"Təxribatlar Ermənistanın müharibəyə hazırlaşdığını söyləməyə əsas verir"-AÇIQLAMA

"Təxribatlar Ermənistanın müharibəyə hazırlaşdığını söyləməyə əsas verir"-AÇIQLAMASon zamanlarda Ermənistan hakimiyyəti və separatçı rejim aramsız olaraq təxribat törətməkdə davam edir. Ermənistan baş naziri Nikol Paşinyanın çıxışları, qondarma rejimi "müstəqillik" günü münasibətilə təbrik etməyi onu deməyə əsas verir ki, üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırdır.

Məsələ ilə bağlı BiG.AZ-a danışan politoloq Tural İsmayılov bildirib ki, Nikol Paşinyanın çıxışları birmənalı şəkildə Ermənistanın sülhdən yayındığını göstərir. Bütövlükdə, Ermənistanın bölgədə vəziyyəti gərginləşdirməyə, Azərbaycan əleyhinə əsassız ittihamlar irəli sürməyi Ermənistanın niyyətini açıq şəkildə sübut edir: Sonuncu olaraq sentyabrın 2-də Qarabağdakı qondarma rejimi "müstəqillik" günü münasibətilə təbrik etməsi Ermənistanın həm öz ictimaiyyətini, həmdə beynəlxalq ictimaiyyəti dələduzluq yolu ilə necə aldatdığını növbəti dəfə ortaya qoyur. Sistematik şəkildə hər gün Ermənistan cəbhə bölgəsində vəziyyəti gərginləşdirir. Demək olar ki, sərhədlərin delimitasiya və demarkasiya prosesi Ermənistanın şərti sərhədlərdə törətdiyi təxribatlara görə baş verir. Eyni zamanda, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində Ermənistanın müxtəlif təxribatlar törətdiyini göstərir. Ermənistanın separatçılar vasitəsilə yeni səngərlər qazdığını, Azərbaycanın mövqeləri ilə üzbəüz fortifikasiya qurğularını quraşdırdığını görürük . Bütün bu baş verənlər, Hindistanın və İranın mütəmadi olaraq Ermənistanı silahlandırması sülh prosesini getdikcə ləngidir.

Politoloq qeyd edib ki, son dövrlərdə Ermənistan hakimiyyəti sülhlə bağlı açıqlamalar vermir, Azərbaycanı sülh müqaviləsinin imzalanmamağında ittiham edir: Bununla yanaşı, hakimiyyət Qarabağ erməniləri ətrafında humanitar şou yaratmaqda davam edir, Laçın yolu ilə bağlı Azərbaycan əleyhinə aksiyalar keçirdir. Diaspora hazırkı sorosçu Ermənistan hakimiyyətinin birləşib müxtəlif ölkələrdə siyasi dairələrə və parlamentlərə təsir etməyə çalışması onu göstərir ki, birmənalı şəkildə Ermənistan sülh məsələsindən boyun qaçırdıb. Ermənistanı qızışdıran xarici güc faktorları Cənubi Qafqazda sülh və sabitliyin olmağını istəmir. Ona görədə Ermənistanı əleyhimizə müharibəyə təhrik edirlər. Bütün bu baş verənlər Ermənistanın müharibəyə hazırlaşdığını söyləməyə əsas verir. Azərbaycan daha əvvəldən, Ermənistanın artıq müharibə planı qurduğunu, müharibəyə hazırlaşdığını bilir və dərk edir. Ermənistan üçün bu dəfəki müharibə daha dağıdıcı, sarsıcı və ölümcül olacaq.

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1142   Tarix: 04 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İstanbul Rusiya-Ukrayna danışıqlarının yeni ünvanı ola bilər

Türkiyə Qara dənizdə atəşkəs danışıqlarına ev sahibliyi etməyə hazırdır və Rusiya ilə Ukrayna arasında danışıqların uğurlu nəticələnəcəyinə ümid edir. xəbər verir ki, bunu Türkiyəli politoloq, İstanbulda fəaliyyət göstərən Ussal Consultancy şirkətinin aparıcı tədqiqatçısı Həsən Səlim Özertem -ya açıqlamasınd

10:57 131
.

