Polşa konsulluqlarında rüşvət müqabilində vizalar verilib
Polşanın hakim "Hüquq və Ədalət" partiyası konsulluqların rüşvət müqabilində Afrika və Asiyada vizalar verməsi xəbərləri ilə sarsılıb.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Korrupsiya qalmaqalının təfərrüatları oktyabrın 15-də keçiriləcək parlament seçkilərinə bir ay qalmış üzə çıxıb və partiya bu fəsadların öhdəsindən gəlmək üçün mübarizə aparır.
Xəbərlər fonunda işdən çıxarılan xarici işlər nazirinin konsulluq məsələləri üzrə müavini Petr Vavrşik intihara cəhd etdikdən sonra xəstəxanaya yerləşdirilib. Hakim partiya seçkidə bir neçə partiya arasında öndə gedib və insidentin onun dəstəyinə təsir edib-etməyəcəyi bəlli deyil.
Bununla belə, müxalifət siyasətçiləri "viza işi"indən istifadə edərək hökuməti korrupsiyada və ikiüzlülükdə ittiham edir.
Cümə günü Polşa Xarici İşlər Nazirliyi viza prosesində baş verən qanun pozuntuları ilə bağlı davam edən araşdırmaya görə əməkdaşlarından birinin işdən çıxarılmasını elan edib. Qeyd olunub ki, söhbət hüquqi məsələlər və qanunvericiliyə əməl olunmasının monitorinqi departamentinin direktoru Yakub Osaydedən gedir. Nazirlik həmçinin konsulluq idarəsi və bütün konsulluq idarələrində növbədənkənar yoxlama aparacaq.
Eyni zamanda hökumət prokurorları vizanın sürətləndirilməsi prosesində korrupsiyada şübhəli bilinən yeddi nəfərə qarşı ittiham irəli sürdüklərini və onlardan üçünün müvəqqəti həbs olunduqlarını bəyan ediblər.
Baş prokuror Zbiqnev Zobro bəyan edib ki, korrupsiyada əli olan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq işlər görülür. Onun sözlərinə görə, işin miqyası media və müxalifətin iddialarından daha kiçikdir. Belə ki, sxem çərçivəsində cəmi 268 viza verilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 660 Tarix: 17 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi
Prezident İlham Əliyev Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. "Qafqazinfo" müsahibəni təqdim edir. Jurnalist: Xoş gördük, cənab Prezident. Əvvəlcə sıx qrafikinizə rəğmən, müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür etmək istərdim. İcazənizlə, suallara keçərdik
11.08.2026 1011 Yatmazdan əvvəl nəbzinizi ölçün - Yuxunuzla bağlı vacib məqam
Əksər sağlam yetkin insanlarda sakit vəziyyətdə normal ürək döyüntüsünün tezliyi dəqiqədə 60-100 arasında olur. Mütəxəssislərin fikrincə, yatmazdan əvvəl nəbzin ölçülməsi orqanizmin yuxuya nə dərəcədə hazır olduğunu anlamağa kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, bəzi mütəxəssislə
11.08.2026 224 Bu ölkənin küçələrinə bir milyon ağac əkiləcək: məqsəd nədir?
Ağaclar istilik hissiyatını əhəmiyyətli dərəcədə azalda bilir, lakin belə bir üsulun həm üstünlükləri, həm də mənfi cəhətləri var. Bir çox meqapolis həddindən artıq istiliklə mübarizə aparmaq üçün yüksək texnologiyalı sistemlərə milyardlarla dollar sərmayə qoyarkən, Sinqapur sadə yolla getdi - kütləv
11.08.2026 259 Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır
Ölkəmizin bütün regionlarının inkişafı hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olmuşdur. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın Şanlı Qələbəsindən sonra işğaldan azad edilən ərazilərimizin bərpası, burada tam yeni infrastrukturun yaradılması, işğal illərində dağıdılmış şəhər
11:28 119 "Ölənə qədər oxuyacağam"
"Bu il xaricə istirahətə getmədim. Rayonlarımızda dincəldim. Bəzi səbəblər oldu ki, xaricə çıxmadım. Qubada, İsmayıllıda, Qəbələdə oldum". Bu sözləri müğənni Manaf Ağayev Axşam.az-a açıqlamasında deyib. Sənətçi verilişlərdəki dəyişikliklərdən danışıb:. "Yaxşı ki, efirlə bağlı bu təmizliklə
12:14 144 Naxçıvanın yeni inkişaf mərhələsi: Prezident İlham Əliyevin müsahibəsində mühüm mesajlar
Naxçıvanın təhlükəsizliyi, iqtisadi inkişafı, enerji potensialı, nəqliyyat imkanları və regionun gələcək perspektivləri dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvan televiziyasına verdiyi müsahibə muxtar respublikanın qarşıdak
11:39 129 Süni intellekt insanları daha çox işləməyə məcbur edir - ALİMLƏR
Süni intellekt artıq dünyanın bir çox böyük şirkət və ofislərində gündəlik iş prosesinin bir hissəsinə çevrilib. Bu texnologiyaların əməkdaşları rutin tapşırıqlardan xilas edəcəyi və iş yükünü azaldacağı gözlənilsə də, yeni araşdırma fərqli nəticələr ortaya qoyub. xəbər verir ki, "ActivTrak"ı
11.08.2026 223 Serbiyalı siyasətçidən Rusiya ilə bağlı sərt mövqe
Müxalifətdə olan Serbiyanın Yeni Demokrat Partiyasının sədri Miloş Yovanoviç ölkəsinin Rusiyaya qarşı Qərbin mövqeyini dəstəkləməsi ehtimalı barədə danışıb. xəbər verir ki, siyasətçi bu barədə TASS-a açıqlamasında bildirib. Yovanoviç qeyd edib ki, Serbiya münaqişənin hər iki tərəfindəki insanlara rəğbə
11:03 125 İranda yeni güc balansı: Radikallar Trampa təzyiqi davam etdirəcək
Radikal qüvvələr İranda təsir imkanlarını artırıb, ABŞ Prezidenti Donald Trampa təzyiq göstərməyi effektiv vasitə hesab edir və bu kursu davam etdirmək niyyətindədirlər. xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Məlumata görə, İranda liderlik səviyyəsində baş verən dəyişikliklə
10:45 125