"Qutudaki uşaq": İllərdir açılmamış cinayətin sirri

"Qutudaki uşaq": İllərdir açılmamış cinayətin sirri1957-ci ilin qış ayları idi. Hər şey ABŞ-ın Filadelfiya şəhərində başladı. Meşəlik ərazidə siçan tələləri quran şəxs karton qutu tapıb. Tapdığı qutuda 4-5 yaşlı uşaq meyiti var. Uşaq tamamilə çılpaqdır və yorğana bürülüb. Adam bu barədə polisə məlumat verməkdən qorxurdu, çünki dövlət qaydaları ondatra ovlamağı qadağan edir. Kişi buna görə cəzalandırılacağını düşündüyü üçün xəbər vermək istəməyib. Hadisədən bir neçə gün sonra eyni yerdə yatan karton qutu bu dəfə gənc kollec tələbəsi tərəfindən görülüb. İşə qarışmaqdan, başına bəla gəlməyindən qorxan gənc əvvəlcə polisə xəbər verməsə də, ertəsi gün dözə bilməyib və polisə zəng edərək vəziyyəti izah edib. Xəbər verildikdən sonra polis hadisə yerinə gedib və kiçik uşağın meyitini aşkarlayıb.

Çılpaq və ağır bədən xəsarətləri alan oğlan uşağının çəkisi 15 kilo belə yox idi . Müayinələrdən sonra uşağın çənəsində dərin çapıq və bədəninin müxtəlif yerlərində qançırlar aşkar edilib. Həmçinin qutuda uşağa məxsus kəsilmiş saç parçaları aşkar edilib. Ekspertizanın nəticələri göstərib ki, bu saç uşaq öldürüldükdən sonra kəsilib. Uşağın içində olduğu qutuda aşkarlanan barmaq izləri araşdırılıb. Qatilin bu yolla asanlıqla tapılacağı düşünülsə də, ekspertizadan heç bir nəticə çıxarılmayıb. Barmaq izləri indiyə qədər polis hesabatlarında qeyd olunan heç kəslə uyğun gəlmir. Daha maraqlısı odur ki, uşağın barmaq izi yoxlanılanda heç bir nəticə əldə olunmayıb. Uşağın kim olduğunu, haradan gəldiyini və ailəsini müəyyən etmək mümkün olmayıb. Qatil oğlanın cəsədini ağartıcı ilə yuduğundan, ipucu sayıla biləcək heç nə tapılmayıb. Polis oğlanın döyülərək öldürüldüyü qənaətinə gəldi. Uşağın fotoşəkilləri şəhərin hər yerindən asıldı. Onilliklər ərzində polis, detektivlər, həkimlər və DNT mütəxəssisləri ictimaiyyətdən gələn yüzlərlə hesabata və məsləhətlərə əməl edərək bir nəticəyə gəlməyə çalışdılar. Bu iş həm də özəl detektivləri və könüllü həvəskarları cəlb etdi. Bunlardan Vidoq Cəmiyyəti adlı bir qrup keçirdiyi mətbuat konfransında polisə yaratdıqları görə təşəkkür etdi. Ancaq illər keçdikcə detektivlər minlərlə ipucunu izlədi və heç bir qənaətə gələ bilmədi. Uşağın meyidi məzar daşının üzərində "Amerikanın naməlum Uşağı" yazısı ilə basdırılıb. Filadelfiya polis rəisi Danielle Outlow oğlanın kimliyini açıqladığı mətbuat konfransında deyib: "Heç kim azyaşlının adının və həyat hekayəsinin məlum olması üçün bu qədər uzun müddət gözləməməlidir".

Lakin təxminən 60 il sonra bir hadisə baş verdi. ABŞ-ın Filadelfiya şəhərində cəsədi qutuda tapılan oğlanın kimliyi nəhayət DNT analizi sayəsində məlum oldu. Onilliklər ərzində "qutudakı oğlan" kimi tanınan qurbanın adı Cozef Augustus Zarelli olaraq təyin edildi. Polis həm DNT texnologiyası, həm də yaxşı dedektiv işi sayəsində şəhərin ən qədim açılmamış qətlinin qurbanı olan oğlanın kimliyini nəhayət tapdıqlarını mətbuat təşkil etdikləri konfransında açıqladılar. Polislər açıqlama zamanı bildirdilər ki, bu qətlin sirri onilliklər ərzində ictimaiyyətin yaddaşından silinməyib. Cinayət işinin hələ də açıq olduğunu və istintaqın davam etdiyini deyən polis rəsmiləri şəxsiyyəti üzə çıxan azyaşlı ilə bağlı naməlum təfərrüatları tamamlamaq üçün ictimaiyyətdən kömək istəyib. Əslində polis daha əvvəl də oğlanın qalıqlarını DNT testi üçün göndərib. Lakin, nümunələr yetərli olmadığı üçün üçün nəticə alınmadı. Daha sonra məhkəmə-tibb eksperti eyni DNT nümunəsindən istifadə edərək oğlanın qohumlarını müəyyən edə bilib. Bu zaman polis müfəttişləri doğum və övladlığa götürmə qeydlərini araşdıraraq, bu şəxslərlə qutuda cəsədi tapılan oğlan arasında əlaqəni tapıblar.

