Söyüşə görə əmisini öldürdü: Bakıda qandonduran CİNAYƏT - FOTO

Söyüşə görə əmisini öldürdü: Bakıda qandonduran CİNAYƏT - FOTO2022-ci il sentyabrın 29-da Buzovna qəsəbəsi, R.Axundov küçəsində 1972-ci il təvəllüdlü Valeh Qədəşovun üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı evdən 30-40 metr aralıda aşkar edilib.

Daxil olan məlumatla əlaqədar Xəzər Rayon Prokurorluğu tərəfindən məhkəmə-tibb ekspertinin eləcə də polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Həmin gecə şübhəli şəxs qismində mərhumun qardaşı oğlu Şahin Qədəşov saxlanılıb. Anket məlumatlarna əsasən, o, 1989-cu ildə Bakı şəhərində anadan olub, əvvəllər məhkum olunmayıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizası zamanı mərhumun qanında 1,6% qatılığında etil spirti aşkar edilib.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, sentyabrın 29-u gecə saat 1 radələrində Şahin Qədəşov Buzovna qəsəbəsində, yaşadığı evin yaxınlığında aralarında yaranmış mübahisə zamanı əmisi Valeh Qədəşova bıçaqla bir dəfə zərbə endirərək, zərərçəkmişi qəsdən həyatdan məhrum edib.

İş üzrə dindirilmiş Şahin Qədəşov bildirib ki, ailəsi ilə Buzovna qəsəbəsində, R.Axundov küçəsi, ev 175-də yaşayır. Himayəsində 4 övladı var:

"2016-cı ildə atam xəstəliyi ilə əlaqədar vəfat etdi. Valeh spirtli içki aludəçisi idi. Demək olar ki, tüfeyli həyat tərzi keçirirdi. Son vaxtlar əmim sərxoş vəziyyətdə yaşadığım evə gələrək mənim və mərhum atamın ünvanına söyüş söyürdü. Heç vaxt Valehin təhqirlərinə cavab qaytarmırdım və bir böyük kimi həmişə onu yola verməyə çalışırdım. Atam sağ olanda əmim belə hərəkətlər etmirdi. Sentyabrın 28-i gecə saat 23 radələrində Valeh sərxoş halda bizə gəldi. Həmin vaxt arvadım və uşaqlarım yatmışdı. Məni söyən və ölümlə hədələyən əmimə "Narkoloji Mərkəzdən təzə çıxmısan, yenə spirtli içki içirsən, belə hərəkətlər etmə, kənddə hamı səndən danışır" dedim. Valehi yola salsam da, ayın 29-na keçən gecə o qayıdıb, yenə nalayiq ifadələr işlətməyə başladı. Səbrli olub əmimi sakitləşdirməyə çalışsam da, o, atamın qəbrini söydü. Artıq buna dözə bilmədim. Onu küçədə, yarı yolda qoyub evə qayıtdım. Mətbəx bıçağını götürüb cibimə qoydum. Çatıb bıçaqla Valehin qarnına bir dəfə zərbə vurdum və evimə tərəf getdim. Bıçağı hara tulladığımı unutmuşam. Əmim Salehə zəng edib Valehi bıçaqladığımı dedim. "Onu öldürmüsən?" soruşan əmimə, "yox, öldürməmişəm, qarnından vurmuşam" dedim. Evdə olanda zəng edən Saleh Valehin öldüyünü bildirdi. Bir neçə saatdan sonra evdə polis əməkdaşları tərəfindən saxlanıldım. Törətdiyim cinayəti etiraf edərək, əmimi öldürmək məqsədim olmadığını qeyd etdi".

Zərərçəkmiş şəxsin hüquqi varisi Rəsmiyyə Quliyeva ifadədəsində göstərib ki, Şahin Qədəşov qardaşı Bahadurun oğlu, qətlə yetirilən Valeh Qədəşov isə qardaşıdır:
"Son vaxtlar Valeh həddindən artıq spirtli içki qəbul etməyə başlamışdı. Valeh içkili olmayanda sakit və mehriban insan olurdu. 2022-ci il sentyabrın 29-da qardaşım Saleh mənə zəng vuraraq Şahinin Valehi bıçaqlayıb öldürdüyünü bildirdi. Xəbəri eşidən kimi, hadisə baş verən yerə gəldim. Saleh mənə dedi ki, Valeh valideynlərini söydüyü üçün Şahin özünü saxlaya bilməyib və onu qarnından bıçaqlayıb. Hadisədən sonra Şahin evdə oturub polislərin gəlməsini gözləyib".

