Küçələrdə yıxılana qədər rəqs ediblər

Küçələrdə yıxılana qədər rəqs ediblərƏksər insanlar "yoluxucu" xəstəliyi mikroblar və ya fiziki vasitələrlə yayıla bilən bir xəstəlik kimi düşünürlər. Bununla belə, ağlın gücünün təhlükə hiss etdikdə, onun bədəni idarə etmək qabiliyyəti heç vaxt unudulmamalıdır. Tarixin tozlu səhifələrindən buna çoxlu misallar gətirmək olar.

Rəqs çılğınlığı olaraq da bilinən rəqs vəbası, Strasburq şəhərində baş verdiyi iddia edilən bir hadisədir. Hadisənin həqiqətən mövcud olub-olmadığı ilə bağlı çoxlu müzakirələr aparılır. Çünki, reallığı ilə bağlı mübahisələrin səbəbi qeyd olunan tarixlə bağlı şəhər mənbələrində heç bir məlumatın və ya ölüm qeydinin olmamasıdır. Ancaq qalan bəzi mənbələrdə rəqs vəbasının mövcudluğu sübuta yetirilir və gündə azı 15 nəfərin bu xəstəlikdən öldüyü bildirilib. 14 iyul 1518-ci ildə Müqəddəs Roma şəhəri Strasburqda Frau Troffee adı ilə tanınan qadın evindən çıxaraq küçələrdə rəqs etməyə başlayır. Yerə yıxılana qədər rəqsini davam etdirən bu qadın, nəhayət, yorğunluqdan huşunu itirir. O, ayıldıqdan sonra sanki trans vəziyyətindəymiş kimi günlərlə rəqs etir. Bir müddət sonra onu izləyən bəzi insanlar bu rəqsi müşayiət etməyə başlayıb. Frau Troffee-nin yoldaşı da daxil olmaqla bir çox insan bu rəqsin məntiqi izahını tapmağa çalışır. Bu vəziyyətin məntiqi izahını tapmaq qeyri-mümkün görünürdü. Əksər insanlar sonsuz rəqsin şeytanın işi olduğundan şübhələnirdi. Deyirdilər ki, günah edən şəxslərin bədənləri şeytan tərəfindən alınır və fərdlər bu şər qüvvəyə müqavimət göstərə bilmir.

Hadisəyə şeytanın işi olduğu qənaətinə gəldikdən sonra bu qadının sonsuz rəqsini ilahi güc olaraq qiymətləndirdilər. Bundan əlavə, yerli xalq, şəhid siciliyalı Vitusun günahkarları cəzalandırmaq üçün rəqs çılğınlığını ortaya çıxardığı hikmətinə inanırdı. Bu inanc getdikcə hakimiyyətə də təsir edirdi. Dini liderlərlə birlikdə, hakimiyyət həll yolunun daha çox rəqs etmək olduğunu deyir. Bu bəyanatdan sonra vəba xəstəliyinə yoluxmuş insanların daha rahat rəqs etmələri üçün gildiya salonları təşkil edilir. Bununla yanaşı, onları müşayiət etmək üçün peşəkar rəqqaslar gətirilirdi. Sanki möhtəşəm əyləncə varmış kimi ab-hava yaradılır və bu əyləncəyə musiqiçilər də daxil edilirdi. Bütün cəhdlərə baxmayaraq, bu saxta mühit öz nəticəsini vermirdi. Rəqs epidemiyası yayılmağa davam edirdi. İlkin tədbirin bir xeyri olmadığını görən hakimiyyət nümayəndələri xalq arasında müsiqini qadağan etdi. Hakimiyyət xalqı bu qanuna əməl etmək üçün tədbirlər həyata keçirir, dini ayinlər təşkil olunurdu. Xəstəliyə yoluxan insanlar mağaralara yerləşdirilirdi. Lakin bu üsul da nəticə vermədi. Şəhərdə bu xəstəlikdən əziyyət çəkənlərin sayında böyük artım olduğu barədə məlumatlar yayılmağa başladı. Rəqs vəbası sentyabr ayına qədər artmaqda davam edib.

Rəqs epidemiyası və ona nəyin səbəb ola biləcəyi hələ də mütəxəssislər tərəfindən araşdırılır. İllər boyu bir çox müzakirələrə səbəb olan bu mövzuya dair fikirlər müasir araşdırmalara görə fərqlidir. Məsələn, bu xəstəlik əvvəllər şeytan bədənləri ələ keçirdiyi yarandığı deyilirdi. Müasir dövr nəzəriyyəçiləri, o dövrdə Strasburqda dəhşətli həyat şəraitinin ilə əlaqələndiririb. Mövcud vəziyyət insanlarda psixoza səbəb olaraq, öz növbəsində rəqs xəstələyi yaranıb. Digər mühüm səbəb isə yaşayış şəraitinin çətinliyi idi. Xərclərin yüksək olması, sosial və dini mübahisələr, qorxulu xəstəliklər və buğdanın qiymətinin durmadan artması kimi gündəlik problemlər ümumən cəmiyyətdə böyük depressiya yaratdı. Bu həyat şəraitini nəzərə aldıqda, cəmiyyət arasında kollektiv psixoz meydana gələ biləcəyi qənaətinə gəlmək normaldır. Ən sonda xəstəliyin yaranma səbəbi qanda temperaturun qalxaraq isinməsi olub. Lakin, ortaya qoyuıan fikirlərə baxmayaraq, rəqs epidemiyası hələ də sirr olaraq qalmaqda davam edir.

