Təhsilsiz diş həkimlərinə NƏZARƏT EDİLİRMİ?
Addımbaşı rast gəlinən stomatoloji kabinetlərin çoxluğu ciddi narahatlıq və narazılıq yaradır. Çünki günbəgün artan bu kabinetlərdəki xidmətin keyfiyyəti çox aşağı olur. Hətta bu kabinetlərdə bəzən qeyri-peşəkarlar işləyir. Bu isə cəmiyyət üçün çox ciddi təhlükə yaradır.
Çünki hazırda bir sıra yoluxucu xəstəliklər və hətta Hepatit C kimi qorxulu xəstəliklər naşı diş həkimlərinin səhlənkarlığı üzündən yayılır.
Mövzu ilə bağlı stomotoloq Sevil Rəhmanova ilə həmsöhbət olduq.
O, Bizim.Media-ya açıqlamasında bildirib ki, stomatoloji kabinetlərin durmadan artması sosial bəlaya çevrilib:
"İmkanı olan kabinet açır. Bəziləri hətta lisenziya almadan fəaliyyət göstərir. Ən pisi də odur ki, kabineti işlədənlərin bir qismi təsadüfi adamlar olur.
Bunlar əsasən üç qrupa bölünür. Bir qrup şəxslər kimlərinsə yanında nəsə öyrənib, sonra da gəlib kabinet açır.
Digər bir qism isə texniki işçilərdir. Haradasa texniki bilik alır, sonradan həkimlik eşqinə düşür. Üçüncü qism insanlarsa xaricdə "təhsil alan"lardır. Gedib yaxın ölkələrin hansısa özəl universitetinə adını yazdırır. Sonra da gəlib deyir ki, mən ali təhsilli stomatoloqam".
Sevil Rəhmanova onu da əlavə edib ki, təsadüfi adamların diş həkimi kimi işləməsinin cox qorxulu fəsadları var:
"Stomatoloqlar əsasən insanın ağzında işləyir. Ağız boşluğu isə mikroblara və yoluxucu xəstəliklərə çox həssas olur. Ona görə də diş həkimləri xüsusi diqqətli olmalı, davamlı şəkildə strelizə edilmiş alət və vasitələrdən istifadə etməlidirlər. Əks təqdirdə qaynadılmamış alətlər vasitəsi ilə istənilən xəstəlik pasiyentə ötürülə bilər.
Dövrümüzün bəlası olan Hepatit C-nin diş müalicəsi vasitəsi ilə keçməsi faktı günümüzün reallığıdır. Ona görə də təsadüfi adamların bu sahəyə axını gələcəkdə daha çox fəsadlar yarada bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1025 Tarix: 08 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda media nümayəndəsinə növbəti dəfə hücum olundu, cinayət işi açıldı - YENİLƏNİB+Foto\Video
Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran "APA Group"un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətində
17:19 294 "MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb
ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər. "Report" xəbər verir ki, bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək "qısa və intensi
19:30 166 "Haber Global": "Sosial şəbəkələrdəki paylaşımlarla Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağlar hədəfə alınır" - Video
Sosial şəbəkələrdə həqiqətə uyğun olmayan paylaşımlarla Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağlar hədəfə alınır. xəbər verir ki, bu barədə "Haber Global" telekanalının süjetində bəhs edilir. Bildirilir ki, yanlış təsəvvürün formalaşdırılmasına imkan verməmək üçün paylaşımların həqiqiliyin
10:55 198 Misirin XİN rəhbəri ABŞ və İran arasında qarşıdurmanın yeni mərhələsi barədə xəbərdarlıq edib
Misirin xarici işlər naziri Bədr Abdel Ati ABŞ və İran arasında silahlı qarşıdurmanın yeni mərhələsinin daha dağıdıcı ola biləcəyi və ağır nəticələrə səbəb olacağı ilə bağlı ciddi narahatlığını ifadə edib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o Bəhreyndə keçirilə
15:30 191 İran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir
İran ordusu ABŞ-nin fəaliyyəti və hərbi hazırlıqlarını izləyir, istənilən hücumun dəf edilməsinə hazırdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahinin açıqlamasında deyilir. "Düşmənçilik xarakterli addımının əlamətlər
13:20 199 Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə çəkdiyi xərclərdən 10 dəfə çox gəlir əldə edib
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesuela neftindən İranla müharibəyə çəkilən xərclərdən 10 dəfə çox gəlir əldə etdiyini iddia edib. "Report" xəbər verir ki, o, bu barədə Floridada tərəfdarları qarşısında çıxışı zamanı danışıb. Tramp bildirib ki, demokrat konqresmen Ro Hanna İran müharibəsin
19:20 177 Malayziyada timsah 14 yaşlı məktəblini parçaladı
Malayziyada timsah 14 yaşlı məktəbliyə hücum edərək onu suyun altına çəkib və parçalayıb. "AsiaOne" nəşrinə istinadən xəbər verir ki, hadisə Saravak ştatında baş verib. Məhəmməd Nordin Məhəmməd Osman adlı yeniyetmə çayda qayıqla palma yağı meyvələrinin daşınmasına kömək edərkən timsahın hücumun
15:10 218 Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat
16:20 187 Sikorski: Polşanı əvvəlki kimi parlamentin seçdiyi koalisiya hökuməti idarə edir
Polşa parlament seçkilərinin nəticələrinə əsasən formalaşdırılmış koalisiya hökuməti tərəfindən idarə edilməyə davam edir. "Report" xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski "X" sosial şəbəkəsində yazıb. "Varşavadakı Konstitusiya Tribunalında ötə
14:30 194