Təcavüzdə adı hallanan məşhur futbolçular
Son illərin ən çox problemlərindən biri qadına qarşı olunan şiddətlərin daha da artmasıdır. Dünyada hər gün milyonlarla qadın şiddət görür və təcavüzə uğrayır. Qadına qarşı zorakılıqda adı hallanan tanınmışlar var ki, siyahının başında bir sıra futbolçular gəlir.
Lent.az elə bu məsələdən yola çıxaraq qadına qarşı təcavüzdə adı hallanan futbolçuları müəyyənləşdirib.
Həmin futbolçuların kim olduğunu sizlərə təqdim edirik:
Ən çox zorakılıqda adı hallanan dünyaca məşhur futbolçu Kriştiano Ronaldodur. Futbolçu tərəfindən zorlandığını iddia edən amerikalı model Ketrin Mayorqanın vəkili bu barədə açıqlama verib. O, bildirib ki, daha 3 xanım analoji şikayətlə ona müraciət edib.
Təcavüzdə adı hallanan 48 yaşlı futbolçu Marselinyo evində verdiyi ziyafət zamanı bir qadını zorla öpməyə çalışıb və saçlarını dartıb. Onun vəkili isə bu iddianı təkzib edib.
Fransanın Paris Saint-Germain (PSG) klubunda çıxış edən ulduz futbolçu Neymar haqda "İnstagram"da yazışdığı qadına təcavüz etdiyi deyilir. Futbolçunun özü "İnstagram" hesabında 7 dəqiqəlik video yayımlayaraq baş verənləri inkar edib. Buna baxmayaraq özünü zərərçəkmiş kimi təqdim edən qadın qorxduğu üçün polisə gec müraciət etdiyini deyib.
Almaniyanın "Ştutqart" klubunda forma geyinən türk əsilli almaniyalı yarımmüdafiəçi Atakan Karazorun da adı təcavüzdə hallanır. Belə ki, futbolçu öz həmyaşıdı olan dostu ilə 18 yaşlı ispaniyalı qadına təcavüz etdiyi üçün saxlanılıb.
Bundan başqa, İspaniyanın "Selta" klubunun futbolçusu Santi Mina qadına təcavüzə görə həbs edilib. Məhkəmə idmançını 2017-ci ildə törətdiyi cinayətə görə 4 il müddətinə azadlıqdan məhrum edib. Futbolçuya həmçinin təcavüz etdiyi şəxsə 12 il müddətinə 500 metrdən yaxın məsafədən olmamağı qadağan edilib. Əks halda o, 50 min avro cərimə ödəməlidir.
Hücumçu olaraq çıxış edən İspaniya millisinin futbolçusu Xuanel məhkəmənin qərarını pozaraq keçmiş həyat yoldaşına hücum etdiyi üçün 3 ay müddətinə həbs edilib.
Braziliyalı futbolçu Bruno Fernandes de Souza sevgilisinin qətlinə görə, 22 il müddətinə azadlıqdan məhrum edilib. Qadının meyiti isə tapılmayıb.
"Mançester Siti" və Fransa millisinin futbolçusu Benjamin Mendi cinsi təcavüz və zorakılıq cinayətlərinə görə həbs olunub. Məhkəmənin qərarı ilə günahsız elan olunaraq sərbəst buraxılıb.
Keçmiş ingilis futbolçusu Adam Conson yetkinlik yaşına çatmayan 15 yaşlı qızla cinsi əlaqədə olmaqda təqsirli bilinərək 6 illik həbs cəzası çəkib. Daha sonra o, "Sanderlend" klubundan və İngiltərə millisindən qovulub.
Braziliya millisinin sabiq futbolçusu Dani Alveş 23 yaşlı gənc qadına təcavüz etməkdə ittiham edilərək həbs edilib. Alveşin özü iddiaları təkzib edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 917 Tarix: 08 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya dizel ixracına qoyulan qadağanın müddətini uzatdı
Rusiyanın Nazirlər Kabineti dizel məhsullarının ixracına qoyulan qadağanın müddətini daha üç ay uzadıb. TASS-a istinadən xəbər verir ki, yeni qərar 2027-ci ilin yanvarın 31-dək qüvvədən qalacaq. Bildirilir ki, qadağa ölkənin daxili yanacaq bazarında sabitliyin qorunması məqsədilə tətbiq edilir. Nəzər
21:00 0 Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Hazırd
11:01 230 Putin nümayəndəsindən Avropa ilə bağlı diqqətçəkən açıqlama
Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri, Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Avropada vəziyyətin yaxşı olmadığını bildirib. xəbər verir ki, Dmitriyev bu açıqlamanı Polşada baş verdiyi iddia edilən çevrili
10:55 223 Avropada sərt qış vəd edən qədim təqvim
XVII əsrə aid müşahidələr əsasında tərtib edilən alman 100 illik təqvimi qarşıdan gələn qışın şaxtalı və qarlı keçəcəyini proqnozlaşdırır. Lakin müasir iqlim modelləri bunun əksinə olaraq, qış aylarının nisbətən mülayim və yağıntılı olacağını göstərir. Qaynarinfo xəbər verir ki, bu barədə "Agroforum"
13:57 194 Polşada dövlət çevrilişi iddiası: Hakimin binaya girişinə mane olundu
Polşada dövlət çevrilişinə cəhd baş verdiyi iddia olunur. Bu barədə mühafizəkar Hüquq və Ədalət (PiS) partiyasından olan Avropa Parlamentinin üzvü Arkadiuş Mularçik polis əməkdaşlarının Konstitusiya Tribunalının binasına girişi məhdudlaşdırmasından sonra açıqlama verib. xəbər verir ki, məhkəmənin rəsm
10:38 223 Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Sosial şəbəkələrdə Prezident İlham Əliyevin foto və videolarını paylaşan müxtəlif hesablarla qarşılaşmaq mümkündür. Lakin bu görüntülərdən istifadə edilməsi həmin səhifələrin rəsmi olduğu anlamına gəlmir. Bu gün istənilən şəxs sosial şəbəkədə hesab aça, video yükləyə, görüntüləri montaj edə və səsi dəyişdir
17:58 166 Zəfər bayrağımız varlığımızdır
Təqvimin adi günlərindən birinin - 27 sentyabr 2020-ci ilin Ermənistan üzərində qələbəmizə aparan yolun başlangıcı olacağını təsəvvür etməzdik. 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan Ermənistanın təcavüzkarlıq siyasətinə son qoyulmasını dəfələrlə beynəlxalq təşkilatlar qarşısında qaldıran
15:27 177 Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. Bunu -a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzr
14:56 196 Şahdağda qar yağıb
Ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağda isə arabir qar yağıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 31-i saat 10:00-a olan məlumatında qeyd olunub. Düşən yağıntının miqdarı Daşkəsən, Lerikdə 10, Biləsuvar, Oğuzda 9, Gədəbəy
11:25 198