"Mal mənimdir, özüm bilərəm" sözünə görə arvadını öldürdü - Ağdamda xəyanət cinayətə səbəb oldu

"Mal mənimdir, özüm bilərəm" sözünə görə arvadını öldürdü - Ağdamda xəyanət cinayətə səbəb olduAğdam rayonunda 1974-cü il təvəllüdlü Şirvan həyat yoldaşı Samirəni (adlar şərti verilib - red.) qətlə yetirib.

BiG.AZ bildirir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 21 dekabr 2022-ci ildə Ağdam rayonunun kəndində baş verib.

Şirvan yaşadığı evin yataq otağında sərxoş vəziyyətdə arvadı Samirə ilə söhbət edib və hansı səbəblə boşanmaq istədiyini soruşub. Arvadının artıq onu sevmədiyini bildirməsi və digər şəxslərlə yaxın münasibətdə olmasını nəzərdə tutaraq "mal mənimdir, özüm bilərəm" ifadəsini işlətməsi səbəbilə əsəbləşib.

Şirvan qısqanclıq zəminində qisas almaq niyyətilə arvadına çoxsaylı bıçaq zərbələri vurub. 70 bıçaq xəsarəti alan qadın vəfat edib.

İstintaq orqanı tərəfindən Şirvanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

"Məni istəmədiyini dedi"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şirvan ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, ailə üzvləri - anası, bacısı, arvadı, uşaqları ilə birlikdə Ağdam rayonunda yaşayıb:

"Samirə ilə 2006-cı ildə rəsmi qayda da ailə həyatı qurmuşam. Həmin nikahdan bizim beş övladımız dünayaya gəlib. Samirə ilə münasibətlərimiz həmişə yaxşı olub. Ancaq hadisə baş verməmişdən bir həftə əvvəl arvadım məndən ayrılmaq istədiyini bildirdi. Səbəbi Samirədən soruşdum, artıq məni istəmədiyini dedi".

"Müraciət edə bilmədik"

Şirvanın sözlərinə görə, Tərtər rayonun Qapanlı kəndində usta kimi işləyərkən oğlu Vüsal ona zəng vurub və yaşadıqları evin həyətinə polis əməkdaşı gəldiyini xəbər verib: "Dərhal yaşadığımız evə gəldim. Həqiqətən tanımadığım polis əməkdaşının həyətdə məni gözlədiyini gördüm. O, arvadımın məndən polis şöbəsinə şikayət etdiyini dedi. Mən də şikayətin məzmununu soruşdum. Polis əməkdaşı isə arvadımın boşanmaq istədiyini, bu səbəbdən şikayət etdiyini bildirdi.

Cavabda dedim ki, boşanmaq istəyirsə məhkəməyə müraciət etmək hüququ var. Polis əməkdaşı getdi. Mən Samirənin yanına yollandım, nə üçün məndən şikayət etdiyini soruşdum.

Samirə isə mən yatdıqdan sonra istifadəmdə olan mobil telefonu götürdüyünü, sahə rəisini yığdığını bildirdi. Onun bu sözünə məhəl qoymadım. Samirənin bu hərəkətindən sonra boşanmaq qərarına gəldim. Biz bu səbəblə məhkəməyə müraciət etmək üçün əvvəlcə Ağdam rayon Məhkəməsinə getdik.

Məhkəmədə mənə və Samirəyə boşanmaq üçün ərizə vermək lazım olduğunu dedilər. Biz isə vaxt olmadığından hadisə baş verənədək rəsmi müraciət edə bilmədik".

"Həyatında başqa insanlar olduğunu bildirdi"

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən əvvəl saat 11 radələrində yaşadığı evə gəlib, kartof qızartması ilə butulkada yarımçıq qalmış arağı içib: "Təxminən 250 qram içki içdim, gecə saat 1 radələrində anam, bacım və uşaqlarım yatdıqdan sonra arvadımla yataq otağında söhbət etməyə başladıq. Arada balaca qızım çay da içdi.

