Liseylər yoxsa dövlət məktəbləri?-AÇIQLAMA
Hər bir valideyn övladının yaxşı təhsil almasını və yüksək səviyyəli məktəbdə oxumasını vacib bilir. Azərbaycanın təhsil sekotunda orta statistik nəticələr onu göstərir ki, dövlət məktəbləri ilə müqayisədə lisey-gimnaziyalar daha güclüdür. Bəs lisey-gimnaziyalar və dövlət məktəbləri arasındakı fərq nədir? Bununla bağlı BiG.AZ-a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib ki, Azərbaycanda fəaliyyət göstərən lisey və gimnaziyaların keyfiyyəti, tədris nəticələri orta statistik ümumi təhsil məktəblərini xeyli qabaqlayır. İlkin səbəbi ondan ibarətdir ki, həmin lisey və gimnaziyaların özünə sayı seçmə şagirdlər qəbul olunur:
"Onlar artıq xam deyil, bişmiş və yüksək keyfiyyətli uşaqlar ilə işlərini qururlar. Təsəvvür edin, lisey və gimnaziyalara imtahan artıq mərkəzləşdirilmiş şəkildə həyata keçirilir. Orada ciddi tələbat var. Təxminən 20-25 min nəfər aralıqda uşaqlar Azərbaycanda fəaliyyət göstərən lisey və gimnaziyalarda oxumaq üçün hər il imtahan verirlər. Son üç il ərzində olan göstəriciyə görə, daha artmış hesab olunur. Lisey və gimnaziyalar şagird qəbulunda ələmə prinsipindən istifadə edirdilər. Qəbul prosesində ələnərək ən yaxşı şagirdlər onların sıralarına qoşulur. Bu kontingent ilə işləmək daha rahat olur. Onlar ilə hədəfə doğru getmək, yaxşı nəticə qazanmaq daha rahatdır. İkincisi müəllim keyfiyyətidir. Lisey və gimnaziyalar orta məktəblərə nisbətdə müəllimlərə daha yaxşı maaş verir. Müəllimin orada öz fəaliyyətinə fokuslanması, repetitorluğa deyil, məhz orada dərs deməsi, tədrisinə önəm verməsidir. Müəllimdən bunu tələb şəklində sorğulanması halları olduğu üçün təhsil verən və təhsil alan arasındakı mexanizmdə yaxşı qurulmuş olur".
Ekspert əlavə edib ki, üçüncü səbəb infrastrukturdur. Lisey və gimnaziyalarda qurulmuş texniki infrastruktur çox yüksək səviyyədədir. Təkcə texniki deyil, digər avadanlıqlar, xüsusi labaratoriyalar, fənn kabinələri lisey və gimnaziyalarda daha mütəşəkkil səviyyədədir:
"Orta statistik məktəblər bu prizmadan onlarla rəqabət apara bilməz. O mühitdə olan şagirdin göstəricisi təbii ki, daha yaxşı olacaq. Dördüncü səbəb isə modern təhsil çağırışlarına cavab vermələridir. Lisey və gimnaziyaların böyük uğurlarından biri də budur. Orada ingilis dilini bilən müəllimlər daha çoxdur və xaric ilə daha çox əlaqəlidir. Modern metodları ölkəmizdə çalışdıqları məktəblərə gətirməyə meyillidirlər. Bu səbəbdən lisey və gimnaziyaların nəticələri daha yüksək səviyyədə olur. Söhbət təkcə universitet nəticələrdən getmir. Onlar əmək bazarına bu yollar ilə yaxşı kadr hazırlayırlar. Cəmiyyətə daha düşüncəli, analitik keyfiyyətə malik uşaqlar yetişdirə bilirlər. Bu həm dövlət liseylərinə, həm də özəl liseylərinə aiddir".
Sevda Səfərova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2307 Tarix: 13 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSəməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672