Raminəni əsgərlikdəki oğlu ilə telefonla danışarkən öldürübmüş...

Raminəni əsgərlikdəki oğlu ilə telefonla danışarkən öldürübmüş...Ötən ilin dekabrında Bakıda Həzi Aslanov metrostansiyasının qarşısında keçmiş arvadı 1983-cü il təvəllüdlü Raminə Qəribovanı qətlə yetirən 1976-cı il təvəllüdlü İlqar Qəribovun məhkəməsi başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, boşandığı həyat yoldaşını qətlə yetirən İ.Qəribov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirləndirilib. Məlum olub ki, İ.Qəribov küçədə arvadını 14 bıçaq zərbəsi ilə öldürüb.

İ.Qəribov bildirib ki, baldızı və qayınanasının müdaxiləsindən sonra ailəsi dağılıb. Lakin o, R.Qəribova ilə gizli münasibəti davam etdirib.

Hadisə baş verən gün isə İlqar Naxçıvanda avtomobilini sataraq Bakıya gəlib və Raminənin işlədiyi "Su Pərisi" gözəllik salonunun qarşısına gələrək onu izləməyə başlayıb. Raminə iş yoldaşı ilə işdən çıxıb piyada yaxınlıqdakı yeni tikilidəki dərzinin yanına gedib və daha sonra yolun kənarına çıxaraq avtobus dayanacağında gözləyib. Bu zaman İlqar ona yaxınlaşaraq haradan gəldiyini soruşub və bıçaqla zərbələr endirməyə başlayıb.

Məhkəmədə İ.Qəribov keçmiş arvadını qısqanclıq zəminində öldürdüyünü deyib.

Zərərçəkmiş şəxs qismində tanınan mərhumun bacısı isə Raminənin bibisi oğlu olan İlqarla 15 yaşında nişanlandığını və həmin vaxtdan şiddət gördüyünü deyib: "Bacım və İlqar həmişə dava-qırğın münasibətlərində olub, hətta nişan qaytarma hadisələri də baş verib. Biz nişanı qaytarsaq da, İlqar israrla bacımla barışmaq istəyirdi. Atama, yəni dayısına söz vermişdi ki, Raminəni incitməyəcək. Lakin bu hallar illərlə təkrarlanaraq davam edib. Hadisə qısqanclıq zəminində baş verməyib. İlqar özünü haqlı çıxarmaq üçün hadisəni qısqanclıq zəminində törətdiyini deyir. Raminə İlqarı qısqandıracaq hər hansı bir hərəkət etməyib. Raminə və İlqar ailə qurduqdan sonra da dava-qırğın bitməyib. İlqarın Raminədən xəbərsiz birlikdə yaşadıqları evi satması İlqarla Raminə arasında yaranmış sonuncu davanın əsas səbəbi oldu. Belə ki, İlqar işindən ayrılaraq oğlunun və keçmiş arvadı Raminənin qazandıqları pulla dolanırdı.

Bacımın və oğlunun evdə hər hansı söz haqqı olmayıb. Ailə daxilində bütün qərarları həmişə İlqar özü verib. Bacım boşandıqdan sonra, eləcə də oğlu hərbi xidmətdə olan zaman Raminə qızı ilə birgə kirayədə yaşayırdı. Raminə boşandıqdan sonra İlqardan ayrı yaşamasına baxmayaraq, Raminənin işdən çıxıb təkbaşına evə gəlməsini, oğlunun ərgərlikdə olduğu müddətdə isə qızını məktəbə təkbaşına aparıb-gətirməsini, eləcə də evə bazarlığı təkbaşına etməsini və sair halları bəhanə edərək İlqar Raminəni güdürdü. İlqar Raminəyə "sənə bir şey edərlər, qoy yanında gedim", kimi sözlər deyirdi. İlqarın düşüncəsinə görə bir qadının başının üstündə mütləq kişi olmalıdır. Mənim ərim Vətən müharibəsi zamanı şəhid olub. İlqar mənim ərimin şəhid olduğunu bildiyi halda, dəfələrlə mənə, həmçinin mənim qızlarıma qarşı ağır təhqirlər ünvanlayıb. İlqar xəstə təfəkküründə olan bir insandır".

