Dünya KİV: "Okampo Qarabağdakı rusiyayönlü separatçıların rəhbəri ilə əlaqə saxlayır"
Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru, bir neçə il əvvəl korrupsiya və cinsi təqibdə ittiham olunan Luis Moreno Okampo indi də Qarabağdakı rusiyayönlü separatçıların rəhbəri Arayik Arutyunyanla əlaqə saxlayır.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın 5-ci kanalı məlumat yayıb.
Okamponun hesabatını araşdıran beynəlxalq KİV ("EU Today", "Digi24", "The Washington Times", "Focus", "Sofiaglobe" və başqaları) rusiyapərəst erməni separatçı ilə açıq-aydın əlaqə tapıb.
"Okamponun qərəzliliyi və qiymətləndirməsinin əsassızlığı bu sənədin ortaya çıxması ilə müşayiət olunan hallarla asanlıqla izah olunur. İyulun 29-da qondarma "rəhbər" Arayik Arutyunyan Okampodan Qarabağdakı vəziyyətə münasibət bildirməyi xahiş edib - bu, faktdır. Cəmi doqquz gün sonra eks-prokuror tapşırığı yerinə yetirib. Maraqlıdır ki, doqquz ildə bir işi çətinliklə bağlayan Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru cəmi doqquz gündə Qarabağdakı vəziyyətdən "baş çıxara" bilib", - "EU Today" qeyd edir.
Keçmiş prokurorun hesabatı ilin əvvəlindən beynəlxalq KİV tərəfindən dəfələrlə təkzib edilən təbliğat ideyasının – Qarabağda "humanitar fəlakət" yaşanması ilə yersiz iddianın davamıdır. Okamponun hesabatının legitimliyi aparıcı hüquqşünas və beynəlxalq hüquq eksperti, "Temple Garden Chambers" hüquq firmasının müşaviri Rodni Dikson tərəfindən tamamilə təkzib edilib.
Ermənistan Okamponun qərəzli hesabatına əsaslanaraq avqustun 11-də BMT Təhlükəsizlik Şurasından bu məsələ ilə bağlı təcili iclas çağırmağı xahiş edib ki, bu da, mətbuatın yazdığına görə, yalnız Rusiyaya sərf edir.
"Aydındır ki, nə Arutyunyan, nə də Paşinyan Cənubi Qafqazda yaşanacaq potensial eskalasiyadan nəsə qazanmayacaq. Əslində sifarişli hesabatından və ondan sonra keçirilən BMT Təhlükəsizlik Şurasının "fövqəladə iclasından" yeganə faydalanan Rusiyadır. Dünya mediası bununla bağlı ilin əvvəlindən bəri xəbərdarlıq edir", - Rumıniyanın "Digi24" nəşri qeyd edir.
Öz növbəsində, "The Washington Times" yazır ki, Rusiya rejimi Cənubi Qafqazda etnik münaqişələri qızışdırmaq və Ermənistan hakimiyyətini Moskvanın kuklası ilə əvəzləmək üçün Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisi ilə manipulyasiya edir. "Bu ssenari Kremlin öz imperiya təsir dairəsini saxlamaq üçün Gürcüstanda, Moldovada və ya Ukraynada uydurduğu digər mübahisələri xatırladır", - məqalədə deyilir.
"Putin Gürcüstanda osetinlər və abxazlar, Krım və Donbassda "rus sülhü"nün tərəfdarları ilə etdiyi kimi, Qarabağda da erməni separatçı-marionetkalarından öz məqsədləri üçün istifadə edir", - Ukraynanın "Tsenzor" xəbər saytı vurğulayır.
Digər Ukrayna nəşri "Focus" qeyd edir ki, Okamponun separatçılarla əlaqələri çoxdan başlayıb. 2010-cu ildə Okampo Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru statusunda İrəvana səfər edib və o zaman Ermənistan prezidenti olmuş Serj Sarqsyanla görüşüb. Beş il sonra isə Okampo "Soyqırımı cinayətinə qarşı" forumunda iştirak etmək üçün yenidən İrəvana səfər edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 586 Tarix: 19 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksin
11:30 142 İran yeni silahlar sınaqdan keçirib
İran yeni silahları sınaqdan keçirib və ordu yüksək hazırlıq vəziyyətindədir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazerra" telekanalına müsahibəsində bildirib. "Silah imkanlarımızı yeniləmişik, zəif cəhətləri aradan qaldırmışıq və yen
12:20 103 Angela Merkel: "Almaniyanın növbəti prezidenti qadın olmalıdır"
Almaniyanın 2005-2021-ci illərdə hökumət başçısı olmuş sabiq kansleri Angela Merkel hesab edir ki, ölkənin növbəti prezidenti postuna qadın namizəd seçilməlidir. xəbər verir ki, "Magenta TV"yə müsahibəsində Merkel vurğulayıb:. "Almaniya Federativ Respublikasının 77 illik tarixi ərzind
31.10.2026 245 Yanğında ölən Könül Hümbətovanın qızının acı taleyi: "Bir stəkan su içmək belə çətindir" - Video
Bir il əvvəl Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həyatını itirən üç nəfərdən biri Bakı Milli Geyim Evinin rəhbəri Könül Hümbətova olub. Onun qızı Ləman Qulamova isə hadisədən sonra aldığı xəsarətlərdən hələ də sağala bilməyib. BİG.AZ "Xəzər" TV-y
00:39 435 Donald Tramp ona qarşı aksiyaların Corc Soros tərəfindən maliyyələşdirildiyini açıqladı
ABŞ Prezidenti Donald Tramp ona qarşı təşkil edilən etiraz aksiyalarının milyarder Corc Soros tərəfindən maliyyələşdirildiyini iddia edib. -ın məlumatına görə, bu barədə "The Wall Street Journal" nəşri yayıb. "Yenə bir etirazçı. Onlara Soros pul ödəyir. Üstəlik, bu adam ucuz başa gəli
31.10.2026 267 "TikTok" montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı
Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur. Qeyri-rəsmi hesabda yayılan materialın dövlət başçısının şəxsi paylaşım
31.10.2026 243 Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 5 gün sonra yeni qaydalar qüvvəyə minir
Azərbaycanda qaz plitələri, kombilər və su qızdırıcılarının təhlükəsizliyinə dair yeni tələblər tətbiq olunacaq. -ın məlumatına görə, qazla işləyən qurğular partlayış riskini istisna etməli, qaz yollarının birləşmələri hermetik olmalı və yanmamış qazın təhlükəli səviyyədə toplanmasının qarşısını almalıdır
10:00 203 Əl-Budeyvi: Ərəb ölkələri İranla dialoqa hazırdır, lakin qarşılıqlı addımlar gözləyir
Fars körfəzi hövzəsindəki ərəb dövlətləri İranla danışıqlara açıqdır, lakin Tehranın da qarşılıqlı addımlar atacağını gözləyirlər. "Report" "Iran International"a istinadən xəbər verir ki, bu barədə Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budeyv
10:45 155 Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda
Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb
31.10.2026 289