Görüş yeri üçün niyə Yevlax seçildi?

Görüş yeri üçün niyə Yevlax seçildi?Erməni əhalisinin nümayəndələri sabah Yevlaxda reinteqrasiya prosesini müzakirə edəcək. Görüş yeri üçün niyə Yevlax seçilməsi məsələsi haqda avqustun 1-də - bu məsələ ilk gündəmə gələndə yazmışdıq. Bu, ermənilərin Azərbaycana qarşı ərazi iddialarını bu iddiaların sərhədində təslim aktı ilə dəfn etmək məqsədi daşıyır və müəyyən qədər simvolik xarakterlidir.

BiG.AZ news24.az-a istinadən xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.

"I Qarabağ müharibəsində ermənilər Azərbaycan ərazilərini Yevlaxa qədər işğal etmək, bizi Kür çayının sol sahilinə qədər qovmaq istəyirdilər. "Biz Yevlaxa çatıb Azərbaycanın neft ixracının yolunu kəsməliyik" çağırışları edilir, erməni donuzların Yevlaxda Kür çayından su içdiyini əks etdirən karikaturalar yayırdılar. Hətta 44 günlük müharibənin ilk günlərində erməni təbliğat maşını "Azərbaycanı Yevlaxa qədər qovmuşuq" eyforiyasına qapılmışdı.

Azərbaycan ordusu cəmi 24 saata erməni silahlı dəstələrini təslim etməyə, erməni əhalisini bayrağımız altında yaşamaq şərtlərini müzakirə etmək üçün Yevlaxa gəlməyə məcbur etdi. Yevlaxa qədər olan erməni iddiaları məhz Yevlaxda - Kür çayının sahilində dəfn olunacaq", - A. Nərimanlı vurğulayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2898   Tarix: 20 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zəfər Günü və Şuşa Günü: Tarixi qələbədən milli dirçəlişə, hərbi zəfərdən dövlətçilik salnaməsinə

Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və 7 May - Şuşa Günü yalnız əlamətdar təqvim tarixləri deyil. Bu günlər xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin, milli iradəsinin, tarixi yaddaşının və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin nəticəsini özündə birləşdirən mühüm tarixi hadisələrdir

30.10.2026 221
.

Rusiyanın ən yeni qırıcı təyyarəsi yanıb

Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb

30.10.2026 313
.

Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa - Bakıya absurd ittihamlar

Türkiyə mediası və sosial şəbəkələrində Azərbaycan əleyhinə kampaniya səngimək bilmir. Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa. Dünəndən isə növbəti antiAzərbaycan dalğası başladılıb. Bundan əvvəlki dalğalar Azərbaycan-İsrail münasibətləri və "hicab" mövzuları üzərindən aparılırdı. Hə

30.10.2026 354
.

ZƏFƏRİN ZİRVƏSİ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ YENİ İNKİŞAF MƏRHƏLƏSİ

Azərbaycan tarixinin elə səhifələri var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, milli yaddaşda tutduğu mövqe isə daha da möhkəmlənir. 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri günü xalqımızın tarixində məhz belə müstəsna əhəmiyyətə malik hadisələrdəndir. Bu tarixlər Azərbaycanın yalnız hərb

30.10.2026 250
.

Lavrov ABŞ-a gedib

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-a gedib. APA-nın Moskva bürosu xəbər verir ki, Lavrov Atlantada G20 Xarici İşlər Nazirlərinin görüşündə iştirak edəcək. Rusiya XİN rəhbərinin bir sıra rəsmi şəxslərlə, o cümlədən ABŞ dövlət katibi Marko Rubio ilə ikitərəfli danışıqları gözlənilir

30.10.2026 299
.

Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ

Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi ba

30.10.2026 482
.

Azərbaycan-Türkiyə münasibətlərində qarşılıqlılıq prinsipi önə çəkildi

Prezident İlham Əliyevin oktyabrın 30-da Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandırması ilə əlaqədar Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramovun təmsil etməsi qərarını diplomatik təcrübə və qarşılıqlılı

30.10.2026 261
.

Keyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind

30.10.2026 334
.

Polşa ABŞ-yə hərbi baza üçün dörd şəhər təklif edib

Polşa ABŞ-nin ölkə ərazisində daimi hərbi baza yerləşdirməsi üçün dörd mümkün şəhərin adını Vaşinqtona təqdim edib. xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin nümayəndəsi, general Dariuş Lukovski "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, baza üçün Vrotslav

30.10.2026 325
.