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1597   Tarix: 26 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kəlbəcərdə mina partlayıb - Xəsarət alan var

İşğaldan azad edilmiş Kəlbəcər rayonunda mina partlayışı baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və ANAMA-nın Mətbuat Xidmətləri məlumat yayıb. Məlumata görə, 1953-cü il təvəllüdlü Tərtər rayonunum Qaynaq kənd sakini Süleymanov Kamran Şükü

13.08.2026 108
.

Süni intellekt peşələri əvəz edəcək, yoxsa onları dəyişdirəcək?

Süni intellektin inkişafı artıq bəzi peşə sahiblərini qorxudur. Gələcəkdə bir sıra peşələri əvəz edə biləcəyi düşünülür. Bu, nə dərəcədə doğru yanaşmadır?. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən İnformasiya resursları üzrə mühəndis-tətqiqatçı, Bəhruz Əliyev bildirib ki, tarixə nəzər saldıqda görürü

13.08.2026 191
.

Samuxda qarayara xəstəliyi - Üç qurumdan BİRGƏ MƏLUMAT

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi ilə bağlı ilkin epidemioloji araşdırmalara əsasən, xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təması müəyyən edilib. Xəstəliyə şübhəli olan ilk şəxsdən götürülmüş müayinə materialının laborator müayinəsi nəticəsində qarayara xəstəliy

13.08.2026 237
.

"Hibrid ipoteka" Azərbaycanda mənzil problemini həll edə bilərmi?

"Azərbaycanda mənzil məsələsinin həllində artıq yalnız klassik ipoteka modelinə baxmaq kifayət deyil. Bir çox ailə üçün əsas problem aylıq ödənişdən daha çox ilkin ödənişi formalaşdırmaqdır". Bunu BİG.AZ-a açıqlamasında iqdisadçı Asif İbrahimov bildirib. O, qeyd edib ki, bu səbəbdən dövlə

13.08.2026 199
.

Şəkidə leysan yağdı, istirahət mərkəzinə gedən yolda çətinlik yarandı (VİDEO)

Ötən gün axşam saatlarında Şəki rayonunda yağan güclü leysan yağışları ciddi fəsadlara səbəb olub. Güclü sel suları Kiş kəndindən istirahət mərkəzinə gedən avtomobil yoluna bol miqdarda palçıq və çınqıl qatı gətirib. Hadisə nəticəsində ərazidə nəqliyyatın hərəkəti kəskin məhdudlaşıb. Bir neçə avtomobi

13.08.2026 210
.

Hava proqnozlarında niyə 129 günlük məhdudiyyət var?

Meteoroloqların havanı nə qədər müddət ərzində dəqiq proqnozlaşdıra biləcəyi sualına cavab tapılıb. Alimlər süni intellekt nə qədər inkişaf etsə də, kvant fizikası ilə əlaqəli qaçılmaz məhdudiyyətin harada yarandığını və Günəş şüalarının atmosferdə yaratdığı qeyri-müəyyənliyin proqnozlara necə təsi

13.08.2026 113
.

Sabah pensiyalar ödəniləcək

Avqustun 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcə

13.08.2026 211
.

"Qadınları güclü görmək istəmirəm"

Xalq artisti Nazpəri Dostəliyeva həyatından və keçdiyi çətinliklərdən danışıb. Axşam.az xəbər verir ki, sənətçi "Günə uğurla" verilişində həyatının filmə sığmayacaq qədər hadisələrlə zəngin olduğunu bildirib:. "Həyatım bir filmə sığışmaz. Həyatımda Allahımdan verilən hər şeyi qəbul edib

13.08.2026 199
.

Turistləri daşıyan mikroavtobus dərəyə aşdı - 4 ölü

Gürcüstanda turistləri daşıyan mikroavtobusun dərəyə aşması nəticəsində dörd Belarus vətəndaşı həlak olub. xəbər verir ki, bu barədə "Interpressnews" məlumat yayıb. Bildirilib ki, turistləri daşıyan mikroavtobus Qomismta kurort kəndindən Ozurgeti şəhərinə gedirmiş. İlkin məlumata görə, sürüc

13.08.2026 221
.

TOP MP3