Şahid Saleh Qədəşov ifadəsində göstərib ki, qardaşı Valeh axırıncı dəfə 2021-ci ildə oğurluğa görə məhkum olunub:

"2022-ci il sentyabrın 29-na keçən gecə qardaşım oğlu Şahin zəng edərək Valehi yaşadığı evin yaxınlığında bıçaqladığını dedi. Bundan sonra hadisə yerinə gedərək, Təcili Tibbi Yardıma və polisə məlumat verdim".

Məhkəmə iclasında Şahin Qədəşov ittiham üzrə özünü qismən təqsirli bilib. İstintaqda verdiyi ifadəsindən fərqli olaraq bildirib ki, həmin gecə Valeh Qədəşov ünvanına söyüş söyəndən sonra, şalvarının belindən bıçaq çıxardıb. O da, cəld kəsici aləti əlindən alaraq, ona zərbə endirib.

Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, 4 uşağına görə təqsirləndirilən şəxsi bağışlayır. Ondan şikayəti yoxdur.

Məhkəmə qənaətə gəlib ki, Şahin Qədəşovun əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib. Ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Şahin Qədəşov 10 il müddətinə azadlıqdan məhrum olunub.

Söyüşə görə əmisini öldürdü: Bakıda qandonduran CİNAYƏT - FOTOSöyüşə görə əmisini öldürdü: Bakıda qandonduran CİNAYƏT - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1245   Tarix: 23 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ZƏFƏRİN ZİRVƏSİ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ YENİ İNKİŞAF MƏRHƏLƏSİ

Azərbaycan tarixinin elə səhifələri var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, milli yaddaşda tutduğu mövqe isə daha da möhkəmlənir. 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri günü xalqımızın tarixində məhz belə müstəsna əhəmiyyətə malik hadisələrdəndir. Bu tarixlər Azərbaycanın yalnız hərb

30.10.2026 239
.

"Böyük İsrail" ideyası və Yaxın Şərqin demoqrafik reallıqları

Oktyabrın 27-də İsraildə keçirilən parlament seçkilərində bülletenlərin 100 faizi sayılıb. Yekun nəticələrə əsasən, Benyamin Netanyahu bloku 53, Ayzenkot bloku 48, ərəb partiyaları isə 19 mandat qazanıb. İsrail parlament seçkiləri daha çox Benyamin Netanyahunun siyasi gələcəyi ətrafında müzakirə oluns

30.10.2026 319
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30.10.2026 314
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

30.10.2026 254
.

Ata-anasını öldürdü, məhkəməyə belə gətirildi

ABŞ-də qətldə ittiham olunan 31 yaşlı Daniel Consun məhkəməyə çıxarılması zamanı qeyri-adi hadisə yaşanıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Ohayo ştatının Oberlin şəhərində qeydə alınıb. Oberlin Kollecində incəsənət və fotoqrafiya professoru işləyən 64 yaşlı Pipo Nquyen-Duy və onun 5

30.10.2026 288
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30.10.2026 145
.

Tarixdə ilk yaşıl ulduz aşkarlandı

Astronomlar qeyri-adi yaşıl çalara malik ola bilən ağ cırtdan müəyyən ediblər. Araşdırma göstərir ki, bu ulduz qalıqlarının rəngi yalnız temperaturdan deyil, atmosferlərinin kimyəvi tərkibindən də asılıdır. xəbər verir ki, alimlər Yerə yaxın 151 ağ cırtdanı araşdırıblar. Onların diqqətini xüsusilə W

30.10.2026 204
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30.10.2026 170
.

Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb

Oktyabrın 30-da Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində keçirilmiş 11-ci iclası çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr

30.10.2026 280
.