Azərbaycanda meyvə-tərəvəz məhsulları niyə brendləşdirilmir?

Azərbaycanda meyvə-tərəvəz məhsulları niyə brendləşdirilmir?Hazırda dünyada meyvə-tərəvəzin markalaşaraq bazarlara çıxarılması halları geniş yayılıb. Ancaq buna Azərbaycanda çox az rast gəlinir.

"Report" meyvə-tərəvəz istehsalçılarının məhsullarını brendləşdirərək bazarlara çıxarmaqdan çəkinməsinin səbəbini araşdırıb.

Bu məsələni şərh edərək Naxçıvanın sabiq kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov qeyd edib ki, markalaşma həm istehlakçılar üçün, həm də şirkətlər üçün faydalıdır: "Marka firmanın məhsullarını başqa firmaların məhsullarından ayıraraq onu fərqləndirir və müştərilər tərəfindən seçilməsini, satış bazarlarının genişlənməsini təmin edir".

Ekspert deyib ki, markanın istehlakçılar üçün faydalarını, məhsulun mənbəyini göstərir, onun haqqında məlumat verir, bu isə, öz növbəsində istehlakçıya güvən verir: "Bir sözlə, istehlakçı marka ilə özünü ifadə edə bilir və əlavə dəyər yaradır".

Azərbaycanda markalaşma səviyyəsi çox aşağıdır

"Markalaşmanın faydalarından da görmək olar ki, markalaşma təkcə yüksək rəqabətli bazarlar üçün deyil, bütün bazarlar üçün böyük əhəmiyyət kəsb edir. Markalaşma istehsalçının rəqabət üstünlüyünü təmin edir və bazarda rəqabətqabiliyyətliliyi artırır", - deyə R. Orucov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda markalaşma səviyyəsi çox aşağıdır: "Lakin son illər istehsalçılar arasında bu sahəyə marağın artmasının şahidi oluruq" .

R.Orucov hesab edir ki, Azərbaycanda məhsulların brendləşərək təqdim edilməsi, daha çox ixracyönümlü məhsullarda müşahidə edilir: "Ölkənin daxili bazarında vahid bir brend adı altında məhsullarını təqdim edənlər çox azdır".

O qeyd edib ki, bunun bir sıra səbəbləri var: "Bizim istehlak bazarımızın 95 %-i kiçik pay torpaqçıların payına düşür. Pay torpaqları 2,5 hektardan çox deyil. Belə torpaq sahəsində isə istehsal edilən məhsulun istehlak bazarında brendləşərək çıxış etməsi çox çətindir".

Dünyadakı təcrübədən misal gətirərək eskpert bildirib ki, böyük market şəbəkələri kiçik istehsalçılarla müqavilə bağlayırlar və istehsal edilən məhsulun brendləşmə xərclərini market üzərinə götürür: "Bu məhsullar məhz marketlərin adları, yaxud da onların brendləri adı altında alıcılara təqdim edilir. Bu təcrübə bizim ölkədə geniş yayılsa çox gözəl olardı".

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) İdarə Heyətinin sədri Fərhad Qaraşov "Report"a bildirib ki, nar istehsalçıları arasında da məhsullarını brendləşdirənlər çox azdır: "Ümumiyyətlə, iki-üç şirkət məhsullarını brendləşdirərək təqdim edir. Brendləşdirilmiş məhsullarını istehsalçılar adətən ixrac edir".

O, nar istehsalçılarının brendləşməyə maraq göstərməməsinin səbəbini fermerlərin müstəqil bazarlara çıxışının olmaması ilə izah edir: "Fermer müstəqil bazarlara çıxmayanda onlar barədə məlumatsız olurlar. Məsələn, Rusiyada və digər ixrac olunan ölkələrdə hər hansı bir satış kanalı narın daşınması zamanı zədə almaması üçün məhsulun 4 qablaşma mərhələsinə əməl olunmasını üstün tutur. Bunlar, paletlərin düzülməsi, yeşiklərin yığılması, violların yeşiklərə yerləşdirilməsi və yeşiklərin salafanla bükülməsidir".

F. Qaraşov vurğulayıb ki, bu cur əlaqələrin qurulduğu zaman fermer də öz məsuliyyətini dərk edir və belə olan halda satış kanalı formalaşır: "Qarşı tərəfin tələblərini yerinə yetirəndə isə artıq istehsalçı da məhsullarını brendləşdirərək təqdim edir. İstehsalçı məhsulları xüsusi qablaşdırmada göndərəndə artıq məhsulun maya dəyəri artır, satış kanalı isə həmin artan xərci ödəyir. Lakin Azərbaycanda marketlərin əksəriyyəti narı adi formada tələb edir, xüsusi brendləşdirilməsi ilə bağlı tələbləri yoxdur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 719   Tarix: 23 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

ZƏFƏRİN ZİRVƏSİ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ YENİ İNKİŞAF MƏRHƏLƏSİ

Azərbaycan tarixinin elə səhifələri var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, milli yaddaşda tutduğu mövqe isə daha da möhkəmlənir. 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri günü xalqımızın tarixində məhz belə müstəsna əhəmiyyətə malik hadisələrdəndir. Bu tarixlər Azərbaycanın yalnız hərb

30.10.2026 239
.

"Böyük İsrail" ideyası və Yaxın Şərqin demoqrafik reallıqları

Oktyabrın 27-də İsraildə keçirilən parlament seçkilərində bülletenlərin 100 faizi sayılıb. Yekun nəticələrə əsasən, Benyamin Netanyahu bloku 53, Ayzenkot bloku 48, ərəb partiyaları isə 19 mandat qazanıb. İsrail parlament seçkiləri daha çox Benyamin Netanyahunun siyasi gələcəyi ətrafında müzakirə oluns

30.10.2026 319
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30.10.2026 314
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

30.10.2026 254
.

Ata-anasını öldürdü, məhkəməyə belə gətirildi

ABŞ-də qətldə ittiham olunan 31 yaşlı Daniel Consun məhkəməyə çıxarılması zamanı qeyri-adi hadisə yaşanıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Ohayo ştatının Oberlin şəhərində qeydə alınıb. Oberlin Kollecində incəsənət və fotoqrafiya professoru işləyən 64 yaşlı Pipo Nquyen-Duy və onun 5

30.10.2026 288
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30.10.2026 145
.

Tarixdə ilk yaşıl ulduz aşkarlandı

Astronomlar qeyri-adi yaşıl çalara malik ola bilən ağ cırtdan müəyyən ediblər. Araşdırma göstərir ki, bu ulduz qalıqlarının rəngi yalnız temperaturdan deyil, atmosferlərinin kimyəvi tərkibindən də asılıdır. xəbər verir ki, alimlər Yerə yaxın 151 ağ cırtdanı araşdırıblar. Onların diqqətini xüsusilə W

30.10.2026 204
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30.10.2026 170
.

Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb

Oktyabrın 30-da Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində keçirilmiş 11-ci iclası çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr

30.10.2026 280
.