"Görünməyən qüvvə dedi ki..." - Qətlə yetirilən ana və uşağının görüntüsü - VİDEO

"Görünməyən qüvvə dedi ki..." - Qətlə yetirilən ana və uşağının görüntüsü - VİDEOŞəmkirin Çinarlı qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, 1995-ci il təvəllüdlü Lalə Həsənova həyat yoldaşı tərəfindən çoxsaylı bıçaq zərbələri alıb və hadisənin baş verdiyi evində keçinib. Onun övladı 2014-cü il təvəllüdlü Qumru Həsənova isə çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Həyat yoldaşına və azyaşlı qızına qıyan isə 1988-ci il təvəllüdlü Elməddin Həsənov olub. O, Lalə ilə 2013-cü ildə ailə qurub. Bu izdivacdan 1 il sonra qızları dünyaya gəlib. 2016-cı ildə Elməddin işləmək üşün Rusiyaya getsə də, üç ay sonra geriyə dönür. Gənc ailənin ailədaxili münaqişələri də məhz bundan sonra başlayır.
Ətraflı

Elməddin Lalənin onun valideyinləri ilə soyuq davranmasını əsas gətirərək həyat yoldaşının ona xəyanət etdiyini düşünür. 8 yaşlı qızının da ona "sən mənim atam deyilsən" deməsi şübhələrini daha da artırır. İstintaq prossesində diqqəti çəkən əsas məqam isə Elmədinin bu cinayəti törədərkən onu idarə edən gözəgörünməz qüvvələrin olması haqda mütəmadi fikir söyləməsidir. Onun dediyinə görə, həyat yoldaşı ilə bağlı şübhələri yarandıqdan sonra onu öldürmək üçün öncədən bıçaq da hazırlayıb. Elməddin həmin bıçağı yaşadığı mənzildə çarpayının yanında gizlədir. Gecəni həyat yoldaşı və qızı ilə birlikdə yatır. Səhər saat 8 radələrində yuxudan ayılanda qəfil Lalə haqqında düşündüyü şübhələr gözünün önündə canlanmağa başlayır və həyat yoldaşını öldürmək qərarına gəlir. Elməddin bıçaqla iki aylıq hamilə olan həyat yoldaşına yatmış vəziyyətdə zərbələr endirməyə başlayır. İlk zərbədən sonra Lalə yuxudan oyanıb ona müqavimət göstərsə də, sonra müvazinətini itirərək halsız vəziyyətə düşür. Mənzildə səs-küyə oyanan 8 yaşlı Qumru anasını qan içində görür. Atasının qarşısını almaq istəsə də, Elməddin növbəti bıçaq zərbələrini azyaşlı qızına endirməyə başlayır.

Özü isə cinayəti törətdikdən sonra qonşuluqda dayısıgilə gedərək hadisəni onlara danışır. Ekspertiza Lalə Həsənovanın bədəninin müxtəlif nahiyələrində 21-dək müxtəlif dərəcəli xəsarətlər, 8 yaşlı Qumruda isə 12 bıçaq yarası müəyyən edib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Elməddin Həsənov Cinayət Məcəlləsinin 4 maddəsi ilə təqsirli bilinərək 20 il azadlıqdan məhrum edilib. Qətlə yetirilən ana ilə qızının huquqi varisinin hökmdən Appelyasiya şikayəti verməsindən sonra Gəncə Appelyasiya Məhkəməsi bu cinayət işinə daha iki maddə əlavə edərək Elməddin Həsənovu ömürlük azadlıqdan məhrum edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1369   Tarix: 23 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa - Bakıya absurd ittihamlar

Türkiyə mediası və sosial şəbəkələrində Azərbaycan əleyhinə kampaniya səngimək bilmir. Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa. Dünəndən isə növbəti antiAzərbaycan dalğası başladılıb. Bundan əvvəlki dalğalar Azərbaycan-İsrail münasibətləri və "hicab" mövzuları üzərindən aparılırdı. Hə

30.10.2026 270
.

10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" yeni nazir müavininin dosyesini təqdim edir:. Sadiq Cabir oğlu Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavriat və magistratur

30.10.2026 166
.

Azərbaycan-Türkiyə münasibətlərində qarşılıqlılıq prinsipi önə çəkildi

Prezident İlham Əliyevin oktyabrın 30-da Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandırması ilə əlaqədar Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramovun təmsil etməsi qərarını diplomatik təcrübə və qarşılıqlılı

30.10.2026 247
.

Lavrov ABŞ-a gedib

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-a gedib. APA-nın Moskva bürosu xəbər verir ki, Lavrov Atlantada G20 Xarici İşlər Nazirlərinin görüşündə iştirak edəcək. Rusiya XİN rəhbərinin bir sıra rəsmi şəxslərlə, o cümlədən ABŞ dövlət katibi Marko Rubio ilə ikitərəfli danışıqları gözlənilir

30.10.2026 198
.

Tarixdə ilk yaşıl ulduz aşkarlandı

Astronomlar qeyri-adi yaşıl çalara malik ola bilən ağ cırtdan müəyyən ediblər. Araşdırma göstərir ki, bu ulduz qalıqlarının rəngi yalnız temperaturdan deyil, atmosferlərinin kimyəvi tərkibindən də asılıdır. xəbər verir ki, alimlər Yerə yaxın 151 ağ cırtdanı araşdırıblar. Onların diqqətini xüsusilə W

30.10.2026 204
.

Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb

Oktyabrın 30-da Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində keçirilmiş 11-ci iclası çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr

30.10.2026 280
.

Qızıl bahalaşdı

Azərbaycan bazarında 30 oktyabr 2026-cı il tarixi üçün olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyasının qiyməti 6,867.8810 manat təşkil edib. Bununla da 1 qram xalis qızılın qiyməti 220.81 manat səviyyəsində müəyyənləşib. Bazar tələbinə uyğun olaraq müxtəli

30.10.2026 205
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30.10.2026 170
.

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif ediliblər:

30.10.2026 277
.