Uşağın kim olduğu və qətl illərində başına gələnlərlə bağlı müxtəlif nəzəriyyələr irəli sürülüb. Bu nəzəriyyələrdən ən tanış və inandırıcısı odur ki, uşaq əslində meşə sahəsinə çox yaxın olan qocalar evində yaşayıb. Polislər qocalar evində apardıqları araşdırmalar nəticəsində uşağın içində olduğu qutuda satılan körpə beşiyi ilə eyni markalı beşik tapıblar. Polisin tapdığı digər sübut isə bu qocalar evində uşağın bükdüyü yorğana oxşayan adyalların da tapılmasıdır. Tədqiqatçılar qutudakı uşağın qocalar evi sahibinin ögey qızına məxsus qeyri-qanuni uşaq ola biləcəyindən şübhələnirdilər. Dahibinin nikahdankənar doğulan nəvəsindən qurtulmaq istəyəcəyi vurğulanıb. Ancaq bu nəzəriyyə heç vaxt sübuta yetirilməyib. Bu gün də hadisənin üzərindəki tozlu sirr pərdəsi qaldırılmayıb. Bu vəhşi qətli törədən kimlər olduğu məlum deyil.

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2145   Tarix: 06 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü

Sumqayıtda məktəbli qız küçədə döyülüb. -a istinadla xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində, binalardan birinin arxasında qeydə alınıb. 18 yaşlı Samir Musayev (şərti adla) sevgi münasibətlərində olduğu 15 yaşlı Mahirə Bağırovanın (şərti adla) baş nahiyəsinə yumruqla möhkəm zərbə vurub. Nəticəd

17:20 242
.

Suriya Məkkə müdafiə alyansına qoşula bilər

Dəməşq Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın daxil olduğu Məkkə müdafiə alyansına qoşulmaq məsələsini nəzərdən keçirir. "Report" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şibani Bəhreyndə keçirilən "IISS Manama Dialogue"

23:00 0
.

İşə bir saatdan gec çatırsınızsa - 40 faiz artıq maaş almalısınız

Böyük Britaniyada aparılan yeni tədqiqatlar gündəlik işə gediş-gəliş vaxtının işçilərin psixoloji sağlamlığına və iş məmnuniyyətinə birbaşa təsir etdiyini göstərib. "Qafqazinfo" xəbər verir ki, "Chase" maliyyə təşkilatının 200 britaniyalı işçi arasında keçirdiyi sorğuya əsasən, özün

13:30 200
.

Kredit götürənlərə pis xəbər! - Bu yaşda olanlar sığortalanmayacaq

Kredit götürən şəxslərin həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması zamanı yaş və sağlamlıqla bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bəzi kateqoriyalara aid şəxslər, sığorta müqaviləsində ayrıca təminat nəzərdə tutulan halla

19:00 189
.

Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq". xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Türkiyənin namizədi Feridun Sinirlioğlunu

16:40 197
.

Budanov Ukrayna üzrə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir

Ukrayna ABŞ və Rusiya ilə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov amerikalı senatorlarla onlayn formatda keçirilən görüşün yekunlarına dair öz "Telegram" kanalında bildirib

19:50 162
.

Göygöldə avtomobil dərəyə aşıb: Xəsarət alan var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, minik avtomobilin idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza nəticəsində sürücü, 1963-cü il təvəllüdlü T.Yolçuyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

18:40 175
.

COP18-ə ev sahibliyi edəcək ölkə bilindi

Ekvador BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 18-ci sessiyasını (COP18) qəbul edəcək. xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, müvafiq qərar İrəvanda təşkil olunan COP17-ni

19:30 172
.

Tarixi ədalətin bərpası uğrunda haqq savaşı

Ali Baş Komandan, Prezident İlham Əliyev ilk dəfə Azərbaycan Prezidenti seçildiyi 2003-cü ildən bəri millətimiz üçün ən ağrılı bəla olan, dövlətimiz üçün kifayət qədər ciddi çağırış hesab edilən erməni işğalının aradan qaldırılması üçün yorulmadan çalışırdı. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlı

15:26 208
.