Üç-dörd dəfə baha satılan dərmanlar ucuzlaşacaq
"Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən "Dərman vasitələri haqqında" qanunun qüvvəyə minməsi zaman içərisində Azərbaycanda həm dərman vasitələrinin keyfiyyətinin yaxşılaşdırılması, eləcə də bolluq şəraitində qiymətlərin tənzimlənməsinə kömək edəcək".
Bunu "Trend"ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
O bildirib ki, mühüm və beynəlxalq səviyyədə qəbul olunmuş dəyişiklikləri özündə ehtiva edən bu qanunun qüvvəyə minməsi bu gün ölkədə dərman qeydiyyatı ilə bağlı hər hansı səbəbdən olan çətinliyin, xüsusən də qeydiyyatın həyata keçirilməsindəki süründürməçiliyin aradan qalxmasına imkan verəcək.
"Beynəlxalq dərman sektorunda fəaliyyət göstərən iri şirkətlər və zavodlar Azərbaycanda qeydiyyat sistemi asanlaşdığı üçün bütün dərman vasitələrini ölkədə qeydiyyatdan keçirməyə və qanuni yollarla gətirməyə maraqlı olacaq ki, bu da qiymətləri tənzimləyəcək, dərmanların nəzarətsiz şəkildə yüksək qiymətlərlə satılmasının qarşısını alacaq.
Bu gün qonşu ölkələrlə, xüsusən Türkiyə ilə müqayisədə bəzən üç-dörd dəfə baha satılan dərmanlar qeydiyyatı olmayan dərmanlardır. Dərman vasitəsi qeydiyyata düşmədiyi zaman əlbəttə fərqli yollarla fərdi insanlar və ya təşkilatlar tərəfindən ölkəyə gətirilir və belə olduğu halda dərman vasitəsi aidiyyəti qurumların nəzarətindən qaçacaq şəkildə yüksək qiymətlərlə satılır.
Bu qanun daha əvvəl davamlı şəkildə təşkilatlar tərəfindən şikayət olunan, hər hansı bir dərman vasitəsinin səkkiz ay, il yarım davam edən qeydiyyat prosesini asanlaşdıraraq çox qısa müddət ərzində həllinə kömək edəcək. İnanırıq ki, bunlar gələcəkdə arzulanan nəticənin əldə edilməsinə imkan verəcək", - deyə R.Mahmudov əlavə edib.
Qeyd edək ki, avqustun 15-də Prezident İlham Əliyevin fərmanı ilə "Dərman vasitələri haqqında" qanuna edilən dəyişikliklər təsdiq edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 834 Tarix: 19 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda hüququn aliliyi - hüquqi dövlətin əsas dayağı
Hüququn aliliyi demokratik və hüquqi dövlətin ən mühüm prinsiplərindən biridir. Bu prinsip dövlət və cəmiyyət həyatında qanunun üstünlüyünü, hər bir şəxsin qanun qarşısında bərabərliyini, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsini və dövlət orqanlarının fəaliyyətinin hüquqi çərçivədə həyata keçirilməsin
12:12 127 Fidanın Benqazi səfəri nə deməkdir? - Türkiyənin Liviyada yeni strategiyası
Türkiyənin xarici işlər naziri Hakan Fidan Liviyaya səfər edib. Səfər çərçivəsində o, həm Tripoli, həm də Benqazi şəhərlərində olub. Fidanın Benqaziyə gedərək illərdir Ankaranın əsas rəqiblərindən biri hesab olunan Xəlifə Haftarla görüşməsi xüsusilə diqqət çəkib. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verə
12:24 143 Qitəni bürüyəcək partlayış: Amerikadakı nəhəng vulkan püskürə bilər?
ABŞ-ın Vayominq, Montana və Aydaho ştatlarının ərazisində yerləşən Yellouston Milli Parkı geyzerləri, isti bulaqları və möhtəşəm mənzərələri ilə məşhurdur. Lakin parkın altında adi vulkanların püskürmələrindən qat-qat böyük miqyaslı proseslərə səbəb ola bilən nəhəng vulkanik sistem yerləşir. Qaynarinf
13.08.2026 218 "Global Media Group"un əməkdaşı vəfat edib
"Global Media Group"un əməkdaşı Elvin Soldatov vəfat edib. xəbər verir ki, hadisə ötən gün baş verib. Qeyd edək ki, E.Soldatov "Global Management" MMC-nin sistem administratoru kimi fəaliyyət göstərirdi
14:31 93 İranla bağlı yeni təhdid: Brent neftinin qiyməti yüksəldi
14 avqust, cümə günü keçirilən ticarət əməliyyatları zamanı Şimal dənizi Brent markalı xam neftinin qiyməti ABŞ-ın İrana qarşı yeni təhdidləri fonunda yüksəlib. xəbər verir ki, bu barədə "Investing" agentliyi məlumat yayıb. Moskva vaxtı ilə saat 09:40 radələrində Brent markalı neftin qiymət
11:09 126 Röya Aygünün 37 il əvvəlki mahnısını oxudu - Video
Xalq artisti Röya Ayxan bu dəfə həmkarı, Xalq artisti Aygün Kazımovanın repertuarına müraciət edib. "Qafqazinfo" xəbər verir ki, müğənni Aygün Kazımovanın 37 il əvvəl oxuduğu "Uzaqlıq" mahnısını ifa edərək ona klip çəkdirib. Qeyd edək ki, mahnının musiqisi Eldar Mansurov, sözlər
14:27 95 "Söyərəm də, o tərəfə də keçərəm" - "Boulevard Hotel"dəki qətl İŞİ
Bakı Ağır Cinayətlər Məhkəməsində iş yoldaşını bıçaqla qətlə yetirməkdə təqsirləndirilən Seymur Manafovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən Seymur Manafov özün
13.08.2026 287 Ağ Evin təmirinə 1 milyardadək pul xərcləyəcəklər
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ağ Ev və ətrafındakı tikinti və yenidənqurma layihələrinə ən azı 927 milyon dollar xərcləməyi planlaşdırır. "Qafqazinfo"nun məlumatına görə, layihələrin ümumi dəyərinin böyük hissəsinin ABŞ vətəndaşlarının ödədiyi vergilər hesabına qarşılanacağ
13.08.2026 224 Paşinyan Təhlükəsizlik Şurasının katibini dəyişdi
Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş parlament sədri Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Paşinyanın fərmanında "Armen Qriqoryan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilsin. Alen Simonyan Ermənistan Təhlükəsizli
11:40 134