"ABŞ "humanitar fəlakət" adlı şou ilə bölgədə erməni məsələsini aktuallaşdırmaq istəyir" - RƏY

"ABŞ "humanitar fəlakət" adlı şou ilə bölgədə erməni məsələsini aktuallaşdırmaq istəyir" - RƏYABŞ "humanitar fəlakət" adlı şou ilə bölgədə erməni məsələsini aktuallaşdırmaq və öz oyunlarını oynamaq istəyir.

"Report" xəbər verir ki, bu fikirləri Bakı Politoloqlar Klubunun sədri, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, dosenti Zaur Məmmədov deyib.

"Vaşinqtonda bu il baş tutan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Antoni Blinkenin də iştirak etdiyi görüşlərdə çox yaxşı ab-hava yaranmış və ABŞ Dövlət Departamentinin rəhbəri 30 illik tarixdə öz sələflərindən fərqli, daha rasional yanaşma orta qoyaraq Azərbaycanın tezislərinin əksəriyyətini nəinki qəbul etmiş, o cümlədən əsas prinsiplərin həyata keçirilməsi üçün əməli addımlar da atmışdır. Lakin, çox təəssüflər olsun ki, görünən odur kı, son zamanlar okeanın o tayındakı müəyyən qüvvələrin təzyiqi və səyi nəticəsində Blinken geri çəkilməyə qərar verdi.

Çox guman kı, bu gün Lui Bononun Bakıda bağlı qapılar arxasındakı dedikləri Vaşinqton və Bakı arasında Senatda 2 gün qabaq baş tutan çıxışdakı qərəz ab-havasını yumşaltmadı, əksinə daha da möhkəmlətdi. Hazırda Azərbaycanın ABŞ, Aİ və Rusiyadan eşitmək istədiyi ilk prinsip: ölkənin suverenliyinin və ərazi bütövlüyünün prioritetliyi, digər məsələlərə isə, məhz bu aspektdən yanaşılması tələbidir", - Z.Məmmədov bildirib.

Onun sözlərinə görə, son zamanlar Qərbin məsələlərə yanaşmasında ərazi bütövlüyü və suverenlik prinsipləri unudulur:

"Prinsip etibarilə, iki gün qabaq ABŞ Dövlət Departamentinin köməkçisi Y.Kimin "Dağlıq Qarabağ xalqının hüquqları" terminindən istifadə etməsi, onun həmkarlarının hansı düşüncədə olduğunun göstəricisi idi. Senatdakı həmin çıxışlar zamanı amerikalı siyasətçilərin Qarabağdakı erməni rezidentlərinin hüquq və təhlükəsizliyi ilə bağlı Azərbaycan hökumətini az qala soyqırımda günahlandırmaları, onların Prezident İlham Əliyevin apardığı Qarabağ siyasəti ilə bağlı səsləndirdikləri fikirlər cəmiyyətimiz tərəfindən kəskin narazılıqla qarşılandı. Həmin çıxış və ondan əvvəl - sonra Vaşinqtonun məsələlərə yanaşması bu ölkənin Azərbaycanla bağlı beynəlxalq hüququ kənara qoyduğunun
göstəricisidir".

Politoloq xatırladıb ki, Senatdakı dinləmələr zamanı Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı ifadəsini bir nəfər belə səsləndirməyib:

"Senatda Laçın yolunun guya bağlandığı və Qarabağda ermənilərin ac olduğunu bildirən amerikalı senatorlar və hökumət nümayəndələri növbəti şouları ilə MDB məkanında öz imiclərini sual altına qoymuş oldular. Çünki nəinki Azərbaycan ictimaiyyəti, o cümlədən, separatçılıqdan əziyyət çəkən digər dövlətlərin hakimiyyətləri də, Senatdakı bu çıxış fonunda okeanın o tayı ilə münasibətləri haqqında düşünməli oldular".

"Beləcə, çox təəssüf hissi ilə qeyd edirəm ki, regionda sülh və sabitlik erasına başlama şansımız olduğu bir vaxtda Fransanın və ABŞ-dəki ermənipərəst qüvvələrin atdığı addımlar separatçıların arxayınlaşması ilə nəticələnə bilər.

Azərbaycan onsuz da bu və ya digər şəkildə öz məqsədlərinə çatacaq və kimin nə deməsindən asılı olmayaraq biz haqq yolumuzdan dönməyəcəyik. 3 il əvvəl olduğu kimi, bu dəfə də zəfərdə yanımızda kimlərin olmasına baxacağıq. Regionda geosiyasi maraqları olan qüvvələr o halda maraqlarını qoruyacaqlar ki, proseslərdə obyektivlik nümayiş etsinlər", - Z.Məmmədov əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 616   Tarix: 17 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Leyla və Alyona Əliyevalar "Baku Art Weekend"də - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Bakıda "Baku Art Weekend" sərgi festivalında iştirak ediblər. "Qafqazinfo" sərgidən görüntüləri təqdim edir:

10:15 182
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30.10.2026 301
.

Arvadının xəyanətini görüb dəhşətli qətl törətdi

ABŞ-də xəyanətlə üzləşən kişi dəhşətli cinayət törədib. xarici mediaya istinadən xəbər verir ki, hadisə oktyabrın 24-də Kaliforniya ştatının Anahaym şəhərində qeydə alınıb. 34 yaşlı İsmayel Pinedalopes işdən evə tez qayıdarkən həyat yoldaşını 28 yaşlı Nikolas Qarsiya ilə yataq otağında görüb. Qarsiyanı

30.10.2026 330
.

İntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai

30.10.2026 564
.

Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ

Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi ba

30.10.2026 508
.

Putin nümayəndəsindən Avropa ilə bağlı diqqətçəkən açıqlama

Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri, Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Avropada vəziyyətin yaxşı olmadığını bildirib. xəbər verir ki, Dmitriyev bu açıqlamanı Polşada baş verdiyi iddia edilən çevrili

10:55 133
.

Oktyabrın son günü yağış yağacaq

Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy

30.10.2026 456
.

Mustafa Sandalın yeni görünüşü hamını təəccübləndirdi - Konsertə belə çıxdı

Türkiyənin məşhur müğənnisi Mustafa Sandal bu dəfə mahnıları ilə yanaşı, görünüşündə etdiyi dəyişikliklə də maqazin gündəminə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi İstanbulda yerləşən Harbiye Cemil Topuzlu Açıq Hava Teatrında konsert verib. Sevilən mahnılarını səsləndirən müğənn

30.10.2026 398
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30.10.2026 376
.