Samirəyə onsuz da boşanacağımızı, nə üçün mənim telefonumu gizli olaraq götürüb sahə rəisinə zəng vurduğunu, ümumiyyətlə sahə rəsinin mobil nömrəsini haradan bildiyini soruşdum. Samirə isə dedi ki, yaxşı eləyirəm, sənin nə işinə qalıb?!. Mən də israrla Samirədən nə üçün boşanmaq istəməsini soruşdum. O, artıq məni istəmədiyini, həyatında başqa insanlar olduğunu söylədi.

Nə üçün belə etdiyini soruşanda isə "mal mənimdir, özüm bilərəm" ifadəsini işlətdi. Samirənin bu sözündən əsəbləşdim, tamamilə özümdən çıxdım".

Təqsirləndirilən şəxs deyib ki, arvadının həmin şəxslərlə yaxın münasibətdə olmasını əvvələr görməyib və ya bu haqda eşitməyib: "Samirə stulda əyləşmişdi. Qəfil yumruqla Samirənin üz nahiyəsindən zərbə vurdum. Daha sonra boğazından yapışaraq onu boğmağa başladım. Qızım səs-küyü eşidərək otaqdan qaçdı. Samirə isə arxası üsdə yerə yıxıldı. Onu boğa-boğa stolun üzərində olan dəstəyi taxtadan olan bıçağı götürdüm və boyun nahiyəsinə bir dəfə zərbə endirdim.

Zərbəni endirərkən əlim Samirənin boğazında idi. Sonra onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurdum. Zərbələrin sayını dəqiq xatırlamamışam.

Bıçaq zərbələri vurarkən Samirə sağa-sola çevirlərək hərəkət edirdi. Sonuncu zərbədə bıçağın tiyəsi yarıdan qırıldı. Bıçağı qırıqları ilə birlikdə otağın küncünə atdım. Otaqdakı çarpayının ayaq hissəsində olan ət dəhrəsini götürdüm və yenidən Samirəyə zəbələr vurmağa başladım.

Samirə otağın giriş qapısından solda, yerdə üzü üstə uzanaqlı vəziyyətdə idi. Yüksək səslə çığıra bilməsə də, sağa sola ağır-ağır hərəkət edirdi. Samirənin ölmədiyini gördüm və ət dəhrəsi ilə baş, boyun nahiyəsinə çoxsaylı zərbələr vurmağı davam etdim. Zərbələrin dəqiqi sayı yadımda olmayıb, təxminən 10 dəfədən çox balta ilə zərbə vurduğumu deyə bilərəm.

Samirəni yerdə döşəmənin üzərində hərəkətsiz qaldığını görəndə əlimdə olan ət dəhrəsini meyitin yanına qoydum. Əllərimin qanını döşəmənin üzərində olan xalçaya sildim. Əynimdən olan qanlı paltarı soyundum və meyitin ayaqlarının yanına atdım. Başqa paltar geyindim və dəhlizə çıxdım. Çıxarkən bir cüt corabı cibimə qoydum. Ayağım qan olduğundan həmin vaxtı corabı geyinə bilmədim".

"Arvadımı xəyanət üstündə öldürmüşəm"

Təqsirləndirilən şəxs deyib ki, Samirəni öldürərkən özündə olmadığından otağa kiminsə daxil olub-olmamasını xatırlamayıb: "Dəhlizdə bacımı gördüm və ona şöbəyə getdiyimi dedim. Bacım mənə nə üçün belə etdiyimi soruşdum. Samirəni xəyanət etiyi üçün öldürdüyümü dedim.

Həyətdə su çəninin yanında əllərimi və ayaqlarımı yudum. Corabı ayağıma geyindim və təslim olmaq üçün polis şöbəsinə doğru getdim. Dördyol ərazisi deyilən yerə çatdıqda sürücüsünü tanımadığım avtomobili saxlatdım, onunla Quzanlı qəsəbəsinə gəldim. Şöbəyə gedərkən yolüstü mağazadan 0.5 litrlik 2 butulka pivə alıb içdim. Polis şöbəsinə gedib qətl barədə məlumat verdim".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Şirvan 18 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1488   Tarix: 23 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Liderin abidəsini ziyarət etdilər - Fotolar

Avqustun 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım abidənin önünə gül dəstəsi qoyub, Ulu Öndəri

11.08.2026 185
.

