Tarixçi deputat: "Qarabağda tarix boyu azərbaycanlılar yaşayıblar"

Tarixçi deputat: "Qarabağda tarix boyu azərbaycanlılar yaşayıblar""Qarabağda tarix boyu azərbaycanlılar yaşayıb, o ərazinin ermənilərə məxsus olması ilə bağlı heç bir mənbə yoxdur".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, Qarabağın Azərbaycana məxsus olması ilə bağlı heç bir mübahisə və fikir ayrılığı yoxdur:

"Həmin ərazinin tarixi Azərbaycan torpağı olması ilə bağlı kifayət qədər mənbələr var. Həmin mənbələrin əksəriyyəti də digər millətlərə məxsusdur. Bu gün bizə düşmən olanların əksəriyyəti vaxtilə Qarabağla bağlı əsərlər yazıblar. 1805-ci ilin mayında rus generalı Pavel Sisianovla Qarabağ xanı İbrahimxəlil xan arasında Kürəkçay müqaviləsi imzalanıb. Bu müqavilə 11 maddədən ibarətdir. Əgər ermənilər bu torpağın sahibidirlərsə, nə üçün bu müqavilənin bir bəndində belə onların adları çəkilməyib? Bundan əlavə, nə üçün 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsindən təqribən bir ay sonra, martın 21-də İrəvan və Naxçıvan xanlıqlarının ərazisində erməni vilayəti yaradılırdı? Demək ki, yox idi".

Tarixçi bildirib ki, Qarabağın işğalı ilə bağlı əsərlər ən çox rus müəlliflərinə aiddir:
"13 cilddən ibarət olan "Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları" da bu istiqamətdə ən nadir arxiv mənbələrindən sayılır. Həmin arxiv sənədlərinin hər birində yazılıb:

"Qarabağ torpaqlarında Alban məlikliklərində alban əhalisi yaşayırdı. Erməni əhali bu əraziyə yalnız türk əhalisinin təsərrüfat işlərini görmək üçün gəlirdi. Xankəndi adlandırdığımız ərazi də birmənalı olaraq Azərbaycan torpağıdır. Çünki Şuşa şəhəri Qarabağ xanlığının paytaxtı olub və Xankəndidə də xanın təsərrüfatla bağlı olan mal-qarası, atı və mehtərləri olurdu".

A.İsgəndərov qeyd edib ki, Qarabağın ermənilərə məxsus ərazi olması ilə bağlı bir mənbə belə yoxdur:

"Hər bir ərazi ilə bağlı əsas məsələlərdən biri də yer adlarıdır. Bu kəndlərin heç birində ermənicə ad yoxdur. Tarix boyu Xocalı, Xankəndi, Şuşa və Qarabağın digər ərazilərində azərbaycanlılar yaşayıblar. Bu gün Azərbaycan dünyada qəbul olunan demokratik dövlətdir. Bu dövlətin siyasətçilərinin, tarixçilərinin də yazdıqlarının dünyada qəbul olunması 44 günlük Vətən müharibəsinin simasında buna sübutdur. Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi ilə tarixi missiyasını uğurla başa çatdırdı. Əminəm ki, Azərbaycan həqiqətləri yer üzündən erməni yalanlarını siləcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 495   Tarix: 09 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - FOTO

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində Məqsəd Əlisahib oğlu Məmmədli dənizdə batıb. BİG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd olunub ki, onun meyiti ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə aşkarlanıb. -ı

12.08.2026 508
.

Həyətində tapdığı daşın əslində nə olduğunu görüb şoka düşdü

ABŞ-da yaşayan bir cütlük həyətlərində məşhur Art Deco sənətçisi ilə əlaqəli ola biləcək nəhəng heykəl aşkar edib. xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb. Qreq Qetvud San-Fransiskonun Russian Hill məhəlləsində yerləşən evinin həyətində abadlıq işləri apararkən torpağı

11:16 156
.

İstanbul Rusiya-Ukrayna danışıqlarının yeni ünvanı ola bilər

Türkiyə Qara dənizdə atəşkəs danışıqlarına ev sahibliyi etməyə hazırdır və Rusiya ilə Ukrayna arasında danışıqların uğurlu nəticələnəcəyinə ümid edir. xəbər verir ki, bunu Türkiyəli politoloq, İstanbulda fəaliyyət göstərən Ussal Consultancy şirkətinin aparıcı tədqiqatçısı Həsən Səlim Özertem -ya açıqlamasınd

10:57 116
.

Zəhərli qurdlar bu şəhəri "işğal edir" - sakinlərə xəbərdarlıq

ABŞ-ın Tennessi ştatının sakinlərinə zəhərli çəkicbaş qurdlarının yayılması ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, bu barədə "People" jurnalı məlumat yayıb. İnvaziv çəkicbaş yastı qurdlar ABŞ-da yayılmaqda davam edir. İlanabənzər görünüşə malik bu qurdların uzunluğu 40 santimetrə qədə

11:23 150
.

Laçında meteorit yağışı - Video

Laçında meteorit yağışı müşahidə olunub. "Qafqazinfo" xəbər verir ki, meteorit yağışı Laçın sakini tərəfindən bu gecə saat 00:38-də mobil telefonla kameraya çəkilib. Sözügedən görüntüləri təqdim edirik:

11:35 147
.

Lənkəranda meyitləri tapılan qızla oğlan intihar edib - Cinayət işi AÇILDI

Avqustun 11-də Lənkəran rayonunun Haftoni kəndi yaxınlığındakı meşəlik ərazidə iki nəfərin meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Baş Prokurorluqdan -a verilən xəbərə görə, ilkin araşdırmalar zamanı meyitləri aşkar olunan şəxslərin 29 yaşlı Mirzəyev Xəzər Vurğun oğl

12.08.2026 490
.

Bloqer canlı yayımda öldü

Koreyada K-pop icmasının tanınmış simalarından biri Mina Çan 26 yaşında vəfat edib. Hadisə sosial şəbəkədə canlı yayım zamanı baş verib. Yayımı izləyən çoxsaylı istifadəçi qız üçün təcili tibbi yardım çağırıb. xarici mediaya istinadla bildirir ki, Çanın meyiti səhər saat 05:33-də yaşadığı mənzildə aşkarlanıb

12.08.2026 386
.

Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlandı

Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlanıb. Bu barədə İqtisadiyyat.az-a açıqlamasında Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimov deyib. Onun sözlərinə görə, bütün model məktəbli formaları hazırdır:. "Bütün mağazalarımız gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Satış mərkəzlərimizdə

10:56 225
.

Bu il Günəş sonuncu dəfə tutulur

Bu ilin ikinci və son Günəş tutulması başlayıb. "Qafqazinfo" xəbər verir ki, təbiət hadisəsi tam Günəş tutulmasıdır. Bakı vaxtı ilə saat 23:57-də başa çatacaq tutulmanın maksimum fazası 21:46-da qeydə alınacaq. Ümumilikdə təxminən 5 saat davam edəcəyi gözlənilən proses zamanı Günəş diskini

12.08.2026 231
.

TOP MP3