Əməliyyat zamanı ürəyi dayandı: İsa Məsihi gördüyünü iddia etdi

ABŞ-da bir kişi İsa Məsihi 24 saat ərzində iki dəfə gördüyünü iddia edib. Onun sözlərinə görə, ilk görüntü əməliyyat zamanı, ikincisi isə pnevmoniya səbəbilə reanimasiyada olduğu zaman baş verib. xəbər verir ki, bu barədə "Dangerous Minds" nəşri məqalə yayıb. Tennessi ştatından olan 54 yaşl

11:29 191
.

Samuxda qarayara xəstəliyi - Üç qurumdan BİRGƏ MƏLUMAT

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi ilə bağlı ilkin epidemioloji araşdırmalara əsasən, xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təması müəyyən edilib. Xəstəliyə şübhəli olan ilk şəxsdən götürülmüş müayinə materialının laborator müayinəsi nəticəsində qarayara xəstəliy

15:10 142
.

Qadağan olunmuş heyvanları ovlayanlara ağır cəza - Həbs də mümkündür

"Azərbaycan Respublikasının "Qırmızı kitab"ına daxil edilmiş və ya xüsusi mühafizə olunan heyvan və bitki növlərinin mühafizəsi ilə bağlı tələblərin yerinə yetirilməməsinə görə fiziki şəxslər 1 00 manatdan 1 300 manatadək, vəzifəli şəxslər 3 00 manatdan 4 00 manatadək, hüquqi şəxslər is

15:15 131
.

Ət məhsulları nə zaman təhlükəli olur? - Mütəxəssislər xəbərdarlıq edir

"Ət məhsulları düzgün saxlanılmadıqda, hazırlanmadıqda və bişirilmədikdə qida zəhərlənməsinin ciddi mənbəyinə çevrilə bilər. Xüsusilə isti havalarda temperatur rejiminin pozulması ətdə bakteriyaların sürətlə çoxalmasına şərait yaradır". Bunu BİG.AZ-a açıqlamasında qida eksperti Fərid Səfəro

16:28 113
.

Mobil rabitə bazarında xarici şirkətlərin qarşısını nə kəsir?

"Xarici mobil operatorların Azərbaycanda fəaliyyət göstərməməsi məsələsinə "buraxılmırlar" və ya "istəmirlər" kimi sadə yanaşmaq düzgün olmaz. Bu, daha çox bazarın həcmi, investisiya mühiti və iqtisadi hesablamalarla bağlı məsələdir". Bunu BİG.AZ-a açıqlamasında İKT üzr

15:04 116
.

Şamil Əliyevə Naxçıvanda yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Şamil Məmmədsaleh oğlu Əliyev Naxçıvan Regional DOST Mərkəzinə direktor müavini təyin edilib. xəbər verir ki, bu barədə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əmr imzalayıb. Əmrə əsasən, Şamil Əliyev, həmçinin Naxçıvan Regional DOST Mərkəzinin direktorunun səlahiyyətlərini icra edəcək

17:36 1
.

Naxçıvan regional logistika mərkəzinə çevrilə bilər - əsas şərtlər

"Zəngəzur dəhlizinin açılması və Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə daha rahat nəqliyyat bağlantısının təmin olunması regionun iqtisadiyyatında ciddi canlanma yaratmaq üçün real imkanlar yaradır. Lakin bu, avtomatik olaraq baş verməyəcək". Bunu -a açıqlamasında Liberal İqtisadçılar Mərkəzini

15:22 129
.

Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlandı

Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlanıb. Bu barədə İqtisadiyyat.az-a açıqlamasında Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimov deyib. Onun sözlərinə görə, bütün model məktəbli formaları hazırdır:. "Bütün mağazalarımız gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Satış mərkəzlərimizdə

10:56 272
.

TOP MP3