"Koronavirusun daha təhlükəli ştamlar şəklində mutasiya etmək ehtimalı var" - ŞƏRH

"Koronavirusun daha təhlükəli ştamlar şəklində mutasiya etmək ehtimalı var" - ŞƏRH"Koronavirus infeksiyasının başladığı müddətdən indiyə qədərki proseslərə diqqət yetirdikdə bəlli olur ki, virus davamlı şəkildə mutasiya keçirir. Bu mutasiyalar yoluxma sayının artması və xəstəliyi törətmə intensivliyinin enməsi istiqamətində baş verir".

Bu fikirləri Oxu.Az-a Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib. O qeyd edib ki, davamlı mutasiyaların nəticəsində koronavirus hazırda yuxarı tənəffüs yollarında xəstəlik törədən, amma insan orqanizmi üçün əvvəlki qədər ciddi təhlükəli patologiyalar yaratmayan xəstəliyə çevrilib:

"Bu onu göstərdi ki, mutasiyalar artıq insan orqanizmi tərəfindən qəbul olunan və tipik yuxarı tənəffüs yollarının xəstəliklərini törədən virus kimi irəliləyir. Bu baxımdan biz COVID-19-a yanaşmamızı belə istiqamətdə qurmalıyıq. Yoluxmaların sayının artması intensiv xəstəlik yaratma ehtimalını daha çox gündəmə gətirir. Yəni yoluxmaların sayının çox olması etibarilə yeni mutasiya təhlükəlidir, xəstəliyin gedişatı etibarı ilə isə nəzarət altına alınandır.
Təbii ki, hər ehtimala qarşı ciddi problemlərə səbəb ola biləcək məqamlar nəzərdən qaçırılmamalıdır. Aşağı ehtimal olsa da, koronavirusun daha təhlükəli ştamlar şəklində mutasiyası mümkündür. Ona görə də biz standart olaraq, bu tipli viruslar üçün xarakterik olan yoluxma mənbələrini araşdırmalı, mexanizmləri, onların aradan qaldırılması üçün profilaktik tədbirlərimizi görməliyik. Mövsümi olaraq qrip peyvəndlərini zamanında etməliyik. Orqanizmimizi, xüsusilə, soyuq aylarda möhkəm saxlamalı, yoluxmanın qarşısını almaq üçün immuniteti möhkəmləndirən prosedurlardan istifadə etməliyik. Paralel olaraq, gigiyenik tədbirləri görməliyik ki, yoluxmaların həm sürəti, həm də insan orqanizmində patologiya yaratması ehtimalı aşağı olsun. Yoluxmaların intensivliyinin artması müşahidə olunsa, təbii ki, revaksinasiya ehtimallarını nəzərdən keçirmək olar".

Qeyd edək ki, bu yaxınlarda koronavirusun EG.5 adlı yeni ştammı müəyyən edilib və bütün dünyada yoluxmaların sayı durmadan artır. EG.5 variant infeksiyalarında artım, əsasən, ABŞ, Avropa və Qərbi Sakit okean regionunda müşahidə olunur. ÜST nümayəndələri bu tendensiyanın davam edəcəyini və dominant ştammın payızda zirvəyə çatacağını proqnozlaşdırırlar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 513   Tarix: 26 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Colgate və P&G xəbərdarlıq etdi - Azərbaycanda şəxsi gigiyena və təmizlik məhsulları sürətlə bahalaşacaq - İQTİSADÇIDAN AÇIQLAMA

ABŞ-İran müharibəsinin qlobal iqtisadiyyata təsirləri artıq gündəlik istehlak məhsullarının qiymətində hiss olunmağa başlayır. Colgate-Palmolive şirkətinin açıqlamasına görə, artan xammal və logistika xərcləri səbəbindən 2026-cı il ərzində əlavə 300 milyon dollarlıq maliyyə yükü yaranıb və bu, qiymə

10:40 91
.

Qazaxıstan qeyri-rezidentlərin dövlət istiqrazlarına investisiyaları 5 mlrd dollaradək artırır

Qeyri-rezidentlərin dövlət istiqrazlarına investisiyaları birbaşa iqtisadi siyasətə və dövlət qurumlarına olan etibar səviyyəsindən asılıdır. "Report"un Səmərqəndə ezam olunmuş müxbirinin məlumatına görə, Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin sədr müavini Nurja

03.05.2026 200
.

Ukrayna ordusu Rusiyanın kölgə donanmasının iki tankerinə zərbə endirib

Ukraynanın Hərbi Dəniz Qüvvələri Novorossiysk limanı yaxınlığında Rusiyanın kölgə donanmasına daxil olan, sanksiya altındakı iki gəmini vurub. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında yazıb. "Hərbçilərimiz davam edir

03.05.2026 233
.

Sumqayıtda fəhlə iş zamanı ÖLDÜ

Sumqayıtda işləyən zaman halı pisləşən fəhlə dünyasını dəyişib. BİG.AZ "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Qurd dərəsi bağları yaşayış massivində qeydə alınıb. Belə ki, fəhlə işləyən zaman qəfildən halı pisləşib və hadisə yerindəcə həyatını itirib. Əraziyə hüquq-mühafizə orqanlarını

03.05.2026 296
.

ABŞ Hörmüz boğazından gəmilərə rəhbərlik etməyə başlayacaq

ABŞ rəsmisi bildirib ki, bu səy müşayiət missiyası deyil. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, İranın yüksək vəzifəli hərbi rəsmisi xəbərdarlıq edib ki, xarici qüvvələr boğaza girməyə cəhd göstərsələr, onlara hücum ediləcək. ABŞ-ın Hörmüz boğazından gəmiləri "idarə etmək" planı, Preziden

11:00 48
.

Ərdoğan: Türkmanlar Türkiyə ilə İraq arasında əlaqələrin əhəmiyyətli ünsürüdür

Türkmanlar Türkiyə ilə İraq arasında qardaşlıq əlaqələrinin əhəmiyyətli ünsürüdür. "Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqda baş nazirliyə namizədliyi irəli sürülmüş Məhəmməd Əli Zeydi ilə telefon danışığında deyib. Telefon danışığının detalları Türkiyə Preziden

03.05.2026 166
.

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva İçərişəhərdəki Qoşa Qala meydanında keçirilən Beynəlxalq Xalça Festivalını ziyarət ediblər. "Report" xəbər verir ki, onlar festivalda nümayiş olunan xalça nümunələri, ənənəvi sənətkarlıq məmulatları

03.05.2026 296
.

Çexiyada Ermənistan səfirinin seyfi oğurlanıb

Naməlum şəxslər Ermənistanın Çexiyadakı səfirliyinin Praqa şəhərində yerləşən binasından səfirə məxsus seyfi oğurlayıblar. "Irozhlas" xəbər portalına istinadən bildirir ki, hadisə 2025-ci il dekabrın 9-da baş versə də, bu barədə yalnız indi məlumat yayılıb. Polis bir neçə ay ərzində iki nəfə

03.05.2026 221
.

ABŞ dövlət katibi Romada: Meloni ilə görüş gözlənilir

ABŞ dövlət katibi Marko Rubio, ABŞ prezidenti Donald Tramp ilə İtaliyanın baş naziri Giorgia Meloni arasında yaranmış gərgin münasibətlər fonunda Romaya səfər edəcək. xəbər verir ki, bu barədə Bloomberg agentliyi mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, Rubio bu həftənin sonlarında Romaya yollanacaq

10:42 87
.

TOP MP3