XİN başçısı: "Azərbaycan beynəlxalq həmrəyliyi və çoxtərəfliliyi təşviq səylərini əsirgəmir"
"Azərbaycan milli səviyyədə və Qoşulmama Hərəkatının Sədri kimi sülh, təhlükəsizlik və qlobal Dayanıqlı İnkişaf Gündəliyinə töhfə verməkdə davam edir və beynəlxalq həmrəylik və çoxtərəfliliyi təşviq etmək üçün səylərini əsirgəmir".
"Report"un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının "Etimadın yenidənqurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi" mövzusunda ümumi müzakirələri zamanı çıxışında söyləyib.
C.Bayramov qeyd edib ki, COVID-19 pandemiyasının başlamasından bu günədək Azərbaycan bu çağırışla mübarizə aparmaq üçün bir sıra qlobal təşəbbüslər irəli sürərək, mübarizənin ön sıralarında yer alıb.
"Beynəlxalq əməkdaşlıq və siyasi iştirak qadınlar və gənclər də daxil olmaqla, müxtəlif maraqlı tərəflərin cəlb edilməsini tələb edir. Azərbaycan, Şuşa Sazişinə uyğun olaraq Bakıda daimi katibliyi olan Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təsis edilməsi və Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılmasına təşəbbüs göstərməklə bunu Qoşulmama Hərəkatına sədrliyinin əsas fokusuna çevirib. Azərbaycan, həmçinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılmasının təşəbbüskarı olub", - C.Bayramov diqqətə çatdırıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 567 Tarix: 23 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZƏFƏRİN ZİRVƏSİ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ YENİ İNKİŞAF MƏRHƏLƏSİ
Azərbaycan tarixinin elə səhifələri var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, milli yaddaşda tutduğu mövqe isə daha da möhkəmlənir. 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri günü xalqımızın tarixində məhz belə müstəsna əhəmiyyətə malik hadisələrdəndir. Bu tarixlər Azərbaycanın yalnız hərb
30.10.2026 239 "Böyük İsrail" ideyası və Yaxın Şərqin demoqrafik reallıqları
Oktyabrın 27-də İsraildə keçirilən parlament seçkilərində bülletenlərin 100 faizi sayılıb. Yekun nəticələrə əsasən, Benyamin Netanyahu bloku 53, Ayzenkot bloku 48, ərəb partiyaları isə 19 mandat qazanıb. İsrail parlament seçkiləri daha çox Benyamin Netanyahunun siyasi gələcəyi ətrafında müzakirə oluns
30.10.2026 319 Leysan Məmmədov vəzifəsindən azad edilib
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo
30.10.2026 314 Şəhid anası vəfat etdi
İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca
30.10.2026 254 Ata-anasını öldürdü, məhkəməyə belə gətirildi
ABŞ-də qətldə ittiham olunan 31 yaşlı Daniel Consun məhkəməyə çıxarılması zamanı qeyri-adi hadisə yaşanıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Ohayo ştatının Oberlin şəhərində qeydə alınıb. Oberlin Kollecində incəsənət və fotoqrafiya professoru işləyən 64 yaşlı Pipo Nquyen-Duy və onun 5
30.10.2026 288 Sahil Babayevə yeni müavin təyin edildi - Foto
Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy
30.10.2026 145 Tarixdə ilk yaşıl ulduz aşkarlandı
Astronomlar qeyri-adi yaşıl çalara malik ola bilən ağ cırtdan müəyyən ediblər. Araşdırma göstərir ki, bu ulduz qalıqlarının rəngi yalnız temperaturdan deyil, atmosferlərinin kimyəvi tərkibindən də asılıdır. xəbər verir ki, alimlər Yerə yaxın 151 ağ cırtdanı araşdırıblar. Onların diqqətini xüsusilə W
30.10.2026 204 "Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"
Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey
30.10.2026 170 Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb
Oktyabrın 30-da Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində keçirilmiş 11-ci iclası çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr
30.10.2026 280