Ceyhun Bayramov BMT TŞ-nın Qarabağla bağlı iclasının nəticələrini müsbət qiymətləndirib
"BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasının təşəbbüskarı Azərbaycan olmayıb. Rəsmi müraciəti Ermənistan edib, təşəbbüs isə Təhlükəsizlik Şurasının daimi üzvü Fransa tərəfindən gəlib. Qarşı tərəfin yalan dolu və emosional göstərmək istədiyi çıxışından fərqli olaraq, biz şuranın imkanlarından səmərəli formada istifadə etdik".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Report"un ABŞ bürosuna müsahibəsində bildirib.
O söyləyib ki, toplantı zamanı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini, rəsmi Bakının legitim addımlarını faktlarla, dəlillərlə bütün dövlətlərin, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.
"Təhlükəsizlik Şurasının iclasından əlavə olaraq Nyu Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində də çoxsaylı görüşlər keçirir və tədbirlərdə iştirak edirik. Bu bir fürsətdir və bugünlərdə bütün dünya liderləri, hökumət nümayəndələri, xarici işlər nazirləri buradadırlar. Burada bizim təşəbbüsümüzlə keçirilən, eləcə də bizimlə görüş üçün müraciət edən ölkələrin sayı çoxdur", - XİN başçısı vurğulayıb.
C.Bayramov deyib ki, bölgədə son günlərdə yaşanan hadisələr hər kəsi narahat edir və hər kəsin diqqət mərkəzindədir: "Suallar verilir və eyni zamanda ikitərəfli formatlarda da biz öz mövqeyimizi çatdırırıq. Bütün dəlilləri təqdim edirik, ötən zaman ərzində tərəfimizdən atılan addımlarla bağlı və bunun qarşılığında Ermənistanın atdığı qeyri-konstruktiv addımlarla bağlı məlumatlar veririk. Hesab edirəm ki, bir çox ölkələr Azərbaycanın haqlı olduğunun və Azərbaycan tərəfinin həqiqətən də vəziyyəti bu səviyyəyə gətirməmək üçün bütün adekvat addımlar atdığının şahidi olurlar. Bu gün də bizim üçün olduqca önəmli bir gündür. Belə ki, bu gün BMT Baş Assambleyasında çıxış edəcəyəm və ölkəmizin mövqeyini çatdırmaq imkanımız olacaq".
C.Bayramovla geniş müsahibəni bu link vasitəsilə oxuya bilərsiniz.
Qeyd edək ki, Azərbaycanın XİN başçısı hazırda BMT Baş Assambleyasının (UNGA) 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün Nyu Yorkda səfərdədir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 456 Tarix: 23 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin, milli birliyinin və əbədi qürurunun təcəssümü
Azərbaycan xalqının tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız təqvimdəki bir tarixlə məhdudlaşmır. Bu günlər xalqın milli yaddaşına, dövlətçilik salnaməsinə və gələcək nəsillərin düşüncəsinə əbədi həkk olunur. 8 Noyabr - Zəfər Günü və 15 İyun - Şuşa Şəhəri Günü də məhz belə əlamətdar tarixlərdəndir
30.10.2026 366 Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb
Oktyabrın 30-da Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində keçirilmiş 11-ci iclası çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr
30.10.2026 280 Quruda gəzən və hava ilə nəfəs alan qeyri-adi balıq
Dünyanın müxtəlif bölgələrində yayılan ilanbaş balığı qeyri-adi xüsusiyyətləri ilə diqqət çəkir. Bu balıq atmosfer havası ilə nəfəs ala, qısa məsafələrdə quruda hərəkət edə və sürətlə çoxala bilir. Dişi ilanbaş balığı bir dəfəyə 50 minə qədər kürü qoya bilir. xarici mediaya istinadən xəbər verir ki
30.10.2026 238 "Aliment uşağa verilən güzəşt deyil, valideynin qanuni borcudur" - Alimentin artırılması zərurəti gündəmdə
"Son dövrlər alimentin artırılması məsələsi cəmiyyətdə daha çox müzakirə olunmalı olan sosial problemlərdən biridir. Ölkədə ərzaq, geyim, təhsil, kommunal xidmətlər və digər gündəlik tələbat xərclərinin artması uşaqların maddi təminatı məsələsini daha da aktuallaşdırır. Bu reallıq fonunda illə
30.10.2026 254 Rusiyanın ən yeni qırıcı təyyarəsi yanıb
Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb
30.10.2026 215 Pentaqondan NATO müttəfiqlərinə Rusiya ilə bağlı çağırış
Pentaqon bir neçə NATO üzvü olan ölkədən Rusiyaya qarşı ritorikalarını yumşaltmağı xahiş edib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Məlumata görə, Litva, Latviya və Estoniya ABŞ-dan ictimai açıqlamalarını məhdudlaşdırmaqla bağlı mesaj alan ölkələr sırasındadır. Bu çağırışla
30.10.2026 241 Şəhid anası vəfat etdi
İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca
30.10.2026 254 Tarixdə ilk yaşıl ulduz aşkarlandı
Astronomlar qeyri-adi yaşıl çalara malik ola bilən ağ cırtdan müəyyən ediblər. Araşdırma göstərir ki, bu ulduz qalıqlarının rəngi yalnız temperaturdan deyil, atmosferlərinin kimyəvi tərkibindən də asılıdır. xəbər verir ki, alimlər Yerə yaxın 151 ağ cırtdanı araşdırıblar. Onların diqqətini xüsusilə W
30.10.2026 204 Məktəblilər arasında zorakılıq halları ciddi narahatlıq doğurur: Məktəb təhlükəsizliyi və valideyn məsuliyyəti ön plana çıxmalıdır
Məktəblilər arasında bir-birinə qarşı fiziki və psixoloji zorakılıq hallarının baş verməsi cəmiyyəti narahat edən aktual problemlərdən biridir. Təhsil müəssisələri uşaqların yalnız bilik əldə etdiyi məkan deyil, eyni zamanda onların şəxsiyyət kimi formalaşdığı, sağlam ünsiyyət, qarşılıqlı hörmət, tolerantlı
30.10.2026 255