Böyük Qayıdış: Qarabağ və Şərqi Zəngəzurun yeni siması

Azərbaycan son illərdə böyük iqtisadi və sosial layihələrin həyata keçirilməsi ilə yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində də tarixi miqyaslı işlər həyata keçirir. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq prosesi Azərbaycanın dövlətçilik tarixinin ə

11.08.2026 268
.

"Binamızın altını hotel ediblər, səs-küydən otura bilmirik..." - Video

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin hostel, üçüncü mərtəbəsinin isə hotel kimi "Kristal AA" MTK tərəfindən icarəyə verilməsi sakinlərin narazılığına səbəb olub. "Qafqazinfo" xəbər verir ki, bu şikayətlə Xəzər TV-yə bir qru

11.08.2026 326
.

Azərbaycanın güclənməsində Prezident İlham Əliyevin müdrik siyasəti

Azərbaycanın müstəqillik tarixinin son onillikləri dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi, milli təhlükəsizliyin təmin olunması və ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsi ilə səciyyələnir. Bu tarixi prosesdə Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl

11.08.2026 200
.

Ekspert açıqladı: Azərbaycan narkotiklərlə mübarizədə İranla sərhəd ölkələri qabaqlayır

"Azərbaycanın coğrafi mövqeyi onu tranzit ölkəyə çevirdiyindən, İran ərazisindən xarici ölkələrə daşınan narkotik vasitələrin əhəmiyyətli hissəsi Azərbaycan ərazisindən keçir". Bunu BİG.AZ-a açıqlamasında narkomaniya üzrə ekspert Emil Maqalov bildirib. O, qeyd edib ki, hazırda Rusiya-Ukrayn

11.08.2026 188
.

Ceki Çan milli yeməklərimizdən yeyib, muğam dinlədi

Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Ceki Çanın baş rolda çəkildiyi "Tanrının zirehi 4: Ultimatum" ("Armour of God 4: Ultimatum") filminin bəzi səhnələri Azərbaycanda lentə alınır. Axşam.az-ın məlumatına görə, aktyor bir neçə gündür Bakıda qonaqdır və paytaxtın müxtəlif məkanların

11.08.2026 361
.

Ənənədən müasir səhnəyə: Milli rəqslərin yeni üzü

"Milli rəqslərin müasir səhnə tərzində təqdim olunması onların milli kimliyinə və əsas xüsusiyyətlərinə xələl gətirmir. Əksinə, ənənəvi sənət nümunələrinin müasir tamaşaçıya daha fərqli formada təqdim edilməsi onların yaşadılması və yeni nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır"

11.08.2026 190
.

"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar"

"İndiki zamanda 50 yaşa çatmaq asan deyil. 50 yaşım var və belə gözələm. Yaşımı gizlətmirəm. Yaş ötdükcə insan həyatı anlayır. Həmişəki kimi uşaqxasiyyətli, zarafatcıl Fədayəyəm. Zarafatla deyirəm ki, 50 yaş 2 aylığındayam. Moskvada idim, ad günümü tək qeyd etdim. Düşündüm ki, Azərbaycana gələrəm

11.08.2026 274
.

"Kişi şorgöz ola bilər" - Müğənni və futbolçunun keçmiş görüntüləri yayıldı

Türkiyənin tanınmış futbol simalarından Sergen Yalçınla müğənni və aktrisa Hülya Avşarın illər əvvəl lentə alınmış görüntüləri yenidən gündəmə gəlib. xarici mediaya istinadən xəbər verir ki, kadrlarda Sergen Yalçının gənclik illərindəki danışıq tərzi, xüsusilə indikindən xeyli fərqlənən səs tonu sosia

11.08.2026 198
.

TOP MP3