Mərhumun bacısı əlavə edib ki, Raminə öldürülərkən oğlu ilə telefonla danışırmış: "İlqar həmin gün bacımın yaşadığı evə gedib onunla barışmayacağı təqdirdə öldürəcəyi ilə təhdid edib. Raminə isə İlqara rədd cavabı verərək ölmək istədiyini, lakin onunla heç vaxt birgə yaşamaq istəmədiyini deyib. Hadisə Raminə işdən çıxıb evə gedərkən baş verib. Cinayət hadisəsi Raminə hərbi xidmətdə olan oğlu ilə telefonla danışarkən baş verib. Çünki bizə hadisə barədə xəbər verən məhz bacım oğlu, əsgərlikdən zəng edən oğlu olub. Bizə zəng edib "anama nəsə elədilər, qaçın" dedi. Həmin vaxt bacım İlqar tərəfindən 14 bıçaq zərbəsi ilə öldürülüb".

Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 sentyabr tarixli hökmü ilə İlqar Qəribova 16 il həbs cəzası təyin edilib.

Raminəni əsgərlikdəki oğlu ilə telefonla danışarkən öldürübmüş...


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3208   Tarix: 06 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yerin daxili nüvəsi fərqli istiqamətdə fırlanmağa başlayıb: Səbəb nədir?

Yerin mərkəzində planetin qalan hissəsindən müstəqil şəkildə fırlanan daxili nüvə yerləşir. Yeni araşdırma göstərib ki, son dövrlərdə onun həm fırlanma sürəti, həm də istiqaməti dəyişib. Alimlər bu dəyişikliklərə nəyin səbəb ola biləcəyini və onların insanlara təsir edib-etməyəcəyini araşdırırlar. Qaynarinf

12.08.2026 254
.

Laçında meteorit yağışı - Video

Laçında meteorit yağışı müşahidə olunub. "Qafqazinfo" xəbər verir ki, meteorit yağışı Laçın sakini tərəfindən bu gecə saat 00:38-də mobil telefonla kameraya çəkilib. Sözügedən görüntüləri təqdim edirik:

11:35 184
.

Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...

AzTV-nin əməkdaşı Məmmədli Məqsəd Əlisahib oğlunun faciəvi ölümündən əvvəl yaşanan son anlarla bağlı bəzi detallar məlum olub. "Qafqazinfo" Bakıvaxtı.az-a istinadən xəbər verir ki, Məqsəd Məmmədli hadisədən bir gün əvvəl dostları ilə görüşə gedib. Görüş zamanı o, dostlarına dənizə girib bi

12:19 252
.

Əraqçi: Fransa "açıq-aşkar və biabırçı ikiüzlülük" nümayiş etdirir

Fransa öz siyasəti ilə "açıq-aşkar və biabırçı ikiüzlülük" nümayiş etdirir. xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsində paylaşımında bildirib. "Fransa kimi ölkələr dünyaya insan hüquqları və beynəlxalq hüquq haqqında mühazirə oxumağı dayandırmalıdırlar

11:02 136
.

Yeni strateji üçbucaq: Qarabağ-Şərqi Zəngəzur-Naxçıvan

Prezident İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində Muxtar Respublikada tətbiq olunan yeni idarəetmə modelinin üstünlükləri ilə bağlı dediyi fikirlər böyük ictimai marağa səbəb olub. Əsas prinsipial məqam ondan ibarətdir ki, söhbət inzibati statusun dəyişdirilməsindən yox, həmin status daxilində idarəetməni

12.08.2026 239
.

Müəllim imtahanda, şagird repetitorda, valideyn çıxılmaz vəziyyətdə

"Yayın isti günləri arxada qalır, payızın sərin nəfəsi hiss olunmağa başlayır. Tətilin başa çatmasına sayılı günlər qalıb. Amma bu, cəmiyyətin və təhsil ictimaiyyətinin yeni dərs ilinə tam hazır, sakit və rahat ab-havada qədəm qoyduğu anlamına gəlmir. Əksinə, məktəblərin açılmasına az vaxt qalmasın

14:36 131
.

Ermənistanın AİB taleyi ilə bağlı İrəvandan açıqlama

Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxarılması üçün heç bir mexanizm yoxdur. xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyasının parlament üzvü Arman Yeqoyan portalının "YouTube" kanalında yayımlanan brifinqdə bildirib. "Ermənista

11:47 151
.

Naxçıvan regional logistika mərkəzinə çevrilə bilər - əsas şərtlər

"Zəngəzur dəhlizinin açılması və Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə daha rahat nəqliyyat bağlantısının təmin olunması regionun iqtisadiyyatında ciddi canlanma yaratmaq üçün real imkanlar yaradır. Lakin bu, avtomatik olaraq baş verməyəcək". Bunu -a açıqlamasında Liberal İqtisadçılar Mərkəzini

15:22 115
.

Naxçıvanda elektrik avtobusları "BakıKart"la işləyəcək

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ictimai nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilir. APA-ya istinadla xəbər verir ki, bunu "Baku Bus" MMC-nin Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva jurnalistlər

12.08.2026 248
.

TOP MP3