Xırdalanda özünü binadan atan yeniyetmənin müəllimi danışdı
Dünən Xırdalan şəhərində daha bir yeniyetmə qız intihar edib. Özünü binadan ataraq intihar edən yeniyetmənin Xırdalan şəhər sakini, 13 yaşlı Aydan Natiq qızı Hacıağazadə olması müəyyən edilib. O, 13-cü mərtəbədən özünü ataraq intihar edib. İntiharın baş verdiyi bina yeniyetmənin yaşadığı bina olmayıb. Aydan Hacıağazadənin atası da 2 il öncə intihar edib.
Hadisənin hansı səbəbdən baş verməsi hələ müəmma olaraq qalır. Bundan əvvəl daha iki intihar hadisəsinin məhz həmin ünvanda baş verməsi, üstəlik canına qıyanların yaşayış yerinin ora olmaması şübhələri daha da artırır.
Bizim.media-nın araşdırmasına görə ötən gün intihar edən Aydan Hacıağazadə Ənvər İbrahimov adına Qobu qəsəbə 2 nömrəli məktəbin şagirdi olub. Aydanın özündən başqa bir qardaşı da var.
Məsələ ilə bağlı Aydanın sinif rəhbəri və tarix fənnini tədris edən Şövkət İbrahimova danışıb.
O, məktəb kollektivinin də bu hadisədən şok keçirdiyini deyib:
"Nənəsi məlumat verib ki, Aydan saat 4-də evdən çıxıb və hazırlığa gedib. Hadisə isə 5-ə qalmış baş verib. Yəni gedib ora çatıb və olay yaşanıb. Heç kimin ağlına gəlməzdi ki, belə bir addım atar. Heç cür ehtimal verə bilmirik ki, görən nə ola bilər? Aydan çox sakit təbiətli, münaqişəsiz və sinif yoldaşları ilə də mehriban biri idi. Oxumağı çox zəif olsa da, yaddaşı, götürümü pis deyildi. Sadəcə dərsə marağı yaranmırdı. Amma oxusaydı və üzərində işləsəydi, yaxşı ola bilərdi.
Dərsin gedişatına mane olmazdı. İntriqasız və qalmaqalsız biri idi. Heç bir müəllimin onun davranışı və tərbiyəsi ilə bağlı narazılığı yox idi. Biz də eşidəndə şok keçirdik. Bəlkə də başqa uşaqlardan bu addımı gözləmək olardı. Amma ondan yox... Məktəbin psixoloqları müntəzəm olaraq uşaqlarla işləyirlər. Aydanın psixoloji problemi olsaydı, psixoloqlarımız bunu bilərdilər".
Şövkət İbrahimovanın sözlərinə görə, Aydan 9-cu sinifdən çıxıb kollecə qəbul olmaq istəyib. Ona görə də hazırlıq kursuna yazılıb:
"Yay tətilində hazırlığa gedirdi ki, buraxılış fənlərindən nəticə əldə edə bilsin. Ailədaxili məsələdən xəbərim yoxdur. Bildiyim qədər atası dünyasını dəyişib. Ana var və çox da yaxşı qadındır. Övladlarının nədənsə korluq çəkməməsi üçün əziyyət çəkirdi. Aydandan başqa qardaşı var və ana onlara yaxşı baxırdı".
Onu da bildirək ki, Aydan Hacıağazadə intihar etməzdən əvvəl məktub yazıb. Hadisə yerinə gələn istintaq qrupu qızın yazdığı məktubu götürsə də, mətni hələ açıqlanmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Onu da əlavə edək ki, bu, son bir həftədə Xırdalanda eyni ünvanda baş verən 3-cü intihar hadisəsidir. İntihar edənlərin hamısı yeniyetmə qız olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2462 Tarix: 01 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda 1800 vətəndaş ölümündən sonra orqanlarının bağışlanması üçün reyestrdə qeydiyyatdan keçib
Azərbaycanda 1800 vətəndaş ölümündən sonra orqanlarının bağışlanması üçün reyеstrdə qeydiyyatdan keçib. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasını
31.10.2026 194 "TikTok" montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı
Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur. Qeyri-rəsmi hesabda yayılan materialın dövlət başçısının şəxsi paylaşım
31.10.2026 169 Azərbaycanda aliment artırılacaq
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı
00:19 115 İordaniya sərhədçiləri Suriyadan silahlı qrupun ölkəyə keçid cəhdinin qarşısını alıb
İordaniya sərhədçiləri 14 silahlı şəxsin Suriya tərəfdən krallıq ərazisinə daxil olmaq cəhdinin qarşısını alıblar. "Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələrinin bəyanatında bildirilib. İnsident oktyabrın 30-u ölkənin şimalında ba
31.10.2026 189 15 yaşlı Məryəmin cəsarəti, alovların içindən uşağı xilas etdi - Milyonluq mükafat! - VİDEO
Dağıstanın Xasavyurt şəhərində 15 yaşlı məktəbli Məryəm Akavova yanan avtomobildə köməksiz qalan azyaşlı uşağı ölümdən xilas edib. Yeniyetmənin göstərdiyi cəsarət böyük əks-səda doğurub. xəbər verir ki, hadisə oktyabrın 27-də baş verib. Şəhərin 5 nömrəli məktəbinin 9-cu sinif şagirdi Məryəm küçədən keçərkə
01:08 0 Bu cərimənin məbləği KƏSKİN AZALIR
İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. BİG.AZ yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind
00:27 100 Azərbaycanda "Apple" istifadəçilərinin hesabları KÜTLƏVİ ŞƏKİLDƏ ƏLƏ KEÇİRİLİR
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "Apple" şirkətinin məhsullarında aşkarlanmış təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə xəbərdarlıq edib. xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi məlumat yayıb. Bildirilib ki, "iOS", "iPadOS" və "macOS"
31.10.2026 245 Azərbaycanda MÜƏMMALI ÖLÜM: Ailənin yeganə övladının MEYİTİ TAPILDI - FOTO
Göyçayda 28 yaşlı kişinin meyiti şəhər ərazisində yerləşən köhnə yarımtikilidə aşkarlanıb. BİG.AZ -a istinadən xəbər verir ki, meyiti tapılan şəxs şəhər sakini, 1998-ci il təvəllüdlü Elçin Elman oğlu Əzizovdur. Məlumata görə, mərhum subay olub və ailənin yeganə övladı imiş. O, Fövqəladə Hallar Nazirliyini
31.10.2026 208 ŞAD XƏBƏR! Gələn il maaşlar, pensiyalar və sosial yardımlar ARTACAQ - AÇIQLAMA
"Gələn il Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin artırılması aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. Ehtiyac meyarına uyğun olaraq ünvanlı dövlət sosial yardımı təyin edilir. Bu meyarın və minimum əməkhaqqının artırılması ünvanl
00:13 121