi qurumlar tərəfindən ölkəmizə qarşı əsassız ittihamlar və siyasi təzyiq cəhdləri davam etdirilir. Bununla yanaşı, çıxışda Avropa Komissiyasınin daha konstruktiv mövqeyi xüsusi qeyd olunub. Bu, Azərbaycanın Avropa ilə münasibətlərdə qarşılıqlı hörmət və balans prinsiplərinə əsaslanan siyasət yürütmək niyyətini göstərir.
Prezident İlham Əliyev bildirib ki, "2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir".
Avropa Parlamenti İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sonuncu qətnamə isə Zirvə görüşünə cəmi 4 gün qalmış qəbul edilib. Cənab Prezu=identin dediyi kimi "Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib".
Bu əməllərə cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib.
Sonda ölkə başçısı bidirib ki, prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir və ermənistanlı həmkarımın şərhləri bunu aydın şəkildə göstərir.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 626   Tarix: 05 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qarabağ Ermənistandır və nöqtə" deyənlər artıq - "Qarabağ Azərbaycandır!" deyirlər"

"Bu iki hərbi Zəfər təkcə xalqımız üçün, dövlətimiz üçün deyil, bütün dünya üçün böyük önəm daşıyır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Çünki birinci növbədə yeni bir preseden

02.10.2026 154
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

02.10.2026 127
.

Avropada həyəcan siqnalı: 2026-cı ilin yayı rekordlarla yadda qaldı

Avropada 2026-cı ilin yayına dair yeni hesabat qitənin eyni vaxtda bir neçə ciddi iqlim təhlükəsi ilə üzləşdiyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, Copernicus İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, Avropa tarixinin ən isti üçüncü yayını geridə qoyub. Yüksək temperaturla yanaşı, quraqlıq

02.10.2026 125
.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

02.10.2026 246
.

Putin nəvələrinin gələcək peşəsini - Açıqladı

Rusiya Prezidenti Vladimir Putin nəvələri barədə danışıb. "Qafqazinfo" xəbər verir ki, Putin bu haqda "Valday" Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı qısa məlumat verib. "Nəvələrim tərcüməçi kimi işləyəcəklər, onlar çin dilində danışırlar!" - deyə Rusiya lider

02.10.2026 132
.

Güclü külək əsir - Bəzi yerlərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz

02.10.2026 188
.

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar - Fotolar

Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti oktyabrın 2-də Şuşa şəhərində olublar. "Qafqazinfo" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara şəhərin tarixi

02.10.2026 159
.

Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı

Lerikdə dələduzluq edən həbs olunub. -ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiy

02.10.2026 194
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir

02.10.2026 185
.