Hindistanda qətlə yetirilən məşhur aparıcının basdırıldığı yer peykin köməyi ilə tapıldı

Hindistanda qətlə yetirilən məşhur aparıcının basdırıldığı yer peykin köməyi ilə tapıldıHindistanda təxminən beş il əvvəl itkin düşmüş yerli teleaparıcı Salma Sultananın cəsədinin qalıqları peyk məlumatlarının köməyi ilə tapılıb.

Bu barədə Çhattisqarh ştatının Korba şəhərinin hüquq-mühafizə orqanları xəbər verib.

Bildirilir ki, 30 yaşlı Sultana 2018-ci ilin oktyabrında yoxa çıxıb. Həmin vaxtdan bəri o, itkin düşmüş hesab edilib.

Ancaq istintaq qətlin versiyasını təsdiqləyən yeni sübutlar tapıb və cinayətkarların izinə düşüb. Şübhəli onun birgə yaşadığı Madhu Sahu və iki ortağıdır.

Polis hesab edir ki, yerli fitnes klubun sahibi 37 yaşlı Sahu sevgilisi Sultana ilə qısqanclıq və maddi məsələ ilə bağlı fikir ayrılığı səbəbindən mübahisə ediblər. Münaqişə nəticəsində Sahu şəriki Kauşal Srivas ilə birlikdə qadını boğaraq öldürüb. Bundan sonra başqa bir ortaq dostunun köməyi ilə Korbada körpünün yaxınlığında basdırıblar.

Hadisədən qısa müddət sonra həmin yerdən magistral yol çəkilib. Buna görə də qalıqları tapmaq üçün müstəntiqlər şübhəliləri sorğu-suala tutublar, peyklərdən, "Google Maps" xidmətlərindən, həmçinin georadarlardan alınan məlumatları diqqətlə təhlil ediblər.
"Biz basdırılan yeri dəqiq müəyyən etmək istədik, çünki magistral yolda qazıntılar çox baha başa gəlir", - deyə yerli polis izah edib.

Nəticədə, Sultanaya aid olduğu ehtimal edilən qalıqlar təxminən 8 metr dərinlikdə mələfəyə bükülmüş halda tapılıb. Hazırda mərhumun şəxsiyyətinin dəqiq müəyyən edilməsi məqsədilə tapılan qalıqların DNT analizi aparılır.

Qətldə şübhəli bilinənlərin hamısı polis tərəfindən saxlanılıb.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1041   Tarix: 27 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.