Yaşar Güler Qarabağdakı vəziyyət barədə: "Bölgədəki mənzərə bir gündə dəyişdi"
"Qarabağda 44 gün ərzində başa çatan antiterror tədbirlərin sonunda Ermənistan atəşkəs sazişini imzaladı. İmzaladığınız saziş var və onun şərtlərinə əməl etmək məcburiyyətindəsiniz. Bunların hamısı qanla yazılıb, şəhidlər verilib, qazilərimiz var və nəticədə bir saziş var. İndi "Mən əməl etmirəm, Zəngəzur dəhlizini açmayacağam" bəhanələri necə məqbul sayıla bilər?"
Bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər "Milliyət"ə müsahibəsində deyib.
"Burada yerləşən mədənlər qeyri-qanuni şəkildə istismar edilir. Bunların hamısı azərbaycanlı qardaşlarımızın milli dəyərləridir. Bunlar oradakı insanlara məxsusdur. Amma onlar heç bir xəbərdarlığa qulaq asmadılar, uzun müddətdir ki, problemlər yaradır, yolları bağlayırlar. Son 10-15 günə baxın, hər gün xəbərdarlıqlar olunur, imzalanan sülh müqaviləsini tətbiq edək deyilir. Amma heç nə dəyişmədi və sonda 44 günlük əməliyyatın başlanğıcında olduğu kimi, azərbaycanlı qardaşlarımız onlara lazımi şəkildə cavab verdilər", - deyə Yaşar Güler bildirib.
Güler qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri nəticəsində bölgədəki mənzərə bir gündə dəyişib.
"Bir günlük müddət başa çatdıqda təslim olduqlarını, bütün silahlarını təhvil verəcəklərini və bölgədən gedəcəklərini dedilər. Rusiya da verdiyi bəyanatda oradakı bütün torpaqların Azərbaycana məxsus olduğunu bildirdi.
İndi Paşinyan ordakılarla hər hansı bir əlaqələrinin olmadığı barədə bəyanat verir. Bəs sizin əlaqəniz yoxdursa, onları kim dəstəkləyir? İnşallah, bu yaşananlar qarşımızdakı uzunmüddətli sülhə doğru bir addım olar. Xüsusilə də Ermənistan üzərinə düşən vəzifələri layiqincə yerinə yetirər və sülh müqaviləsindəki maddələr də tez bir zamanda tətbiq edilər. Bölgəyə tam şəkildə sülh və əmin-amanlıq mühiti gətirilmiş olar...", - deyə Güler əlavə edib./Oxu.az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 881 Tarix: 22 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin, milli birliyinin və əbədi qürurunun təcəssümü
Azərbaycan xalqının tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız təqvimdəki bir tarixlə məhdudlaşmır. Bu günlər xalqın milli yaddaşına, dövlətçilik salnaməsinə və gələcək nəsillərin düşüncəsinə əbədi həkk olunur. 8 Noyabr - Zəfər Günü və 15 İyun - Şuşa Şəhəri Günü də məhz belə əlamətdar tarixlərdəndir
30.10.2026 366 Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb
Oktyabrın 30-da Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində keçirilmiş 11-ci iclası çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr
30.10.2026 280 Quruda gəzən və hava ilə nəfəs alan qeyri-adi balıq
Dünyanın müxtəlif bölgələrində yayılan ilanbaş balığı qeyri-adi xüsusiyyətləri ilə diqqət çəkir. Bu balıq atmosfer havası ilə nəfəs ala, qısa məsafələrdə quruda hərəkət edə və sürətlə çoxala bilir. Dişi ilanbaş balığı bir dəfəyə 50 minə qədər kürü qoya bilir. xarici mediaya istinadən xəbər verir ki
30.10.2026 238 "Aliment uşağa verilən güzəşt deyil, valideynin qanuni borcudur" - Alimentin artırılması zərurəti gündəmdə
"Son dövrlər alimentin artırılması məsələsi cəmiyyətdə daha çox müzakirə olunmalı olan sosial problemlərdən biridir. Ölkədə ərzaq, geyim, təhsil, kommunal xidmətlər və digər gündəlik tələbat xərclərinin artması uşaqların maddi təminatı məsələsini daha da aktuallaşdırır. Bu reallıq fonunda illə
30.10.2026 254 Rusiyanın ən yeni qırıcı təyyarəsi yanıb
Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb
30.10.2026 215 Pentaqondan NATO müttəfiqlərinə Rusiya ilə bağlı çağırış
Pentaqon bir neçə NATO üzvü olan ölkədən Rusiyaya qarşı ritorikalarını yumşaltmağı xahiş edib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Məlumata görə, Litva, Latviya və Estoniya ABŞ-dan ictimai açıqlamalarını məhdudlaşdırmaqla bağlı mesaj alan ölkələr sırasındadır. Bu çağırışla
30.10.2026 241 Şəhid anası vəfat etdi
İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca
30.10.2026 254 Tarixdə ilk yaşıl ulduz aşkarlandı
Astronomlar qeyri-adi yaşıl çalara malik ola bilən ağ cırtdan müəyyən ediblər. Araşdırma göstərir ki, bu ulduz qalıqlarının rəngi yalnız temperaturdan deyil, atmosferlərinin kimyəvi tərkibindən də asılıdır. xəbər verir ki, alimlər Yerə yaxın 151 ağ cırtdanı araşdırıblar. Onların diqqətini xüsusilə W
30.10.2026 204 Məktəblilər arasında zorakılıq halları ciddi narahatlıq doğurur: Məktəb təhlükəsizliyi və valideyn məsuliyyəti ön plana çıxmalıdır
Məktəblilər arasında bir-birinə qarşı fiziki və psixoloji zorakılıq hallarının baş verməsi cəmiyyəti narahat edən aktual problemlərdən biridir. Təhsil müəssisələri uşaqların yalnız bilik əldə etdiyi məkan deyil, eyni zamanda onların şəxsiyyət kimi formalaşdığı, sağlam ünsiyyət, qarşılıqlı hörmət, tolerantlı
30.10.2026 255