Paşinyanın "qələt eləmişəm" mesajı və sülhdən imtinası - havadarları Ermənistanı səfalətə sürükləyir - ŞƏRH

Paşinyanın "qələt eləmişəm" mesajı və sülhdən imtinası - havadarları Ermənistanı səfalətə sürükləyir - ŞƏRHBu gün Ermənistan baş naziri Nikol Paşinyan tarixin arxivinə atılmaqda müəyyən rolu olduğu Qarabağdakı keçmiş qondarma rejimin "ildönümü" günü cəfəng və riyakarcasına səsləndirdiyi bəyanatı ilə hər kəsi təəccüb və heyrətləndirməyə müvəffəq olub. Qondarma mərasimlərə qatılan hökumət başçısı söylədiyi fikirlərlə Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin yaranmasında maraqlı olmadığını bir daha təsdiqlədi.

Rəsmi İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bir daha dünyaya bəyan etmiş oldu. Qarabağın Azərbaycan torpağı olduğunu bir neçə dəfə dilə gətirməklə hər kəsi heyrətə salan N.Paşinyan yenə də hər kəsi həmin vəziyyətə salıb. Bununla da, xalqının "layiqli" nümayəndəsi olduğunu, onlardan heç nə ilə fərqlənmədiyini təsdiqləyib.

Eyni zamanda, özünün qeyri-sabit və yalançı bir hökumət başçısı olduğunu dünyaya nümayiş etdirdi. O, çıxışında bildirib ki, "Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi və hüquqları təmin olunmayana qədər, Dağlıq Qarabağın ərazi vahidi kimi mövcud olmaması və Dağlıq Qarabağ probleminin həll olunduğu barədə bəyanatlar əsassızdır".

İkinci Qarabağ müharibəsində imza atdığı kapitulyasiya aktından sonrakı durumunu unudan Nikol indi tamam başqa aurada olduğunu göstərmək istəyir. O, Fransa və digər havadarlarının dəstəyinə arxayın olaraq əvvəlki mövqeyindən imtina edib. Bununla da, 30 illik işğalçılıq dövründə dünyada heç bir ölkənin, heç bir qurumun, o cümlədən də Ermənistanın özünün ərazi vahidi kimi tanımadığı qondarma "DQR" haqqında bütün iddiaların üzərindən birdəfəlik xətt çəkilib.

Hökumət başçısını buna vadar edənlər anlamırlar ki, Ermənistanın və erməni lobbisinin Azərbaycan əraziləri hesabına ikinci erməni dövləti yaratmaq planı tam iflasa uğrayıb. Hazırda Rusiya sülhməramlılarının olduğu ərazidə əvvəlki qondarma rejimin tör-töküntüləri qalıb və onların da orada son günlərini yaşadığı heç bir şübhə doğurmur. Son günlər bölgəni tərk edən ermənilərin sayı da bunu deməyə əsas verir. Çox güman ki, N.Paşinyan bu köçün qarşısını almaq üçün belə bəyanat səsləndirib. Eləcə də, Rusiya rəhbərliyinin dəfələrlə ona istinadən Qarabağın Azərbaycan torpağı olduğunu təsdiqləməsinə də cavab vermək istəyib. Yəni, N.Paşinyan demək istəyib ki, "mən qələt edib o sözü demişəm, indi bu bəyanatıma diqqət yetirin".

Ermənistanın baş nazir yəqin unudur ki, bu üç il ərzində çox şey dəyişib və yeni havadarının dəstəyi ilə nəyəsə ümid edə bilməz.

N.Paşinyan və havadarları yaddan çıxarmasın ki, Azərbaycan Ermənistanın işğalı dövründə birmənalı şəkildə bəyan etmişdi ki, öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına, "boz" zonanın mövcudluğuna heç bir halda imkan verməyəcək. Ermənilərin əvvəllər mövcud reallıqdan çıxış edib öz mənfur planlarını reallaşdırmağa çalışması hardasa başa düşülsə də, müharibədən sonrakı yeni reallıqlar kontekstində belə bir halın praktiki cəhətdən mümkün olmadığı artıq hamıya birmənalı şəkildə yaydındır.

Beləliklə, N.Paşinyanın bəyanatı onu deməyə əsas verir ki, artıq danışıqlar prosesinin sonudur. Aydın göründü ki, Ermənistan baş nazirinin guya Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə dedikləri cəfəngiyyatdan və baş aldatmağa çalışmaqdan başqa bir şey deyil. N.Paşinyan öz simasını və əsl niyyətini bir daha açıq nümayiş etdirdi. Ötən gün Azərbaycan-Ermənistan sərhədində erməni təxribatın da elə-belə baş vermədiyi aydın olur. Sərhəddə təxribat törətməklə beynəlxalq aləmin diqqətini bura cəlb etmək hədəf kimi qarşıya məqsəd qoyulub. Lakin Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri düşməni geri çəkilməyə vadar edib. Müharibədən sonra ümid var idi ki, Nikol "ən ağıllı erməni kimi" xalqını bataqlıq girdabından xilas edəcək, sülh danışıqlarına doğru addımlayacaq. Son vaxtlara kimi buna da inam var idi.

Hökumət başçısı özünü və komandasını sülhsevər və təşəbbüskar kimi təqdim etməyə cəhd göstərirdi. Onun sonuncu bəyanatı ilə saxtakarlığı üzə çıxdı. Ermənistanın baş nazirinin məhz bu gün Qarabağ iddialarından birdəfəlik əl çəkəcəyi gözlənilirdi. Lakin görünür, o, reallığı qiymətləndirmək istəməyib. N.Paşinyan beynəlxalq havadarlarının dəstəyinə ümid edib, ancaq anlamır ki, bu proseslər tarixdə tək və yeganə erməni dövlətinin sonunu daha da yaxınlaşdırmış olur.

