Prezident İlham Əliyev Slovakiya parlamenti sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

Prezident İlham Əliyev Slovakiya parlamenti sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Slovakiya parlamentinin sədri Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu, energetika sahəsində əməkdaşlığın çox yaxşı səviyyədə olduğu qeyd edildi. Bu baxımdan Slovakiyanın "Həmrəylik Halqası" STRING layihəsində iştirakı əlaqələrimizin inkişafında çox mühüm hal kimi dəyərləndirildi.

Slovakiya nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərimizə səfər edəcəyi məmnunluqla qeyd olundu və bunun həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri ilə yaxından tanışlıq üçün yaxşı imkan yaradacağı bildirildi. Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya tərəfindən həyata keçiriləcək "Smart village" – "Ağıllı kənd" layihəsinin önəmi vurğulandı.

Görüşdə Slovakiyanın Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafına töhfə verdiyi bildirildi.

Parlamentlərarası əməkdaşlıq məsələsinə toxunularaq Boris Kolların geniş nümayəndə heyəti ilə ölkəmizə səfərinin bu sahədə əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.
Prezident İlham Əliyev Slovakiya parlamenti sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 760   Tarix: 05 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Noyabrın ilk gününə olan hava proqnozu

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəi

13:00 228
.

Biznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla

15:32 191
.

Azərbaycanda "Apple" istifadəçilərinin hesabları KÜTLƏVİ ŞƏKİLDƏ ƏLƏ KEÇİRİLİR

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "Apple" şirkətinin məhsullarında aşkarlanmış təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə xəbərdarlıq edib. xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi məlumat yayıb. Bildirilib ki, "iOS", "iPadOS" və "macOS"

16:30 233
.

İordaniya sərhədçiləri Suriyadan silahlı qrupun ölkəyə keçid cəhdinin qarşısını alıb

İordaniya sərhədçiləri 14 silahlı şəxsin Suriya tərəfdən krallıq ərazisinə daxil olmaq cəhdinin qarşısını alıblar. "Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələrinin bəyanatında bildirilib. İnsident oktyabrın 30-u ölkənin şimalında ba

17:00 180
.

Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin

Sosial şəbəkələrdə Prezident İlham Əliyevin foto və videolarını paylaşan müxtəlif hesablarla qarşılaşmaq mümkündür. Lakin bu görüntülərdən istifadə edilməsi həmin səhifələrin rəsmi olduğu anlamına gəlmir. Bu gün istənilən şəxs sosial şəbəkədə hesab aça, video yükləyə, görüntüləri montaj edə və səsi dəyişdir

17:58 234
.

Tarixi ədalətin bərpası uğrunda haqq savaşı

Ali Baş Komandan, Prezident İlham Əliyev ilk dəfə Azərbaycan Prezidenti seçildiyi 2003-cü ildən bəri millətimiz üçün ən ağrılı bəla olan, dövlətimiz üçün kifayət qədər ciddi çağırış hesab edilən erməni işğalının aradan qaldırılması üçün yorulmadan çalışırdı. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlı

15:26 208
.

Suriya Məkkə müdafiə alyansına qoşula bilər

Dəməşq Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın daxil olduğu Məkkə müdafiə alyansına qoşulmaq məsələsini nəzərdən keçirir. "Report" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şibani Bəhreyndə keçirilən "IISS Manama Dialogue"

23:00 0
.

Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması

17:40 200
.

"TikTok" montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur. Qeyri-rəsmi hesabda yayılan materialın dövlət başçısının şəxsi paylaşım

22:05 38
.