Cəlilabadda dəhşət: Arvadının sevgilisi olduğunu bildi, gecəyarısı isə... - Şok təfərrüat
Cəlilabad rayonunda 1996-cı il təvəllüdlü Valeh qısqanclıq zəminində həyat yoldaşı Xatirəni (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.
BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, Valeh 15 oktyabr 2022-ci ildə arvadı Xatirənin iki azyaşlı övladları ilə birgə Bakıda kirayədə yaşadığı dövrdə tanış olduğu Sahil ilə sevgi münasibətləri qurduğuna əmin olub.
Bu səbəbdən aralarında yaranmış mübahisə ilə əlaqədar Xatirə ondan ayrılaraq övladlarını götürüb Cəlilabad rayonunda kəndlərdən birinə atasının evinə qayıdıb. Valeh arvadını qısqanclıq hislərinin təsirindən öldürmək qərarına gəlib.
Cinayətkar niyyətini həyata keçirmək üçün oktyabrın 20-də Cəlilabad şəhərinə gedib və təsərrüfat malları satılan mağazadan 8 manat dəyərində balta alıb.
Daha sonra Valeh oktyabrın 21-də, gecə saat 3 radələrində arvadı və onun ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin həyətinə daxil olub. O, arvadının əlində olan baltanı görərək oradan uzaqlaşarsa cinayətkar niyyətini həyata keçirə bilməyəcəyi təhlükəsini aradan qaldırmaq üçün baltanı arvadı və ailə üzvlərinin görə bilməyəcəyi yerə, lakin özünə əlçatan olması üçün evin divarına söykəyib.
Bundan sonra Valeh Xatirəni səsləyib və arvadı evin pəncərəsinə yaxınlaşdıqda aralarında mübahisə yaranıb. Mübahisə zamanı qısqanclıq zəminində arvadını öldürmək məqsədilə həmin vaxt yerdə olan baltanı götürüb və arvadının yaxasından yapışaraq pəncərədən özünə tərəf çəkib. Baltanın çapıcı-kəsici tərəfi ilə onun baş və boyun nahiyələrinə bir neçə zərbə endirib.
Daha sonra Xatirənin kömək çağırışlarına gələn anası onun bədənindən tutaraq pəncərədən kənarlaşdırıb və otağın içərisinə doğru çəkdiyinə görə zərbələr endirməyi dayandırsa da, məqsədinə nail olmaq üçün öz əməlini davam etdirib. O, əlindəki baltanı arvadının kürəyinə doğru atıb.
Xatirə ailə üzvləri tərəfindən vaxtında xəstəxanaya çatdırıldığı üçün onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Valeh isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib.
İstintaq orqanı tərəfindən Valehin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Valeh 14 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti verib. O, himayəsində olan 2 övladının olduğunun nəzərə alınmasının nəzərə alınmasını, barəsində təyin olunan cəzanın yüngülləşdirilməsini istəyib.
Valehin şikayəti araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. Şikayəti araşdıran hakim heyəti sonda qərar elan edib.
Qərara görə, apellyasiya şikayəti təmin olunmayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1026 Tarix: 19 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMənzil alarkən bu səhvə yol verməyin - "Söküləcək" deyilən binalarla bağlı xəbərdarlıq
"Yeni tikili, yoxsa köhnə tikili: vətəndaş üçün hansı daha sərfəlidir?" sualını yalnız "yeni" və "köhnə" anlayışları ilə müəyyənləşdirmək düzgün deyil. Əsas məsələ mənzilin real bazar dəyəri ilə onun alıcıya verdiyi üstünlüklər arasındakı nisbətdir". Bunu BİG.AZ-a açıqlamasınd
12:36 143 "150-dən çox bal toplayanlar universitetə qəbul olacaqlar" - Məleykə Abbaszadə
İxtisas qrupları üzrə müsabiqə vəziyyətinə aydınlıq gətirilib. xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə 150-dən çox bal toplayanların universitetlərə qəbul ola biləcəklərini bildiribb. "I ixtisas qrupunun Riyaziyyat-Kimya altqrupunda 200 baldan yuxarı bal yığan şəxslər al
13.08.2026 272 Mobil bazarda rəqabət niyə zəifdir? - Əsas səbəblər açıqlanır
"Yeni operatorun mobil rabitə bazarına daxil olmasının qarşısında duran əsas maneələri bir neçə qrupda ümumiləşdirmək olar". Bunu BİG.AZ-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fəri
12:31 146 Bu ərazilər üzrə PENSİYALAR VERİLDİ
Bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə avqust ayının pensiyaları ödənilib. Bu barədə BİG.AZ-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, Naxçıvan üzrə də bu ayın pensiya ödənişi yekunlaşıb. Respublikanın digər bölgələri üzrə, habelə güzəştl
12:01 150 Bu ölkələr "Avroviziya"ya qatıla bilməyəcək
"Avroviziya" mahnı müsabiqəsinin təşkili ilə bağlı qaydalarda dəyişiklik edilib. Axşam.az xəbər verir ki, yeni qaydalara əsasən, silahlı münaqişə aparan ölkə müsabiqəyə ev sahibliyi edə bilməyəcək. Avropa Yayım İttifaqının (EBU) açıqlamasında bildirilib ki, qalib ölkədə və ya ona yaxın ərazid
12:51 130 "Polşanın sərhədləri Rusiyanın səxavətinin nəticəsidir" - Konstantinov
Krım parlamentinin rəhbəri Vladimir Konstantinov Polşa hakimiyyətinə sərhədlərinin hazırkı konfiqurasiyasını kimə borclu olduğunu xatırlamağı tövsiyə edib. xəbər verir ki, Konstantinov bu barədə RİA Novosti-yə açıqlamasında Polşa Prezidenti Karol Navrotskinin Ukraynaya "moskvalıları məğlub etmək"d
10:52 141 Pentaqon: Ukraynanın enerji obyektlərinin bərpası bir il çəkə bilər
RİA Novosti ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin (DİA) Konqresə təqdim etdiyi məlumatlara istinadən xəbər verir ki, Ukraynanın zədələnmiş yarımstansiyalarının əksəriyyətini bərpa etməsi altı aya qədər vaxt apara bilər. xəbər verir ki, Zədələnmiş iri elektrik stansiyalarının təmiri isə ən azı bir il çək
11:04 130 Uşaqların psixoloji sağlamlığı dövlət siyasətinin mühüm istiqamətidir
Uşaqlar cəmiyyətin gələcəyi, dövlətin ən mühüm sosial sərvətlərindən biridir. Onların sağlam, təhlükəsiz və sağlam psixoloji mühitdə böyüməsi yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin və dövlətin qarşısında duran mühüm vəzifələrdəndir. Müasir dövrdə uşaqların psixoloji müdafiəsi xüsusilə aktuallaşıb
12:21 132 Şəxsiyyət vəsiqəsi olmadan yaşamağın cəriməsi nədir? - CAVAB
ın "Bir sual, bir cavab" rubrikasının bu dəfəki mövzusu şəxsiyyət vəsiqəsi olmadan yaşamaqla bağlıdır. xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 565-cı maddəsinə əsasən, vətəndaşa bir ayda artıq müddətə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına görə xəbərdarlıq edilir və ya iyirmi manat məbləğind
13.08.2026 259