Yeganə dəstəyi olan Fransaya ümid edib belə bir cəfəngiyyatlar səsləndirməklə qeyri-ciddi, qorxaq siyasətçi olduğunu bir daha nümayiş etdirmiş olub. Ermənistan hakimiyyəti və havadarları anlamalıdır ki, bölgədə yaranmış yeni reallıqlar fonunda İrəvanın sərgilədiyi destruktiv davranışın nəinki heç bir perspektivi yoxdur, əksinə bu mövqe Ermənistanı səfalətə sürükləyir. Azərbaycan ərazilərinə qarşı hər hansı iddialarla çıxış etmək və ərazilərimizdə aqressiv separatçı meylləri qızışdırmaq cəhdlərinin qarşısı qətiyyətlə alınacaq və lazımı şəkildə cavablandırılacaq.(report)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 795   Tarix: 02 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bəy toydan 1 həftə əvvəl onu tərk etdi: gəlinin etdiklərini 7 milyon adam izlədi

Böyük Britaniya sakini toyuna cəmi bir həftə qalmış sevgilisi tərəfindən tərk edildikdən sonra böyük tədbiri ləğv etməyib. O, ənənəvi toy mərasimi əvəzinə İtaliyada dəbdəbəli şənlik təşkil edib. xarici mediaya istinadla bildirir ki, Liverpuldan olan 36 yaşlı Ketrin Consun hekayəsi TikTok-da sürətlə yayılıb

19:30 98
.

Şəxsiyyət vəsiqəsi olmadan yaşamağın cəriməsi nədir? - CAVAB

ın "Bir sual, bir cavab" rubrikasının bu dəfəki mövzusu şəxsiyyət vəsiqəsi olmadan yaşamaqla bağlıdır. xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 565-cı maddəsinə əsasən, vətəndaşa bir ayda artıq müddətə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına görə xəbərdarlıq edilir və ya iyirmi manat məbləğind

20:00 61
.

İpoteka, yoxsa kirayə? Ev almaq istəyənlər bunu hesablamalıdır

Mənzil bazarında vətəndaşların qarşısında duran ən aktual maliyyə suallarından biri budur: aylıq gəlirin bir hissəsini illərlə kirayəyə ödəmək daha doğrudur, yoxsa həmin vəsaiti ipotekaya yönəldərək mənzil sahibi olmaq?. İlk baxışda cavab sadə görünür: kirayə ödəyən şəxs sonda ev sahibi olmur, ipotek

12:14 218
.

Əməliyyat zamanı ürəyi dayandı: İsa Məsihi gördüyünü iddia etdi

ABŞ-da bir kişi İsa Məsihi 24 saat ərzində iki dəfə gördüyünü iddia edib. Onun sözlərinə görə, ilk görüntü əməliyyat zamanı, ikincisi isə pnevmoniya səbəbilə reanimasiyada olduğu zaman baş verib. xəbər verir ki, bu barədə "Dangerous Minds" nəşri məqalə yayıb. Tennessi ştatından olan 54 yaşl

11:29 207
.

Həyətində tapdığı daşın əslində nə olduğunu görüb şoka düşdü

ABŞ-da yaşayan bir cütlük həyətlərində məşhur Art Deco sənətçisi ilə əlaqəli ola biləcək nəhəng heykəl aşkar edib. xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb. Qreq Qetvud San-Fransiskonun Russian Hill məhəlləsində yerləşən evinin həyətində abadlıq işləri apararkən torpağı

11:16 209
.

Uşaqların rəqəmsal təhlükəsizliyi: 16 yaş məhdudiyyəti yeni mərhələ açır

Müasir dünyada rəqəmsal texnologiyalar həyatımızın ayrılmaz hissəsinə çevrilib. İnternet və sosial şəbəkələr insanların informasiya əldə etməsi, ünsiyyət qurması, təhsil alması və dünyada baş verən hadisələri izləməsi üçün geniş imkanlar yaradır. Bununla yanaşı, uşaqların və yeniyetmələrin rəqəmsal mühitd

11:07 180
.

Süni intellekt peşələri əvəz edəcək, yoxsa onları dəyişdirəcək?

Süni intellektin inkişafı artıq bəzi peşə sahiblərini qorxudur. Gələcəkdə bir sıra peşələri əvəz edə biləcəyi düşünülür. Bu, nə dərəcədə doğru yanaşmadır?. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən İnformasiya resursları üzrə mühəndis-tətqiqatçı, Bəhruz Əliyev bildirib ki, tarixə nəzər saldıqda görürü

14:27 168
.

"Avroviziya-2027"nin keçiriləcəyi şəhər açıqlandı

"Avroviziya-2027" mahnı müsabiqəsinin keçiriləcəyi şəhər məlum olub. Axşam.az xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) və Bolqarıstan Milli Televiziyası (BNT) 71-ci "Avroviziya"nın 2027-ci ilin mayında Bolqarıstanın Burqas şəhərində təşkil olunacağını açıqlayıb. Qara dəniz sahilind

15:44 185
.

Ermənistanın AİB taleyi ilə bağlı İrəvandan açıqlama

Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxarılması üçün heç bir mexanizm yoxdur. xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyasının parlament üzvü Arman Yeqoyan portalının "YouTube" kanalında yayımlanan brifinqdə bildirib. "Ermənista

11:47 184
.

TOP MP3